Nəsiman Yaqublu

Nəsiman Qara oğlu Yaqublu (keçmiş soyadı: Yaqubov;[1] 22 fevral 1962, Zəngilan25 avqust 2024, Füzuli) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, Azərbaycan Yazıçılar BirliyininAzərbaycan Jurnalistlər Birliyinin üzvü. O, əsasən, Azərbaycan Xalq Cümhuriyyəti tarixi və Məhəmməd Əmin Rəsulzadə barədə tədqiqatlarla məşğul olmuşdur.

Nəsiman Yaqublu
"M.Ə.Rəsulzadə Ensiklopediyası"nın təqdimatı, 17 may 2013
"M.Ə.Rəsulzadə Ensiklopediyası"nın təqdimatı, 17 may 2013
Doğum tarixi 22 fevral 1962(1962-02-22)
Doğum yeri
Vəfat tarixi 25 avqust 2024(2024-08-25) (62 yaşında)
Vəfat yeri
Vəfat səbəbi yol-nəqliyyat hadisəsi
Dəfn yeri
Elm sahəsi tarix
Elmi dərəcəsi
Elmi adı
Təhsili
Üzvlüyü
Mükafatları "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı

Nəsiman Qara oğlu Yaqublu 1962-ci il fevral ayının 22-də Zəngilan rayonunun Zəngilan kəndində anadan olub[2]. Zəngilan rayonunda orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedib, Sankt-Peterburq Universitetinin Jurnalistika fakültəsində oxuyub[3].

1986-cı ildə Leninqrad Universitetini bitirdikdən sonra Bakıya qayıdıb. "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında "Ağrılı ömürlər" kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan Məhəmməd Əmin Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında "Xocalı qırğını" kitabını yazıb və 30000 tirajla çap etdirib. Mətbuat tarixi və jurnalistika ilə bağlı da bir çox kitabın müəllifi olmuşdur[2].

1993-cü ildə, Qarabağ Savaşında könüllü olaraq Azərbaycan ordusunda xidmətə başlayıb, "Azərbaycan ordusu" qəzetinin Baş redaktoru vəzifəsində çalışıb. 1993-cü ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş müəllim olaraq fəaliyyət göstərmişdir[2].

Hacı Zeynalabdin Tağıyev adına Milli Mükafatın və Həsən bəy Zərdabi Mükafatının laueratıdır. Tarixi və publisistik yazıları Azərbaycanda, Türkiyədə və Polşada çap edilib[2].

2001-ci ildə "Azərbaycan Milli İstiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə" mövzusunda namizədlik dissertasiyasını, 2014-cü ildə "Azərbaycan milli istiqlal mücadiləsi və mühacirət mətbuatı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib[3].

2008-ci ildə Türkiyənin Ankara şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 90 illiyinə həsr edilən beynəlxalq konfransda, 2009-cu ildə Polşanın Varşava şəhərində Qafqaz mühacirlərindən Piradzeyə həsr edilən konfransda, 2015-ci ilin oktyabr ayının 26–29-da Polşanın Varşava Universitetinin Şərqi Avropanı Öyrənmə Mərkəzinin təşkil etdiyi Beynəlxalq Prometey konfransında iştirak edib[3].

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmuşdur.[2]

Nəsiman Yaqublu 25 avqust 2024-cü ildə deputatlığa namizəd olduğu 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin seçiciləri ilə görüşmək məqsədilə Zəngilan rayonuna etdiyi səfərdən geri dönərkən Cəbrayıl rayonu ərazisində idarə etdiyi "Nissan" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirmiş və maşını yol kənarına aşırmışdır. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Füzuli xəstəxanasına çatdırılmışdır.[4][5] Nəsiman Yaqublu saat 18:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunmuş, ona qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, hemotoraks, sol said sümüklərinin yerdəyişən sınığı, qarın boşluğunun küt travması, travmatik şok diaqnozları təyin edilmişdir. Həkimlərin səylərinə, aparılan tibbi müdaxilələrə baxmayaraq o, saat 18:43-də vəfat etmişdir.[6]

Müsavat Partiyası başqanının müavini Mustafa Hacıbəyli Nəsiman Yaqublunun ölümünü şübhəli olaraq qiymətləndirmişdir. O, Yaqublunun gənclikdən maşın sürdüyünü, yolun düz olduğunu, təcili yardımın 30 dəqiqəlik yolu 1 saat 30 dəqiqəyə qət etdiyini açıqlayaraq ölümün şübhəli olmasını əsaslandırmışdır. O, həmçinin, Yaqublunun deputatlığa namizəd olaraq çox səs toplayacağını, onun ölümündə maraqlı şəxslərin olduğunu da açıqlamışdır.[7]

