Rəy aqreqatoru və ya icmal aqreqatoru — məhsul və xidmətlər (filmlər, kitablar, video oyunlar, proqram təminatı, kompüter avadanlıqları və avtomobillər kimi) ilə əlaqədar olan rəyləri yığan bir sistemdir. Bu sistem verilmiş rəyləri bir yerə cəmləyir və istifadəçilərin verdikləri rəylərə baxa bildikləri veb-saytı dəstəkləmək, istehlakçıların meylləri haqqında məlumatları üçüncü tərəflərə satmaq və yaxud şirkətlərin öz həqiqi və potensial müştəriləri haqqında məlumatlar əldə edə bilməsi üçün verilənlər bazası yaratmaq kimi məqsədlər üçün istifadə edilir. Sistem istifadəçilərinə bir məhsula aid verilmiş müxtəlif rəyləri asanlıqla müqayisə etməyə imkan yaradır. Belə sistemlərin əksəriyyəti müəyyən bir məhsul haqqında verilmiş müxtəlif rəylərə ədədi dəyərlər verir və məhsulun təxmini orta qiymətləndirilməsi üçün bu məlumatlardan istifadə edirlər.
Rəy aqreqatoru saytları satışı baha olan videooyunlar kimi müəyyən kateqoriyalarda, rəy bildirilən məhsulları istehsal edən şirkətlərə iqtisadi təsir göstərməyə başlamışdırlar. Bəzi şirkətlər işçilərinə verilən əməkhaqqının nisbətini və işçilərə verilən mükafatları (bonuslar) rəy aqreqatorlarında verilən xallara əsasən hesablayırlar. Həmçinin şirkətlərin səhm qiymətləri şirkətlərin potensial satışları ilə şirkətlərə verilən ümumi rəy xalları arasındakı əlaqəyə görə ümumi rəy xallarına əsasən dəyişiklik göstərir.[1][2] Ədəbiyyatda satış və ümumi rəy xalları arasında güclü əlaqə olduğu geniş şəkildə qəbul edilmişdir.[3] Rəylər müştərilərin satın alma qərarlarına yüksək səviyyədə təsir göstərir. Bu təsiri nəzərə alan istehsalçılarda öz növbələrində müntəzəm olaraq müştərilər tərəfindən bu rəylərdə bildirilmiş nöqsanları aradan qaldırırlar. Bu, adətən istehsalçıya yönəlmiş məhsulu nəzərdən keçirmə (məhsula rəy bildirmək) aqreqatorundan istifadə edilməklə həyata keçirilir. Reutersin verdiyi məlumata əsasən, kino sənayesində fəaliyyət göstərən əsas studiyalar icmal aqreqatorlarının verdikləri məlumata diqqət yetirirlər, lakin "həmişə onlara çox diqqət yetirməyi sevmirlər".[4][5]