Sərhəddin Qubaddin oğlu Abdullayev (14 aprel 1939, Piral, Qusar rayonu) — Azərbaycan fiziki, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin "Nəzəri fizika kafedrası"nın[1] professoru, fizika-riyaziyyat elmləri doktoru.[2][3]
Sərhəddin Abdullayev | |
---|---|
Sərhəddin Qubaddin oğlu Abdullayev | |
Doğum tarixi | |
Doğum yeri | Piral, Qusar rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | ləzgi |
Elm sahəsi | fizika |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Bakı Dövlət Universiteti |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Mükafatları |
Sərhəddin Abdullayev 14 aprel 1939-cu ildə Qusar rayonunun Piral kəndində anadan olub. 1948-1958-ci illərdə Piral kənd orta məktəbində orta təhsil alıb.
1958-1963-cü illərdə Bakı Dövlət Universiteti fizika fakültəsində təhsil alıb. 1963-1964-cüillərdə – Quba rayonunun Qımıl kənd orta məktəbində fizika müəllimi kimi çalışıb. 1964-1967-ci illər – Bakı Dövlət Universitetinin Nəzəri fizika kafedrasında aspirantura təhsili alıb.
1970-ci ildə BDU-da “Lepton-lepton toqquşması zamanı bir sıra elektromaqnit və zəif qarşılıqlı təsir proseslərində polyarizasiya effektlərinin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1970-ci il 8 oktyabr – BDU-nun Elmi Sovetinin qərarı ilə (protokol №8)fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinin verilməsi. 1974-cü il 16 may – Ali Attestasiya komissiyasının qərarı (protokol №6/ПТ) ilə nəzəri fizika kafedrası üzrə dosent elmi adı verilib.
1996-cı ildə AMEA-nın fotoelektronika İnstitutunda “Lepton-lepton toqquşması zamanı bir sıra elektromaqnit və zəif qarşılıqlı təsir proseslərində polyarizasiya effektlərinin tədqiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1999-cu il 8 yanvar – Ali Attestasiya komissiyasının qərarı ilə (protokol №1) ilə nəzəri fizika kafedrası üzrə professor elmi adı verilib.
1967-ci ildən Maddə quruluşu kafedrasında, 1969-cu ildən isə Nəzəri fizika kafedrasında işləyir. Bakalavr və magistr pillələrində «Klassik elektrodinamika», «Elementar zərrəciklər fizikası», «Kvant elektrodinamikası», «Elektrozəif qarşılıqlı təsir nəzəriyyəsi», «Elementar zərrəciklərin kinematikası», «Hadron proseslərinin fizikası», «Fundamental qarşılıqlı təsirlərin ümumi xassələri», «Supersimmetriya» kurslarından mühazirə və seminar dərsləri aparır.
50 ildən çoxdur ki, BDU-nun Nəzəri fizika kafedrasının elmi istiqamətinə uyğun olaraq elementar zərrəciklər fizikası üzrə elmi iş aparır, Respublikamızda yüksək ixtisaslı elmi və pedaqoji kadrların hazırlanmasında fəal iştirak edir. Orta ümumtəhsil məktəbləri və liseylərlə sıx əlaqə saxlayır. Orta məktəblər üçün dərslik və dərs vəsaitlərinin yazılması istiqamətində məhsuldar fəaliyyət göstərir.
255 elmi məqalənin, 75 dərslik, dərs vəsaiti və metodik vəsaitin müəllifidir.
1. Nüvə elmi və onun tətbiqləri. II Avroasiya konfransı (Almatı, 2002)
2. AMEA-nın Fizika İnstitutunun 60 illiyinə həsr olunmuş “Fizika-2005” Beynəlxalq elmi- konf¬rans (Bakı, 2005)
3. Fizikanın aktual problemləri adlı V Beynəlxalq elmi-texniki konf¬rans (Bakı, 2008)
4. Nüvə elmi və onun tətbiqləri. V Avrasiya konfransı (Ankara, 2008)
5. Akademik B.M.Əsgərovun 80-illik yubileyinə həsr olunmuş “Fizikanın aktual problemləri” adlı Beynəlxalq Elmi konfrans (Bakı, 2013)
6. Nüvə və onun tətbiqləri. VII Avrasiya konfransı (Bakı, 2014)
7. BDU-nun Fizika Problemləri İnstitutunun yaradılmasının 10 illiyinə həsr olunmuş “Opto-, Nanaelektronika, kondensə olunmuş mühit və yüksək enerjilər fizikası” mövzusunda Beynəlxalq elmi konfrans (Bakı, 2015)
1.С.К. Абдуллаев. Спиральные амплитуды и электрослабые асимметрии процессов
Ядерная Физика, 1995, том 58, N8, с. 1460-1466
2. С.К. Абдуллаев. Нули спиральных амплитуд и асимметрий процессов Ядерная Физика, 1995, том 58, N4, с. 695-700
3. С.К. Абдуллаев, А.И.Мухтаров. Суперструнный Z’– бозон в - аннигиляции, Физика элементарных частиц и атомного ядра, 1995, том 26, вып.5, с.1264-1321
4. S.K.Abdullayev. Effects of superstring Z’ boson in the reactions Physics of atomic nuclei, 1997, v.60, N 11, pp. 1901-1919.
5. S.K.Abdullayev. Polarization phenomena and electroweak effects in ab =>123 reactions, Physics of atomic nuclei, 1999, v. 62, N 2, pp. 291-229
6. S.K.Abdullayev, M.Sh. Gojayev. Helisity amplitudes for e-e+-> f . Processes
and their elektroweak asymmetries, Physics of atomic nuclei, 1999, v.62, N 11, pp. 1913-1918. və s.