Vəfatı ilə bağlı Bakı Dövlət Universiteti,[8] Varşava Universitetinin Şərqi Avropa Araşdırmaları Mərkəzi[9] başsağlığı dərc etmişdir. O, 26 avuqst 2024-cü ildə Zabrat qəsəbəsində dəfn olunmuşdur.[10]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2000-ci il parlament seçkilərində Nəsiman Yaqublu Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 12-ci sırada olmuşdur.[11] Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4,85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana bilməmişdir. Beləliklə, Nəsiman Yaqublu isə deputat seçilə bilməmişdir.[12][13]

Nəsiman Yaqublu 2006-cı il təkrar parlament seçkilərində Müsavat Partiyasının 44 saylı Sumqayıt-Abşeron seçki dairəsi üzrə deputatlığa namizədi olmuşdur.[14] O, deputat seçilə bilməmişdir.[15]

Nəsiman Yaqublu 2010-cu il parlament seçkilərində AXCP-Müsavat Seçki Blokunun vahid namizədi və Müsavat Partiyasının üzvü olaraq 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizəd olmuşdur.[16] O, 2157 səs (10.19%) toplayaraq seçkiləri YAP üzvü İmamverdi İsmayılovun və bitərəf namizəd Qara Məmmədovun ardınca üçüncü sırada tamamlamışdır.[17]

Nəsiman Yaqublunun 2015-ci il parlament seçkilərində Müsavat Partiyasının namizədi olaraq 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülsə də, dairə seçki komissiyası onun namizədliyini qeydə almamışdır. O, Mərkəzi Seçki Komissiyasına qərarla bağlı şikayət etsə də, şikayəti təmin olunmamışdır.[18]

Nəsiman Yaqublu 2020-ci il parlament seçkilərində 24 saylı Nizami birinci seçki dairəsi üzrə Müsavat Partiyasının deputatlığa namizədi olmuşdur.[19] O, 352 səs səs toplayaraq deputat seçilə bilməmişdir.[20]

Nəsiman Yaqublu Müsavat Partiyası Divanının 12 iyul 2024-cü ildə növbədənkənar iclasında alınan qərarla partiyanın 2024-cü il növbədənkənar parlament seçkilərində 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədi olmuşdur.[21] Vəfatının ardınca, 27 avqust 2024-cü ildə Mərkəzi Seçki Komissiyası tərəfindən alınan qərarla seçki məntəqələrindəki seçki lövhələrində Nəsiman Yaqublunun seçki marafonunu dayandırdığı qeyd olunmalıdır.[22]

