RSFSR Dövlət Nəzarəti Xalq Komissarlığı

RSFSR Dövlət Nəzarəti Xalq KomissarlığıRSFSR Xalq Komissarları Sovetinin tərkibində 1918-ci ilin iyulundan 1920-ci ilin fevralına qədər dövlət nəzarətini həyata keçirən hökumət orqanı.

RSFSR Dövlət Nəzarəti Xalq Komissarlığı
Ümumi məlumatlar
Ölkə
  •  Sovet Rusiyası[d]
Yaradılma tarixi iyul 1918
Ləğv edilib 7 fevral 1920
Sonrakı Fəhlə-Kəndli Müfəttişliyi

1918-ci ilin yanvar ayına qədər Fəhlə, Əsgər və Kəndli Deputatları Sovetləri yanında iri şəhərlərdə, quberniyalarda və sənaye cəhətdən inkişaf etmiş vilayətlərdə fəaliyyət göstərən fəhlə nəzarəti şuralarına Ümum-Rusiya Nəzarət Şurası miqyasında rəhbərlik edirdi. Bu şuraya istehsalın konkret sahələri üzrə mütəxəssis auditor komissiyaları daxil idi. Bu Xalq Komissarlığı yaranana qədər RSFSR-də dövlət nəzarəti 1918-ci ilin yanvarında yaradılmış Mərkəzi Nəzarət Şurası, uçot-nəzarət şuraları və lokal nəzarət komissiyaları tərəfindən həyata keçirilirdi. 1918-ci ilin iyulunda Mərkəzi Nəzarət Şurası RSFSR Dövlət Nəzarəti Xalq Komissarlığına çevrilmişdir.[1]

RKP(b)-nin VIII qurultayı (1919-cu il mart) dövlət nəzarətinin yenidən təşkili haqqında qərar qəbul etmişdir.[1] 1919-cu ilin aprelində Ümumrusiya Mərkəzi İcraiyyə KomitəsiRSFSR Xalq Komissarları Soveti "Dövlət nəzarəti haqqında" dekret qəbul etmişdir.[2]

  1. 1 2 Государственный контроль // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969–1978.
  2. "СУ РСФСР, 1919, № 12, ст. 122". 2020-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-08.