Radiolaritlər

Radiolaritlər — 50%-dən çox hissəsi radiolariya skeletlərindən təşkil olunmuş, zəif və ya möhkəm sementləşmiş, əsasən silisiumlu orqanogen çöküntülər. Radiolariya qabıqları silisium oksidindən (bəzən xalsedon və ya kvars) təşkil olunur. Bəzən qarışıq kimi fosfat, gil, alevrit materialı, qlobulyar opal, diatomea, spikula, silisiumlu süngər qalıqları və b. iştirak edir. Müxtəlif rəngli (sarımtıl, boz, qırmızı) olur.

Radiolaritlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]