Rəqəmsal irs

Rəqəmsal irs (ing. Digital heritage) — mədəniyyət, təhsil, elm, idarəetmə resurslarından, həmçinin texniki, hüquqi, tibbi və digər xarakterli informasiyadan ibarətdir. Yəni, rəqəmsal irs rəqəmsal formada yaradılmış və ya mövcud analoq resurslarından rəqəmsal formaya çevrilmiş mədəniyyət, təhsil, elm və idarəetmə sahələrinə aid resursları, həmçinin texniki, hüquqi, tibbi və digər informasiya növlərini əhatə edən məfhum kimi müəyyən edilir. İstənilən halda onlar insanlar tərəfindən zaman və ərazi sərhədlərindən asılı olmayaraq istifadə edilir.[1]

Rəqəmsal materiallar fasiləsiz artan, müxtəlif formatlarda təqdim edilən mətn sənədlərinidən, verilənlər bazasından, hərəkətsiz və hərəkətli təsvirlərdən, səsli və qrafik materiallardan, proqram təminatı və veb-səhifələrdən ibarətdir. Çox vaxt bu materiallar qısa müddətə yazılır və onların yaradılması, saxlanması və idarə edilməsinə yönələn məqsədyönlü tədbirlərin görülməsini tələb edir.

Bu resursların çoxu uzunmüddətli dəyərə və əhəmiyyətə malikdirlər, indiki və gələcək nəsillər üçun qorunması və saxlanması zəruri olan irsi özündə əks etdirir. Belə fasiləsiz artan irs istənilən dildə, dünyanın istənilən yerində mövcud ola bilər və istənilən insan bilikləri və ifadə formaları sferasına aid ola bilər.[2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Charter on the Preservation of Digital Heritage". UNESCO. October 15, 2003. Retrieved July 9, 2015.
  1. "Arxivlənmiş surət". 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-22.
  2. "Arxivlənmiş surət" (PDF). 2017-06-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-22.