Raça-Yay (tay เกาะราชาใหญ่) — Tailand krallığının cənubunda, Andaman dənizi akvatoriyasında yerləşən ada. Elə də böyük olmayan 32-х adalar qrupununa daxildir. Ada həmçinin "Cənnət adası" olaraq da tanınır. Turistik zona kimi ranınır.
Raça-Yay adası | |
---|---|
tay เกาะราชาใหญ่ | |
Ümumi məlumatlar | |
Sahəsi | 4,5 km² |
Yerləşməsi | |
7°36′06″ şm. e. 98°22′00″ ş. u.HGYO | |
Ölkə | Tailand |
Akvatoriya | |
|
"Raça" sözü qədim pali dilindən tərcümədə "kral" mənasını verir. Bəzən adanı Raya olaraq adlandırırlar
Raça-yay adası ona yaxın olan pxuket adaları qrupuna daxil edilir. Pxuket adası ilə arasında məsafə 23 km-dir. Bəzən isə müstəqil Raça adalrı qrupuna daxil edilir. Bu qrupa isə iki ada daxildir:Raça-Yay və Raça-Noy . Bu iki ada arasında məsafə 8 km təşkil edir. Əksər hallarda isə Raça-Yay adası sadəcə olaraq raça olaraq deyilir[1].
Ada təpəlidir və tropik meşələrlə örtülmüşdür. Aadanın şimal sahillləri buxtalara sahibdir və əsrarəngiz çimərlikləri vardır. Cənub hissə isə təpəlidir və sahilləri sıldırımlıdır.
Adada olan buxtalarda mimnnimal infrastruktura sahib olan çimərliklər vardır. Bütün çimərliklər snorkelinq və dayvinq həvəskarları üçün əlverişlidir. Bu çimərliklərə piyada və ya motobaykılla getmək mümkündür.
Patok buxtası (Patok Bay) sahəsinə görə adanın ikinci çiməırliyidir. Burada otel və restoranlar belə vardır. Katerlər çimərliyə yan ala bilirlər.
Siam buxtası (Siam Bay) adanın ən böyük çimərliyidir. Çimərlikdə otel vardır. Katerlər turisləri bir-başa çimərliyə gətirə bilir.
La buxtası (Lha Bay) adanın şimalında yerləşir. Hər zaman insanların çox olduğu bir ərazidir.
Tyor buxtası (Ter Bay) adanın şərqində yerləşən kiçik çimərlik. Restoran belə vardır.
Konkare buxtası (Konkare Bay) adanın şərqində yerləşən kiçik daşlardan ibarət olan çimərlik. Əsasən dayvinq və snorkelinq üçün əlverişlidir. Burada otel vardır.
Pxunet adası ilə dacvamlı dəniz əlaqəsinə sahibdir. Adaya sürətli katerlər hərəkət edir. Onlar əsasən turistləri bir başa otellərə aparır. Katerlərin böyük əksəriyyəti Patok buxtası çimərliyində dayanır. Bəzi katerlər isə Siam buxtası çimərliyinə qədər gəlir..
Adanın ziyarət edilməsi bir çox turistik maşrutlara daxil edilmişdir. Adada yollar şəbəkəsi vardır ki, onlar ya otellərə ya da priçala aparır.
Ada ziyarət olunan kurort zonasıdır. Bu onun Pxuket adasından elə də uzaqda olmamaı və təmiz çimərliklərinə görədir. Adada kifayət qədər infrastruktur inkişaf etmişdir. Burada motobaykıl kirayələyə bilərsiniz restoran və otellərə saahibdor. Ada ərazisinin yarısını otellər təşkil edir.
Ada özünün varanları ilə seçilir. Onları istər yollarda istərsə otellərin həyətlərində görə bilərsiniz.