  • Ağrılı ömürlər. Bakı: Yazıçı, 1990;
  • Məmməd Əmin Rəsulzadə. Bakı: Gənclik, 1991;
  • Xocalı qırğını. Bakı: Azərnəşr, 1992;
  • Müsavat partiyasının tarixi. Bakı: Ay-Ulduz, 1997;
  • Azərbaycan Milli İstiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə. Bakı: "TS" firmasının mətbəəsi, 2001;
  • Azərbaycan legionerləri. Bakı: Bakı Universitetinin Nəşriyyatı, 2002;
  • Azərbaycan legionerləri. Bakı: Çıraq, 2005;
  • Xarici ölkələrin jurnalistikası. Bakı: Adiloğlu, 2007 (həmmüəllif);
  • Azərbaycan-Polşa əlaqələrində M. Ə. Rəsulzadənin rolu. Bakı: Adiloğlu, 2007;
  • Bakının qurtuluşu. Bakı: Adiloğlu, 2008;
  • Əbdürrəhman Fətəlibəyli-Düdənginski. Bakı: Adiloğlu, 2008;
  • Əbdürrəhman Fətəlibəyli-Düdənginski. Bakı: Abşeron Nəşr, 2009;
  • Türkiyənin azərbaycanlılara müstəqillik mücadiləsində dəstəyi. Bakı: Abşeron Nəşr, 2009;
  • Azərbaycanda yaşayan milli azlıqların nəşrləri. Bakı: Elm və təhsil, 2010;
  • Bakının qurtuluşu. Bakı: Elm və təhsil, 2010;
  • Azərbaycan mühacirət irsi. Bakı: Elm və təhsil, 2011;
  • "Kaspi" qəzetinin yaranması və fəaliyyəti. Bakı: Qanun, 2011;
  • Qafqaz İslam ordusu və Nuru paşanın Azərbaycanda izləri. Bakı: Adiloğlu, 2012;
  • Xocalı soyqırımı. Bakı: Elm və təhsil, 2012;
  • Müsavat partiyasının tarixi. Bakı: Adiloğlu, 2012;
  • Biz o yurdlara qayıdacağıq (material. topl. nəşrə haz. N. Yaqublu). Bakı: QHT Nəşriyyatı, 2013;
  • Azərbaycanın ilk qeyri-hökumət təşkilatları (materialları hazırlayan və elmi red. N. Yaqublu). Bakı: Elm və təhsil, 2013;
  • Qafqaz İslam ordusunun Azərbaycanda. Bakı: "OL" MMC, 2013;
  • Ermənilər türklərə qarşı (Rusiya arxivlərinin izi ilə). Bakı: E. L, 2013;
  • Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası. Bakı: Kitab Klubu, 2013;
  • Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası. Bakı: "OL" MMC, 2013;
  • Azərbaycan mühacirət mətbuatı (dərs vəsaiti). Bakı: Elm və təhsil, 2014;
  • Məhəmməd Əmin Rəsulzadə. Bakı: Mütərcim, 2014;
  • Məhəmməd Əmin Rəsulzadə. Biblioqrafiya (materialları toplayıb nəşrə haz., giriş sözün müəl. və red. N. Yaqublu). Bakı: Kitab Klubu, 2015;
  • Qafqaz İslam ordusunun Azərbaycanda izləri. Bakı: Kitab Klubu, 2015;
  • Qafqaz İslam ordusunun Azərbaycanda izləri. Bakı: OL NPKT, 2017;
  • Qafqaz İslam ordusunun Azərbaycanda izləri. Bakı: Nurlar, 2018;
  • Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası. Bakı: Qanun, 2018;
  • Cümhuriyyət qurucuları. 100 il. Bakı: Nurlar, 2018;
  • Bakının qurtuluşu. Qafqaz İslam ordusu. Bakı: Qanun, 2021;
  • Polyakların Azərbaycanda fəaliyyəti. Bakı: Mütərcim, 2022;
  • Nizami Gəncəvi. Unudulmuş nəşrlər. Bakı, 2022;
  • Şuşa ziyalıları. Unudulmuş irs. Bakı, 2022;
  • Azərbaycan mətbuatı: Gizli nəşrlər. Bakı, 2023.
  • Məhəmməd Əmin Rəsulzadə mətbuat haqqında. Bakı: Qanun, 2024.
  • Məhəmməd Əmin Rəsulzadə: həyat və fəaliyyəti. Bakı: Qanun, 2024.
  1. "Siyasi Repressiya: Həyatda və Ədəbiyyatda" (PDF). 2024-05-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-08-25.
  2. 1 2 3 4 5 "Tanınmış jurnalist, tədqiqatçı-alim Nəsiman Yaqublunun 60 yaşı tamam olur". az.baku-art.com. 2022-02-22. 2023-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-26.
  3. 1 2 3 "Nəsiman Qara oğlu Yaqublu" (PDF). khazar.org. 2024-08-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-08-26.
  4. "Deputatlığa namizəd Nəsiman Yaqublu yol qəzasında ölüb". 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-25.
  5. "Nəsiman Yaqublu faciəvi şəkildə ÖLDÜ". 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-25.
  6. "Professor Füzuli xəstəxanasında dünyasını dəyişibmiş". 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-25.
  7. "Müsavat Partiyası Nəsiman Yaqublunun YNH-də ölümünü müəmmalı hesab edir". turan.az (az.). 2024-08-26. 2024-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-26.
  8. "BDU-nun professoru Nəsiman Yaqublu vəfat edib". Bakı Dövlət Universiteti. 2024-08-25.
  9. "Z głębokim smutkiem informujemy o odejściu azerbejdżańskiego historyka Nasiman Yagublu". Studium Europy Wschodniej Uniwersytetu Warszawskiego (polyak). 2024-08-27.
  10. "Nəsiman Yaqublu dəfn edilib - YENİLƏNİB - 2". Report İnformasiya Agentliyi (az.). 2024-08-26. 2024-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-27.
  11. "2000-ci ilin və bu günün Müsavat Partiyası - deputatlığa namizədləri müqayisə etsək... (FOTOLAR)". musavat.com. 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.
  12. "2000-ci il parlament seçkilərinin nəticəsi". 2011-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
  13. "2000-2001-ci illər parlament seçkiləri haqqında yekun hesabat" (PDF). 2021-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-30.
  14. "Müsavat Partiyası Divanının növbədənkənar toplantısı keçirib". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
  15. "2006-cı ilin may ayının 13-də keçirilmiş təkrar parlament seçkilərinin nəticələri". 2007-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-11.
  16. "125 ZƏNGILAN-QUBADLI SEÇKI DAIRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI". 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-25.
  17. "125 ZƏNGILAN-QUBADLI SEÇKI DAIRƏSİ nəticələr". 2023-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-25.
  18. "2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 oktyabr 2015-ci il tarixli 56 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Q Ə R A R I" (PDF). 2024-08-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-08-25.
  19. "24 SAYLI NİZAMİ BİRİNCİ SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI". 2024-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-25.
  20. "24 saylı Nizami birinci seçki dairəsi üzrə seçki nəticələri (2020)". 2023-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-25.
  21. Musayev, Turqay. "Müsavat eks-deputat və məşhur alimin namizədliyini irəli sürdü - FOTO". modern.az (az.). 2024-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-12.
  22. "MSK qəzada həlak olan Nəsiman Yaqublunun bülletenlərdə adı ilə bağlı qərar qəbul edib". Report İnformasiya Agentliyi (az.). 2024-08-27. 2024-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]