Zəhərli heyvan

Zəhərli heyvanlar — müxtəlif dəstəyə və növə daxil olan heyvanların orqanizmində daima və ya müəyyən dövr ərzində formalaşan xüsusi maddə, insanların və digər canlıların həyatı üçün təhlükə doğurur. Bu canlılarda əsasən zəhər xüsusi kisəçiklərdə toplanılır. Bu toplanan zəhər həmin canlının müdafiə və hücum orqanı funksiyasını yerinə yetirir. Bəzi canlılarda zəhər onların dərilərində toplanır. Bu isə onlardan qida kimi istifadəsini mümkünsüz edir. Zəhərləri müxtəlif təsir və xüsusiyyətlərə malikdir: zəhər bəzi halda canlını qısa müddətli iflic, bəzi halda isə öldürür.

Elmə məlum olan zəhərli heyvanlar

[redaktə | mənbəni redaktə et]

Dünyada təxmini 5 min növ heyvan vardır[1]. Heyvanlar arasında əsasən aşağıdakı dəstələrə daxil canlılar zəhərə malikdirlər: Protozoylar, Sürünənlər, Buğumayaqlılar, Suda-quruda yaşayanlar, BalıqlarCücülər. Bunula belə dünyada elmə cəmi bir necə növ zəhərli məməli növü məlumdur: Ördəkburun, Yexidna, Yereşənlər. Kök lorilər — yeganə məlum olan zəhərli primat cinsidir.

Azərbaycanda yayılmış zəhərli heyvanlar

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda insana təsir göstərə bilən zəhərə malik heyvanlar əsasən ilanlardır. Həmçinin ölkədə hörümçəkkimilərə aid iki növ vardır ki, insan sağlığına zərbə vura bilərlər. Ölkəmizdə üç növ bövə və bir növ hörümçəyə rast gəlinir. Azərbaycanda 8 növ zəhərli ilan vardır. Onlar əsasən gürzələrdir. Arıların (çox sayda sancarsa təhlükə doğurar) və hörümçəklərin demək olar ki, hamısı zəhərə sahib olsalarda insan üçün təhlükəsi yoxdur.

  1. "Zəhərli heyvanlar". 2013-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-13.
  2. "Qaraqurd". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-28.