RWD — arxa təkərdən çəkməli (RWD), mühərrikin yalnız arxa təkərləri idarə etdiyi motorlu nəqliyyat vasitələrində istifadə olunan bir mühərrik və sürətlər qutusu tənzimləməsidir. XX əsrin sonlarına qədər arxa təkərlərdən çəkmə avtomobillər üçün ən çox yayılmış konfiqurasiya idi. Bir çox arxa təkərdən çəkməli nəqliyyat vasitəsi, vasitənin ön hissəsində uzununa quraşdırılmış mühərrikə malikdir.
Arxa təkərdən çəkməli bir avtomobil üçün ən geniş yayılmış tənzimləmə, mühərrikin və sürətlər qutusunun avtomobilin ön hissəsində uzununa yerləşdirilməsidir. Arxa təkərdən çəkməli avtomobillərin digər konfiqurasiyalarına ön orta mühərrik, arxa orta mühərrik və arxa mühərrik daxildir.
Alfa Romeo, Lancia, Porsche (944, 924, 928) və Chevrolet (C5 və C6 Corvette) kimi bəzi istehsalçılar daha balanslı çəki paylanmasının olmasını təmin etmək üçün mühərriki avtomobilin ön hissəsinə, sürətlər qutusunu isə avtomobilin arxasına yerləşdirirlər. Sürətlər qutusu və ox tək bir vahid olduğundan bu konfiqurasiyaya tez-tez transaks deyilir.