Fəhlə-Kəndli Müfəttişliyi

Xalq Fəhlə-Kəndli Müfəttişliyi Komissarlığı, qısaca Rabkrin (rus. Наро́дный комиссариа́т Рабо́че-крестья́нской инспе́кции) – Sovet İttifaqında dövlət və yerli idarələri, habelə müəssisələri yoxlamağa məsul olan nazirlik səviyyəsində (xalq komissarlığı) hökumət qurumu.

Fəhlə-Kəndli Müfəttişliyi
Народный комиссариат рабоче-крестьянской инспекции
Ümumi məlumatlar
Ölkə
Yaradılma tarixi 7 fevral 1920
Əvvəlki qurum RSFSR Dövlət Nəzarəti Xalq Komissarlığı
Ləğv edilib 11 fevral 1934
Sonrakı Xalq Nəzarəti Komissiyası

1920-ci il fevralın 7-də Ümum-Rusiya Mərkəzi İcraiyyə Komitəsi tərəfindən Dövlət Nəzarəti Xalq Komissarlığını əvəz edən Xalq Fəhlə-Kəndli Müfəttişliyi Komissarlığının yaradılması haqqında qərar qəbul edilmişdi. "Rabkrin" termini rusca "Narodnıy Kommissariat Raboçe-Krestyanskoy İnspektsiyi" yəni Xalq Fəhlə və Kəndli Müfəttişliyi Komissarlığı adından gəlir. Komissarlığın yaradılmasında məqsəd Sovet hökumətinin səmərəliliyini təmin etmək və Rusiya inqilabından sonra və vətəndaş müharibəsi dövründə meydana çıxan bürokratik qarışıqlıqları aradan qaldırmaq idi.[1]

Xalq Dövlət Nəzarəti Komissarlığı sovet hökumətinin qurulmasında mühüm rol oynasa da, bürokratik nəzarətin səmərəsizliyi Vladimir Lenini bu şuranı ləğv etməyə və onun əvəzində daha rahat idarə edilən dövlət orqanı yaratmağa vadar etdi. Yeni yaradılmış bu quruma keçmiş xalq dövlət nəzarəti komissarı İosif Stalinin təyin edildi ki, bu da sovet idarəçiliyinin yeni başlanğıcından xəbər verirdi. Sovet İttifaqının yaradılması olduğu üçün onun Rusiya imperiyası ilə heç bir əlaqəsi yox idi. Bu qurum tamamilə sovet hökuməti tərəfindən yaradıldığı üçün onu Rusiya imperiyası ilə heç nə bağlamırdı.[1]

Lenin və Stalinin dövründə

[redaktə | mənbəni redaktə et]

Alman bioqrafı Isaac Deutscher komissarlığı belə təsvir etmişdir:

"Rabkrin… idarəçiliyin ən yuxarı səviyyəsindən ən aşağısına qədər hər sahəsinə nəzarət etmək və çarizm dövründən qalan iki əsas problemi — səmərəsizlik və korrupsiyanı aradan qaldırmaq üçün yaradılmışdı. Bu qurum köhnəlmiş hökumət sistemində həm sərt, həm də ədalətli bir nəzarətçi rolunu oynamalı, səlahiyyətlərin sui-istifadəsini və lazımsız bürokratik maneələri ifşa etməli və dövlət idarələrində etibarlı məmurlardan ibarət elit bir kadr yetişdirməli idi. Bu qurum fəhlə və kəndli qrupları vasitəsilə fəaliyyət göstərirdi və bu qruplara istənilən vaxt hər hansı xalq komissarlığının ofisinə daxil olaraq iş prosesini izləmək hüququ verilmişdi… Bu qəribə nəzarət sistemi Leninin şəxsi ideyalarından biri idi. O, dövlət idarələrinin səmərəsizliyindən və korrupsiyadan bezərək "aşağının sərt nəzarəti" vasitəsilə bunu aradan qaldırmağı düşünürdü. Rabkrin məhz bu məqsədə xidmət etməli idi… Lakin bürokratiya fəhlələrin özünü də məmura çevirdi. Lenin özü də sonralar komissarlığın gözlənildiyi kimi problemləri həll etmək əvəzinə əlavə qarışıqlıq, korrupsiya və intriqa mənbəyinə çevrildiyini anlamışdı. Beləliklə, Rabkrin dövlət idarəçiliyinə lazımsız yerə müdaxilə edən qeyri-rəsmi "polis" kimi fəaliyyət göstərməyə başlamışdı."[2]

