Rusiya Elmlər Akademiyası (abbr. REA, rus. Российская академия наук, abbr. РАН) — Rusiyada təbiət və ictimai elmlərdə fundamental tədqiqatlar aparan aparıcı elmi təşkilat, dövlət elmlər akademiyası. Akademiyanın əsas vəzifəsi təbiətin, cəmiyyətin, insanın inkişafı barədə, həmçinin Rusiyanın texnoloji, iqtisadi, sosial və mənəvi inkişafına dəstək olacaq biliklərin əldə edilməsini təmin edən fundamental tədqiqatların təşkil etməkdir. Rusiya Elmlər Akademiyası Rusiya Federasiyasının Konstitusiyasının 44-cü maddəsinə görə dövlət elmlər akademiyası formasında olan vacib konstitusiya-ictimai qeyri-kommersiya təşkilatıdır.
Rusiya Elmlər Akademiyası | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılıb | 8 fevral 1724 |
Sayt |
ras.ru new.ras.ru |
Mükafatlar | |
Vikianbarda əlaqəli mediafayllar |
Akademiyanın 1000 elmi institutu, 50 min elmi işçisi, 819 həqiqi üzvü, 1081 müxbir üzvü, 713 akademiyasının professoru vardır.