Rəsul Sultanov Hacı oğlu (1899, İlisu, Zaqatala dairəsi – 1970) — coğrafiya elmləri doktoru.
Rəsul Sultanov | |
---|---|
Rəsul Sultanov Hacı oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Qax rayonunun İlisu kəndi |
Vəfat tarixi | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Sultanov Hacı |
Elmi dərəcəsi | |
Elmi adı | coğrafiya elmlər doktoru |
R.H.Sultanov Azərbaycan Respublikası Qax rayonunun İlisu kəndində doğulmuşdur. 1924–1929-cu illərdə indiki Neft Akademiyasının tələbəsi olmuşdur. 1939-cu ildə həmin Ali təhsil müəssisəsinin aspiranturasını bitirmişdir.
Qafqazın ön dağlıq hissəsinin tufagen-vulkanik süxurlarının yaşı" mövzusunda, namizədlik 1955-ci ildə isə "Böyük Qafqazın Cənub yamacının tektonik və geomorfoloji quruluşu (faydalı qazıntı yataqlarının aşkar edilməsi ilə əlaqədar)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1930–1937-ci illərdə Respublika geoloji kəşfiyyat idarəsində goloji partiya rəisi, 1937–1950-ci illərdə Azərbaycan EA Geologiya institutunun böyük elmi işçisi, 1950–1952-ci illərdə Azərbaycan Pedaqoji institutunda dosent, 1952–1955-ci illərdə kafedra müdiri, 1955–1958-ci illərdə BDU-nun geologiya fakultəsində dosent vəzifəsində işləmişdir. 1958–1970-ci illərdə Azərbaycan EA Coğrafiya institutunda paleocoğrafiya şöbəsinin müdiri olmuşdur. 1946-cı ildə Azərbaycanda fosforit yatağının tapılması münasibətilə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. Azərbaycan ərazisində dördüncü dövr paleocoğrafi təkamülün elmi araşdırılması ilə ilk dəfə o məşğul olmuşdur. Bu sahədə bir neçə silsilə elmi əsərlərin müəllifi olmuşdur.[1]