Radde dağ gürzəsi[4] (lat. Vipera raddei) — Gürzələr fəsiləsinə daxil olan ilan növüdür. Zəhərli canlıdır.
Radde dağ gürzəsi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Radde dağ gürzəsi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
Sinonimləri | ||||||||||
|
||||||||||
|
Bədənin uzunluğu 1010 mm, bədənin uzunluğunun quyruğun uzunluğuna nisbəti L/L.cd. 12.0 – 12.8. Bədənin orta hissəsində onu bir cərgədə əhatə edən pulcuqların miqdarı 23, bədənin qarın tərəfində olan qalxancıqların miqdarı 170–185, anal qalxancığın miqdarı 1, quyruqaltı qalxancıqların miqdarı 25–35 cütdür. Başın üst tərəfi qabırğacıqlı pulcuqlarla örtülmüşdür. Yalnız sifətin ucundakı pulcuqlar qabırğasızdır. Gözüstü qalxancıqlar hər tərəfdə güclü şəkildə itiləşərək bir çıxıntı əmələ gətirir. Gözün üst tərəfindəki pulcuqlar ayrı bir sıra əmələ gətirir. Bədənin üst tərəfi tutqun boz rəngdə olub, qonur çalara malikdir. Bədənin bel hissəsi boyunca bir sırada sarımtıl-narıncı və qəhvəyi xallar tutqun rənglə haşiyələnmişdir. Bəzən bu xallar bir-biri ilə birləşərək dalğavari (ziqzaqşəkilli) zolaq əmələ gətirir. Bədənin yanlarında tutqun, hərdən isə zəif nəzərə çarpan xallar sırası olur. Peysər hissə 2 tutqun çəp zolaqla ayrılır, hərdən isə bu zolaqlar arxa hissədə birləşir. Qarın tərəfdə çoxlu miqdarda xallar olur. Quyruğun uc hissəsi alt tərəfdən sarımtıl-narıncı rəngdədir.
Azərbaycanda Naxçıvan Muxtar Respublikasında, Ermənistanda, Türkiyə və İranın bir sıra rayonlarında nominativ Vipera raddei raddei Boettger, 1890 yarımnövü yayılmışdır. Bu yarımnöv öz rənginə görə digər yarımnövlərdən fərqlənir.
Bitki örtüyü seyrək olan qayalı dağlarda yaşayır. Azərbaycanda Naxçıvan Muxtar Respublikasında Ordubad rayonunun yüksək dağlıq hissəsində gəvən və digər yarımkol bitkiləri olan sahələrdə, Ermənistan Respublikasının Mehri rayonunda, Maralzəmi kəndi ətrafında, Dastun və Kacaran aşırımında seyrək kol və yarımkol bitkiləri olan yüksək dağ yamaclarında, qayalıqlarda və daş topaları olan sahələrdə yayılıb. Radde dağgürzəsi Şahbuz rayonunun meşə sahəsində dəniz səviyyəsindən 2000 m yüksəklikdə alp çəmənliyində rast gəlinir. Mehri rayonunda Liçk kəndi ətrafında dəniz səviyyəsindən 2500 m hündürlükdə gəvən kolunun içərisindən əldə edilmişdir. Qış yuxusundan aprel ayının birinci yarısında oyanır. Oktyabr ayının sonunda qış yuxusuna gedir. Bala doğmaqla çoxalır. İnkişafı metamarfozsuz olub, düzünə inkişaf tipində gedir. Cinsi yetişkənliyə 3 yaşında çatır. Adətən dişi fərd avqust ayında 4–5 bala doğur. Lakin dişi fərdlərin bədən ölçüsündən asılı olaraq balaların sayı 3–11 arasında dəyişə bilir. Doğulmuş balaların uzunluğu 127 – 138 mm olur..
<ref>
teqi; IUCN
adlı istinad üçün mətn göstərilməyib