Northrop Grumman, mərkəzi ABŞ-də yerləşən kosmik fəza və müdafiə texnologiyası sahəsində fəaliyyət göstərən 1994-cü ildə Grumman və Northrop şirkətlərinin birləşməsi ilə yaradılmış olan beynəlxalq şirkətdir. Şirkət müdafiə sənayesi sahəsində 2010-cu ildə dünyanın dördüncü böyük şirkəti olmuşdur.[5] 2011-ci ilin aprel ayından etibarən Northrop Grumman şirkəti dörd sahədə fəaliyyət göstərir. Bunlar kosmik fəza sistemləri, elektron sistemlər, məlumat sistemləri və texniki sistemlərdirlər.[6] Northrop Grumman şirkətinin istehsal sahəsinə aviadaşıyıcılar, hərbi təyyarələr, hərbi gəmilər, döyüş raketləri sistemləri, süni peyklər və informasiya texnologiyaları sistemləri də daxildir.
Northrop Grumman | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | gəmiqayırma, elektron sənaye, Aviasiya sənayesi, silah sənayesi[d] |
Məhsulu | Hərbi təyyarə |
Təsis tarixi | 1994 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi aktivlər |
|
Ümumi gəliri |
|
Xalis mənfəəti |
|
Əməliyyat mənfəəti |
|
Struktur | |
İşçi sayı |
|
northropgrumman.com | |
Vikianbarda əlaqəli mediafayllar |