Rəngbərəng novruzçiçəyi (lat. Primula heterochroma) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin novruzçiçəyi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.
Rəngbərəng novruzçiçəyi | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Rəngbərəng novruzçiçəyi |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Çoxillik kökümovlu ot bitkisidir. Yarpaqları uzunsov və ya yumurtavari-uaunsov, 3-12 sm uzunluqda, 4-5 sm enindədir. Kasacıq 8-12 m uzunluqda, çox sıxılmış, yumşaq tüklü, qabırğalı, ensiz lansetvari, sivri dişciklərə bölünmüşdür. Çiçəkləri 2,5-2,7 sm diametrində, yastı büküklü, tərs-ürəkvari dilimli, tacı bənövşəyi, sarı və ya çəhrayı rəngdədir. Toxumları çox sayda, küncvari-şarşəkili və ya yumurtavari, bütün səthləri xırda qabarıqlı, tutqun qara və ya tünd qəhvəyi rəngli, 1mm uzunluqdadır.
Fevral-aprel (dağlarda-may) ayları çiçəkləyir və may ayı toxumlayır. Yuxarı dağ qurşağına kimi meşələrdə, talalarda, kolluqlar arasındarast gəlinir. Dərman və dekorativ bitkidir.
Lənkəran ovalığı (Hirkan Milli Parkının ərazisində və onun ətrafında) və dağlıq hissəsidir.
Yayılma ərazilərinin və yaşayış mühitinin keyfiyyətinin davam edən azalması müşahidə olunur.
Dekorativ bitki kimi əhali tərəfindən yığılıb satılmasıdır.
Hirkan Milli Parkının ərazisində populyasiyanın bir hissəsi qorunur.