Rəqsi hərəkət — hər hansı trayektoriya üzrə müəyyən zaman müddətindən sonra təkrarlanan hərəkətdir. Rəqsi hərəkət, əsasən, iki növdə olur: məcburi rəqslər və sərbəst rəqslər. İcbari rəqs – periodik dəyişən xarici qüvvələrin təsiri nəticəsində baş verən rəqslərdir. Sərbəst rəqslər-tarazlıq halından çıxarılmış sistemdə daxili qüvvələrin təsiri nəticəsində baş verən rəqslərdir.
- Mexaniki rəqsi hərəkət - cismin və ya cisimlər sisteminin tarazlıq vəziyyəti ətrafında əks istiqamətlərdə tamamilə və ya qismən təkrarlanan hərəkətidir. Başqa sözlə desək: Mexaniki rəqsi hərəkət - cismin və ya cisimlər sisteminin tarazlıq vəziyyəti ətrafında gah bu, gah da digər istiqamətdə yerdəyişməsidir.
- Periodik hərəkət - bərabər zaman fasilələrindən sonra təkrarlanan hərəkətdir və iki növü var: fırlanma hərəkəti və rəqsi hərəkət.
- Rəqs sistemi - rəqsi hərəkət icra edən cisim və ya cisimlər sistemidir.
- Sərbəst rəqslər - tarazlıq vəziyyətindən çıxarıldıqdan sonra sistemdə yaranan rəqslərdir.
- Məxsusi rəqs tezliyi - sistemi xarakterizə edən kəmiyyətlərlərdən asılı olan sərbəst rəqslərin tezliyinə deyilir.
- Rəqs tezliyi - 1 san-dəki rəqslərin sayıdır, ilə işarə olunur, ölçü vahidi 1/san=1Hs (hers).
- Rəqs periodu - bir tam rəqsə sərf olunan zamandır,T ilə işarə olunur və ölçü vahidi 1san-dir.
- Rəqs amplitudu A(Xm) - rəqs edən cismin tarazlıq vəziyyətindən uzaqlaşdığı ən böyük məsafədir, A ilə (və ya xm) işarə olunur və BS-də ölçü vahidi 1m (metr)-dir.
- Yaylı rəqqas - yaydan asılmış yükdür.
- Riyazi rəqqas - uzanmayan çəkisiz sapdan asılmış maddi nöqtədir.
- Məcburi rəqs - sistemin itirdiyi enerjinin periodik dəyişən xarici qüvvələr hesabına bərpa olunması nəticəsində yaranan rəqslərdir.