Rəqabət qabiliyyəti

Rəqabət qabiliyyəti — müəyyən bir obyektin və ya subyektin müəyyən şərtlərdə rəqibləri üstələmək qabiliyyəti.

Rəqabət qabiliyyəti subyektin öz növü ilə rəqabətə tab gətirmək qabiliyyətini, rəqabətli hərəkətləri yerinə yetirmək qabiliyyətini və s. göstərən xüsusiyyəti kimi də müəyyən edilir[1].

Rəqabət qabiliyyətli obyektləri dörd qrupa bölmək olar [2]:

  • mallar;
  • müəssisələr (mal istehsalçıları kimi);
  • sənaye sahələri (mal və ya xidmətlər təklif edən müəssisələrin toplusu kimi);
  • regionlar (rayonlar, bölgələr, ölkələr və ya onların qrupları).

Bu baxımdan, belə növlər haqqında danışmaq adətdir:

  • Milli rəqabət qabiliyyəti
  • Məhsulun rəqabət qabiliyyəti
  • Müəssisənin rəqabət qabiliyyəti

Bundan əlavə, müəyyən obyektlərin rəqabət qabiliyyətini qiymətləndirən dörd növ subyekti əsaslı şəkildə ayırd edə bilərik:

  • istehlakçılar;
  • istehsalçılar;
  • investorlar;
  • dövlət.
  1. "Коваленко А.И. Теоретические и методологические аспекты использования концепции «конкурентоспособности» в научных исследованиях // Современная конкуренция. 2013. № 6 (42). С. 65-79" (PDF). 2014-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-02-25.
  2. "Пунгин И. В., Пунгина В. С. Инновационный подход к изучению конкурентоспособности продукции, отрасли, региона". 2015-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-27.