Rəsul Rəsulzadə

Bu məqalə Repressiya qurbanı haqqındadır. General-mayor üçün Rəsul Rəsulov səhifəsinə baxın.


Rəsul Rəsulzadə — (1914-1938) - Repressiya qurbanı. Məhəmməd Əmin Rəsulzadənin oğlu.

Rəsul Rəsulzadə
Doğum tarixi
Doğum yeri Salyan
Vəfat tarixi
Vəfat səbəbi Repressiya qurbanı
Atası Məhəmməd Əmin Rəsulzadə
Milliyyəti Azərbaycan türkü

Rəsul ailəsiylə birgə Qasım İsmayılov (indiki Zərgərpalan) küçəsindəki 129-cu evdə yaşayıb. O. 1926-cı ildə oxumağa başlayıb və 1933-də Bakıda 9 saylı orta məktəbi bitirib. Həmin il Maliyyə-İqtisad Texnikumuna girib və oranı 1936-da bitirib. Keçmiş maliyyə komissarı (naziri) Nəsir Tağıyev və həmin komissarlığın kadr bölümünün müdiri Abbas Sadıqovun tövsiyəsi ilə Biləsuvar Rayon Maliyyə Şöbəsinə yerli büdcə üzrə müfəttiş təyin edilib və orada işləməyə başlayıb. 1937-nin martında onu Xızı Rayon Maliyyə Şöbəsinə eyni vəzifəyə dəyişdiriblər. Noyabrda ailəsi sürgün edilib. 7 dekabrda onun həbs olunması üçün sənədlər hazırlanıb, ancaq nədənsə, bu həbs yalnız 15 yanvar 1938-ci ildə gerçəkləşdirilib. Tutuqlanmaya əsas: "Məhəmmədəmin Rəsulzadənin oğludur" və "əksinqilabi iş aparıb". Cəmisi iki dəfə dindirilib. Hər şey "sübut olunub" və Azərb. SSR XDİK Üçlüyünün qərarı ilə 1 mart 1838-ci il qərarı ilə 6 mart 1938-də 24 yaşında güllələnib[1], əmlakı da müsadirə edilib, yalnız 27 oktyabr 1989-cu ildə bəraət alıb.[2]

  1. Nəsiman Yaqublu. Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası. Bakı: Qanun Nəşriyyatı. 2018. səh. 114. ISBN 978-9952-36-521-4.
  2. "Arxivlənmiş surət". 2019-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-09.