Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
"Rəqəmsal qala" — Den Braun tərəfindən 1998-ci ildə yazılmış detektiv roman.
Rəqəmsal qala | |
---|---|
ing. Digital Fortress | |
Müəllif | Den Braun |
Janrlar | Detektiv, Texno-triller |
Orijinalın dili | İngiliscə |
Ölkələr |
ABŞ Birləşmiş Krallıq |
Orijinalın nəşr ili |
St. Martin's Press və Transworld nəşriyyatı (Böyük Britaniya), 1998-ci il |
Tərcüməçi | Yaşar Əsədov |
Nəşriyyat | Qanun |
Nəşr | 2012 |
Səhifə | 544 |
Tiraj | 1000 |
Əvvəlki | yoxdur |
Sonrakı | Mələklər və iblislər |
ISBN | ISBN 978-9952-26-426-5 |
ABŞ-nin Milli Təhlükəsizlik Agentliyinin məlumat bazasına təhlükəli bir virus düşür. Təbii ki, əvvəl heç kim buna ciddi reaksiya vermir. Axı bu superdövlətin bütün gizli sirlərinin toplandığı məlumat bankı dördqat, beşqat kiberqalxanla müdafiə olunmuşdur. Bu virtual müdafiə qalxanını heç bir virus, heç bir xaker keçə bilməz. Lakin bir neçə saatdan sonra vəziyyət gərginləşir, məlum olur ki, MTA-nın ən məxfi, ən sürətli şifrəaçan kompüteri yeni, "Rəqəmsal qala" adlı virusun şifrəsini açmaqda acizdir.
Bir neçə saat ərzində yeni kompüter virusu ABŞ Milli Təhlükəsizlik Agentliyinin məlumat bankının müdafiə proqramlarını dağıdır. Əgər müdafiə qatları tam dağılsa, ölkənin cidd-cəhdlə qorunan bütün dövlət sirlərinə milyonlarla insanın əli çatacaq. Buna isə yol vermək olmaz, çünki bu, sözün əsil mənasında fəlakətdir. Bu məhvedici virusu zərərsizləşdirmək üçün məşhur kriptoqraf Syuzan Fletçer işə cəlb edilir. Paralel olaraq virusu yaradan proqramçının da axtarışlarına başlanılır. Lakin o, çox da uzaqda yox, elə burada, Milli Təhlükəsizlik Agentliyinin içindədir.
Xəbərdarlığın sonu