Northrop Grumman RQ-4 Global Hawk Amerika istehsalı olan yüksək hündürlükdə uçan (HALE) PUA. Silahsız olub kəşfiyyat/müşahidə məqsədli sensorlar ilə təchiz edilmişdir. Global Hawk (Qlobal Şahin) adı ismi qabiliyyətini ortaya qoymaq məqsədi ilə verilmişdir. Bir qitədən havaya qalxıb, peyklər vasitəsilə digər bir qitədən idarə edilərək bir başqa qitənin üzərində kəşfiyyat apardıqdan sonra əldə edilmiş olan məlumatları yenə də başqa bir qitəyə göndərə bilir. Bu casus təyyarəsi, yüksək hündürlükdə sürətli kəşfiyyat və nəzarət həyata keçirməyi bacarır. Qalxdığı ərazidən 3000 dəniz mili uzaqda yerləşən ərazilərdə vəzifəsini həyata keçirməyi bacarır, ayrıca olaraq hədəf sahəsinin üstündə 24 saat boyunca və 60.000 feet hündürlükdən daha yüksək ərazilərdə qalmağı bacarır. Hal-hazırda bu PUA-lardan 42 ədəd istehsal edilmişdir.
RQ-4 Global Hawk | |
---|---|
Hazırlayan | Northrop Grumman |
İstehsalçı | Northrop Grumman[1], Raytheon Company[1] |
İlk uçuş | 28 fevral 1998[2] |
İstismara verilmə tarixi | noyabr 2001[3] |
İstismarçılar | |
Vikianbarda əlaqəli mediafayllar |
Performans