2003-2008-ci illərdə çap olunmuş məqalələr:
1. S.K.Abdullayev, A.I. Muktarov, M.Ş.Godgayev. Effects of weak currents in the semiinclusive lNlhx reactions, Fizika, 2003, N1, pp. 38-41
2. С.К. Абдуллаев, А.И.Мухтаров, С.М.Рагимова. Поляризация В-бариона в полуинклюзивных реакциях lNlВХ . «Fizika-2005» - сб. трудов, Baku, Elm, 2005, c.48-51
3. S.K.Abdullayev, A.I. Muktarov, S.H.Ragimova. The elektroweak asimmetries in the semi-inclusive deep-inelastic reactions lNlВХ . «Fizika-2005» , N 3, pp. 53-58
4. S.K.Abdullayev, A.I. Muktarov, S.H.Ragimova, The Polarization of B – barion in half-inclusive reactions ( )N ( )BX. «Fizika-2006», N 4, pp. 17-21
5. С.К.Абдуллаев, М.Ш.Годжаев. Двухспиновая асимметрия в полуинклюзивных реакциях lNlhx. Bakı Universitetinin xəbərləri, 2007, N 3, s. 118-123
6. С.К.Абдуллаев, М.Ш.Годжаев. Структурные функции в полуинклюзивком глубоконеупругом нейтрино-нуклонном рассеянии. Bakı Universitetinin xəbərləri, 2008, N 1, s. 126-133
7. S.K.Abdullayev, A.I. Muktarov. B – barion polarization in semiinclusive reactions ( ) , «Fizika-2008», N 1, pp. 14-18
1. M.Murğuzov, S.Abdullayev və b. Fizika, 7-11-ci siniflər üçün dərsliklər, Bakınəşr, 2003-2005-ci illər
2. S.Q.Abdullayev, Fizikadan sual və məsələlər 7-8, dərs vəsaiti, Bakı, Çaşıoğlu nəşriyyatı, 1999, 175 səh.
3. S.Q.Abdullayev, Fizikadan sual və məsələlər 7-9, dərs vəsaiti, Bakı, Ləman nəşriyyatı, 2005, 256 səh.
4. S.Q.Abdullayev. Fizika məsələləri 10-11, dərs vəsaiti, Bakı, Ləman nəşriyyatı, 2008, 294 səh.
5. M.Murğuzov, S.Abdullayev və b. Fizika, 7-11-ci siniflər üçün dərsliklər, Yenidən işlənmiş II nəşr, Bakınəşr, 2009-2010-ci illər
6. S.Q.Abdullayev. Klassikelektrodinamika. Ihissə. Dərsvəsaiti. Ihissə. Bakı, «AM 965 MMC», 2010, 284s.
7. S.Q.Abdullayev. Klassikelektrodinamika. IIhissə: Mühitlərinelektrodinamikası. Dərsvəsaiti. Ihissə. Bakı, «AM 965 MMC», 2010, 208s.
8. S.Q.Abdullayev, M.Ş.Qocayev.Klassikelektrodinamikadanməsələlər. Dərsvəsaiti. IIhissə. Bakı, «AM 965 MMC», 2010, 168s.
9. S.Q.Abdullayev. Fizika məsələləri (9-11). Dərs vəsaiti. Bakı, «AM 965 MMC», 2011, 408s.
10. S.Q.Abdullayev. Lepton-lepton və lepton hadron qarşılıqlı təsirlərində zəif cərəyan effektləri. I. Elektrozəif qarşılıqlı təsir nəzəriyyəsi. I hissə. «AM 965 MMC», 2012, 482s.
11. S.Q.Abdullayev. Lepton-lepton və lepton hadron qarşılıqlı təsirlərində zəif cərəyan effektləri. II. Supersimmetriya. II hissə. «AM 965 MMC», 2013, 304s.
12. S.Q.Abdullayev, A.İ.Muxtarov. Kvant elektrodinamikası. Bakı, «Ləman NP», 2014, 194s.
13. S.Q.Abdullayev, Y.İ. Alıyev. Mexanika. Liseylər üçün metodik vəsait. Bakı, «Elm və təhsil» nəşriyyatı, 2014, 394s.
14. S.Q.Abdullayev. Mən nə üçün fizik oldum? Bakı, «MK» nəşriyyatı, 2014, 184s.
15. M. Murquzov, S.Q.Abdullayev, A. Allahverdiyev. Fizikadan olimpiada məsələləri. Bakı, «Elm və təhsil» nəşriyyatı, 2014, 392s.
16. S.Q.Abdullayev, Y.İ.Alıyev. Optika və kvant fizikası. Liseylər üçün metodik vəsait. Bakı, «Elm və təhsil», 2015, 322s.
17. S.Q.Abdullayev, Y.İ.Alıyev. Molekulyar fizika. Liseylər üçün metodik vəsait. Bakı, «Elm və təhsil», 2015, 244s.
18. S.Q.Abdullayev, Y.İ. Alıyev. Elektrodinamika. Liseylər üçün metodik vəsait. Bakı, «Zəka Print» MMC, 2015, 428s.
19. S.Q.Abdullayev.Ümumi fizika kursu: Elektrik və maqnetizm. Bakı, «AM 965 MMC», 384s.
20. S.Q.Abdullayev. Elementar zərrəciklərin kinematikası. Bakı, «Zəka Print» MMC, 2015, 156s. S.Q.Abdullayev. Hadron proseslərinin fizikası. Bakı, 2016, Zəka Print MMC, 232 s.