Xalsedon

Xalsedon SiO2 — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn.

Xalsedon
Ümumi məlumatlar
Kateqoriya Mineral
Xüsusiyyətləri
Zolaq rəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xalsedon kvarsın incəlifli gizlikristallik növ müxtəlifliyidir.

Növ müxtəliflikləri

[redaktə | mənbəni redaktə et]

Xalsedonun bir sıra rəng müxtəliflikləri məlumdur.

Rəng – adətən boz, mavi-boz, bozumtul-ağ, ağ, sarımtıl; mineralın rəng müxtəliflikləri: serdolik (karneol) – narıncı-qırmızıdan qonuru-qırmızıyadək, sarder –yarımşəffaf, qonur, qırmızımtıl-qonur, sapfirin–mavi çalarlı göy, matorolit–şəffaf zümrüdü-yaşıl, xrizopraz – alma kimi yaşıl, prazem – yarımşəffaf soğanı-yaşıl, plazma – tünd-soğanı-yaşıl, əqiq–zolaqlı boyanmış xalsedonlardır; oniks – paralel zolaqlı əqiq, heliotrop (yaxud qanlı daş) – al-qırmızı ləkəli plazmadır və s.; Mineralın cizgisinin rəngi – rəngsiz, ağ; Parıltı – ipəyi, donuq, mum; Şəffaflıq – adətən yarımşəffaf, nazik kəsikləri – şəffaf; Sıxlıq – 2,59-2,61; Sərtlik – 6,5-7; Kövrəkdir; Ayrılma – yoxdur; Sınıqlar – qabıqvari; Morfologiya – mineral aqreqatları: naziklifli böyrək- və salxımvari, axın əmələgəlmələri, damarcıqlar, qabıqlar, sferolitlər, stalaktitlər, jeodalar, jelvaklar, müxtəlif minerallar və üzvi qalıqlar (heyvan və bitki) üzrə psevdomorfozalar; Arizona ştatındakı (ABŞ) Daşlaşmış meşə dünyada məşhurdur.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Ən çox effuziv süxurlarda yayılaraq, onlardakı badamcıq boşluqlarını və çatları doldurur. Hidrotermal mənşəli xalsedon, adətən, nisbətən aşağıtemperaturlu şəraitlərdə əmələ gəlir. Ekzogen xalsedona filiz yataqlarının oksidləşmə zonalarında və aşınma qabığında rast gəlinir. Çökmə əmələgəlmələrdə qeyd edilmişdir, çaxmaq daşı şəklində, xususilə, əhəngdaşlarında geniş yayılmışdır. Az miqdarda isti bulaqların çöküntülərində qeyd edilir. Kimyəvi baxımdan dayanıqlı mineral olub, səpintilərdə tez-tez rast gəlir. Mineralın tapıldığı yerlər: çoxsaylıdır. Birlikdə rast gəldiyi minerallar: kvars, seolitlər, karbonatlar və b. Azərbaycanda xalsedon Dağlıq Qarabağın, Göy-Göl, Qazax, Qubadlı, Cəbrayıl, Şəmkir, Laçın, Kəlbəcər rayonlarının və b. bir çox yerlərində geniş yayılmışdır.

Dəqiq cihazqayırma sahəsində, əqiq həvəngdəstə hazırlanmasında, gözəl, parlaq boyanmış növ müxtəliflikləri isə zərgərlikdə istifadə edilir.

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]