Rəqəmsal qaranlıq dövr

1986-cı il BBC Domesday Layihəsindən məlumatları ehtiva edən lazer diski ilə qurulmuş kompüter terminalı. Orijinal Domesday Kitabının 900 yaşı var və hələ də oxuna bilir, lazer diski isə artıq köhnəlmiş və oxunması çətin hesab olunur.

Özəl və köhnəlmiş fayl formatları

[redaktə | mənbəni redaktə et]

Problem mətn sənədləri ilə məhdudlaşmır, eyni zamanda foto, video, audio və digər növ elektron sənədlərə də aiddir. Termin istifadəsinə səbəb olan narahatlıqlardan biri sənədlərin oxunması üçün xüsusi təchizat tələb edən fiziki mediada saxlanması və bu cihazın sənədin yaradıldığı vaxtdan bir neçə on il sonra mövcud olmayacağıdır.

Rəqəmsal qaranlıq dövr köhnəlmiş fayl formatları səbəbindən yaranan problemlərə də aiddir. Belə olan halda, saxlanan sənədləri əldə edərkən problem yaradan şey lazımi proqram təminatının olmamasıdır. Bu, özəl formatlardan istifadə edildikdə xüsusilə problemlidir, bu halda faylı oxumaq üçün müvafiq proqram təminatını yazmaq mümkün olmaya bilər.

  1. Young, Lauren J. "Data Reawakening". Science Friday (ingilis). December 15, 2017. 2023-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-01.
  2. Kuny, Terry. "A Digital Dark Ages? Challenges in the Preservation of Electronic Prevention Information" (PDF). 63RD IFLA (International Federation of Library Associations and Institutions) Council and General Conference. September 1997. 9 May 2008 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 7 November 2011.
  3. MacLean, Margaret. MacLean, Margaret; Davis, Ben (redaktorlar ). Time and Bits, Managing Digital Continuity. Getty. 1999. ISBN 978-0-89236-583-8.
  4. Brand, Stewart. "Escaping The Digital Dark Age". Library Journal. 124 (2). 1 February 1999: 46–69. ISSN 0363-0277. 23 September 2005 tarixində orijinalından arxivləşdirilib.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Rəqəmsal qaranlıq dövr — texnologiyaların inkişafı və məlumatların çürüməsi nəticəsində korlanan, qıtlaşan və ya əlçatmaz hala gələn köhnəlmiş fayl formatlarının, proqram təminatlarının və ya texniki vasitələrin birbaşa nəticəsi olaraq rəqəmsal dövrdə tarixi məlumatın çatışmazlığı.[1] Gələcək nəsillər üçün elektron sənədlərimultimediaları əldə etmək çətin və ya qeyri-mümkün ola bilər, çünki onlar köhnəlmiş və qeyri-müəyyən fayl formatında və ya köhnəlmiş fiziki daşıyıcıda, məsələn, disketlərdə saxlanılır. Bu ad Qaranlıq dövr terminindən irəli gəlir. Burdakı məna rəqəmsal dövrdə sənədlərin rəqəmsal formatlara köçürülməsi və orijinal nüsxələrin itməsidir. Termin ilk dəfə 1997-ci ildə Beynəlxalq Kitabxana Assosiasiyaları və İnstitutları Federasiyasının (IFLA) konfransında istifadə olunub.[2] Termin 1998-ci ildə Long Now Foundation və Getty Conservation Institute tərəfindən birgə maliyyələşdirilən Time and Bits konfransında da qeyd olunub.[3][4]

Xarici video
Digital Dark Age (Kompüter Tarixi muzeyi, 2011)