Fəaliyyətinin ilk üç ilində Rabkrin kommunist dövlətinin formalaşmasında həlledici rol oynadı. 1919-cu ildə qurulmuş Mərkəzi Şikayətlər Bürosu (rus. Бюро Жалоб) isə komissarlığın bir şöbəsi olaraq yalnız dövlət idarəçiliyindəki səmərəsizliyi aşkar edib aradan qaldırmaq məqsədini daşıyırdı. İstənilən sovet vətəndaşı bu büro vasitəsilə dövlət məmurundan şikayət edə bilərdi. Lenin bunu xalqın hökumətdə söz sahibi olmasını təmin etmək kimi görürdü. Qarşıya qoyulmuş məqsədlərə çatmadıqdan, o cümlədən şəxsən Lenin tərəfindən tənqidlərə məruz qaldıqdan sonra, 1923-cü ildə komissarlıq RK(b)P Partiya Nəzari Komitəsi ilə birləşdirildi. vahid bir nəzarət orqanı olaraq birləşdirildi. Bu birgə nəzarət qurumu, vahid sədr rəhbərliyi altında dövlət, iqtisadiyyat və Rusiya Kommunist Partiyasına nəzarəti həyata keçirmək üçün təşkil edilmişdi.[3]

1924-cü ildə Leninin ölümündən sonra Stalinin hakimiyyətə gəlməsi ilə Şikayətlər Bürosu yeni liderin daha sərt bir vasitəyə çevrildi. Bu büro artıq sovet vətəndaşlarını, dövlətə qarşı çıxan və ya antikommunist fəaliyyət göstərən təşkilatların üzvü olan funksionerlər haqqında, sübut və şahidlər də daxil olmaqla, ətraflı məlumat verməyə təşviq edən vasitə kimi istifadə olunurdu. Bir çox şikayətlərin ardınca təqsirləndirilən şəxslər üçün sürətli məhkəmə iclasları keçiril və əksər işlərə sübutlu-sübutsuz qərar verildi.

1929-cu ildə Şikayətlər Bürosu işçilərin həmkarlar ittifaqlarında təşkilatlanmasını təmin edən qurum ilə — Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının Şikayətlər Bürosu ilə birləşdirildi. Bu isə 1934-cü ildə Xalq Fəhlə-Kəndli Müfəttişliyi Komissarlığının ləğv edilməsinədək həm kənd təsərrüfatı, həm də sənaye sahələrindən şikayətlərin artması ilə nəticələndi.[4][3]

1926-cı ildə Sovet İttifaqı Kommunist Partiyasının Baş katibi olan Stalin SSRİ xalq fəhlə-kəndli müfəttişliyi komissarı vəzifəsini etibarlı müttəfiqi olan Serqo Orconikidzeyə həvalə etdi. Yeni rəhbərlik altında bu qurum digər sovet iqtisadi qurumlarını, xüsusən də Ali Xalq Təsərrüfatı Şurasını (XTŞ) və Dövlət Plan Komissiyasını daha çox sənayeləşməyə və hərbi səmərəliliyiyinin artırılmasına sövq etdi. Stalinin ilk beşillik planı (1928–1932) ilə yanaşı, bu komissarlıq minimum resursla maksimum istehsal əldə etmək üçün yeni sənaye investisiyalarının təminatı üzrə məsul orqana çevrildi. 1929–1932-ci illərdə sənayeləşməni artırmaqla vəzifələndirilmiş Ali Xalq Təsərrüfatı Şurası ilə Xalq Fəhlə-Kəndli Müfəttişliyi Komissarlığı arasında güc mübarizəsi daha aydın şəkildə özünü göstərdi.[5]

