Radzeevski boğazı

Radzeevski boğazı - Kara dənizində yerləşən Krasin, Dobrıy Nikitiç və Ptersen adalarını cənubdan Vilkiç arxipelaqına daxil olan Cabak, Novıy və Strijeva adalarını ayırır. Boğaza Viktor Aleksandroviç Radzeevskinin şərəfinə onun adının verilməsi 1970-ci ildə təklif edildi və 1972-ci ilin 20 martında Dikson hidroqraflarının, raypalkomun qərarı ilə təsdiqləndi. Uzunluğu 15 km, eni 4,8-7,7 km təşkil edir. Şimal-qərbdə Qranitnıy burnu, şimal-şərqdə Dolqıy burnu yerləşir. Dərinliyi 60 m təşkil edir. Sahilləri qayalıdır. Boğaz sahillərində heç bir yaşayış məntəqəsi yoxdur. Şimalında Qranitnıy, Mayna, Stopor və Dolqıy, cənubda Buqor və Stupençatıy burunları vardır.

Radzeevski boğazı
rus. Пролив Радзеевскoго
Ümumi məlumatlar
Eni minimum 4,8-7,7 km
Uzunluğu 15 km
Yerləşməsi
76°35′43″ şm. e. 95°25′37″ ş. u.HGYO
Ölkə  Rusiya
Akvatoriyası
Ayırır Vilkiç adalarını Krasin, Dobrıy Nikitiç və Ptersen adalarından
Radzeevski boğazı xəritədə
Radzeevski boğazı
Radzeevski boğazı