Ali Xalq Təsərrüfatı Şurasının sənaye səmərəliliyinə dair davamlı araşdırmalar Rabkrinin səhlənkarlıq və aldatma ittihamları ilə nəticələnirdi. Ancaq bu hesabatların bir çoxu saxtalaşdırılmışdı və bu, Sovet bürokratiyasının nizamsız və qarışıq təbiətini açıq şəkildə göstərirdi. Digər sovet qurumlarına dair aparılan araşdırmalar 1936–1938-ci illər Böyük Təmizləmənin ilkin mərhələlərində köhnə bolşeviklərin vəzifədən uzaqlaşdırılması ilə paralel aparılırdı. Stalin və onun rəhbərliyi altında çalışan vəzifəlilər Ali Xalq Təsərrüfatı Şurası kimi sovet qurumlarındakı bəzi şəxslərin qəsdən Sovet İttifaqının iqtisadi inkişafına zərbə vurduğuna inanırdılar. Rabkrinin araşdırmaları minlərlə dövlət məmurunun ittiham olunması üçün kifayət qədər dəlillərlə təmin edirdi.[6]

SSRİ Xalq Fəhlə-Kəndli Müfəttişliyi Komissarlığının SSRİ Xalq Torpaq Komissarlığında aparıığı araşdırmalar idarə daxilində narazılığa səbəb olmuşdu. Bir çox məmur hesab edirdi ki, güclənmiş bu sovet qurumu səlahiyyətlərini aşaraq kollektivləşdirilmiş kənd təsərrüfatının uğur qazanmasını sərt qaydalarla çətinləşdirir. Sovet kəndliləri də bənzər tənqidlərə məruz qaldılar və daxili idarələr onları içki aludəçisi, azğın, Kommunist Partiyasına və onun kollektivləşmə cəhdlərinə qarşı çıxan əleyhdarlar kimi qələmə verirdilər. Hesabatların çoxu kəndlilərin həyatını yanlış formada təqdim etsə də, hakimiyyətə kənd təsərrüfatına ağır istehsal normativləri qoymağa əsas verirdi. Bu tələblər kəndliləri daim iş başında saxlayır və onları mənfi davranışlardan uzaq tutmaq məqsədi daşıyırdı.[7]

Komissarlığın sonu

[redaktə | mənbəni redaktə et]

1930-cu ilin noyabrından 1931-ci ilin oktyabrına kimi Fəhlə-Kəndli Müfəttişliyi Komissarlığına Andrey Andreyev rəhbərlik edirdi. Öz sələfi Orconikidze kimi Andreyev də həm sənayenin daha sürətli inkişafını, həm də hərbi gücün artırılmasını təşviq edirdi. 1931-ci ilin oktyabrından 1934-cü ilin yanvarına kimi Andreyevi bu vəzifədə Yan Rudzutak onu əvəz etdi. Birinci beşillik planın uğurundan sonra sovet iqtisadiyyatı genişlənmə və maliyyə sabitliyi dövrünə qədəm qoymuşdu. Həmin dövrdə böyük böhranın təsirlərinə məruz qalmış digər ölkələrə baxanda, sovet iqtisadiyyatı zahirən dayanıqlı və güclü görünürdü.[8]

Ümumittifaq Kommunist Partiyasının 17-ci qurultayında Xalq Fəhlə-Kəndli Müfəttişliyi Komissarlığının artıq öz məqsədinə çatdığı qənaətinə gəlinərək, qurum ləğv edildi və onun səlahiyyətləri Sovet Nəzarəti Komissiyasına verildi. Sovet Nəzarəti Komissiyasının məhsuldarlığa nəzarəti ələ almasından sonra sənaye sahələri üzrə işçi birliklərinin artması sovet vətəndaşları üçün güclü dəstək sisteminə çevrildi və bu, bürokratik idarəetmədən qaynaqlanan qarışıqlıqları azaltdı.

Xalq Fəhlə-Kəndli Müfəttişliyi Komissarlığı öz məhdudiyyətləri və digər sovet qurumları ilə qarşıdurmaları ilə xatırlansa da, Stalinin hakimiyyəti dövründə sovet iqtisadiyyatının qurulmasına töhfə verməkdə məhdud ölçüdə uğur əldə etmişdi.[9]

RSFSR xalq fəhlə və kəndli müfəttişliyinin komissarları:[10]

  1. İosif Vissarionoviç Stalin (24 fevral 1920 – 6 may 1922)
  2. Aleksandr Dmitriyeviç Tsyurupa[rus.] (6 may 1922 – 28 aprel 1923)
  3. Valerian Vladimiroviç Kuybışev[rus.] (28 aprel – 6 iyul 1923)
  4. Aleksey Semyonoviç Kiselyov[rus.] (7 iyul 1923 – 2 fevral 1924)
  5. Nikolay Mixayloviç Şvernik (2 fevral 1924 – 30 noyabr 1925)
  6. Nikifor İlyiç İlyin[rus.] (30 noyabr 1925 – 10 mart 1934)

SSRİ xalq fəhlə və kəndli müfəttişliyinin komissarları:

  1. Valerian Vladimiroviç Kuybışev (6 iyul 1923 – 5 avqust 1926)
  2. Qriqori Konstantinoviç Orconikidze (5 noyabr 1926 – 10 noyabr 1930)
  3. Andrey Andreyeviç Andreyev[rus.] (22 noyabr 1930 – 9 oktyabr 1931)
  4. Yan Ernestoviç Rudzutak[rus.] (9 oktyabr 1931 – 11 fevral 1934)
  1. 1 2 Kuromiya, Hiroaki. Stalin’s Industrial Revolution: Politics and Workers, 1928–1931 (ingilis). Cambridge: Cambridge University Press. 1990. səh. 48–49.
  2. Deutscher, Isaac. Stalin: A Political Biography (ingilis). Oxford: Oxford University Press. 1967. səh. 230–231.
  3. 1 2 Solomon, Peter H. Reforming Justice in Russia, 1864–1996: Power, Culture, and the Limits of Legal Order (ingilis). Armonk: M. E. Sharpe. 1997. səh. 171–173.
  4. Alexopoulos, Golfo. Solomon, Peter H. (redaktor). Reforming Justice in Russia, 1864-1996: Power, Culture, and the Limits of Legal Order (ingilis). Armonk, New York: M.E. Sharpe. səh. 174. ISBN 9781563248627. 2022-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-06.
  5. Fitzpatrick, Shelia. "Ordzhonikidze's Takeover of Vesenkha: A Case Study in Soviet Bureaucratic Politics". Soviet Studies. 37 (2). 1985: 153–172.
  6. Shearer, David R. Industry, State, and Society in Stalin's Russia, 1926–1934 (ingilis). Ithaca: Cornell University Press. 1996. səh. 87–91.
  7. Heinzen, James W. Inventing a Soviet Countryside: State Power and the Transformation of Rural Russia, 1917–1929 (ingilis). Pittsburgh: University of Pittsburgh Press. 2004. səh. 109, 111–113. ISBN 9780822942153.
  8. Rees, E. A. State Control in Soviet Russia: The Rise and Fall of the Workers’ and Peasants’ Inspectorate, 1920–1934 (ingilis). London: Palgrave Macmillan. 1987. səh. 147–150.
  9. Kuromiya, Hiroaki. Stalin’s Industrial Revolution: Politics and Workers, 1928–1931 (ingilis). Cambridge: Cambridge University Press. 1990. səh. 300–302.
  10. "Счетная палата Российской Федерации". 2009-01-05. 2009-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-26.