Kara dənizi (rus. Карское море) — Şimal Buzlu okeanın ucqar dənizi. Dənizin adı hövzəsinə aid olan Kara çayının adından götürülüb. Öz növbəsində, çayın adı da alman əsilli Karanın adıyla bağlıdır.
Kara dənizi | |
---|---|
rus. Карское море | |
Ümumi məlumatlar | |
Sahəsi | 893400 km² |
Eni | 970 km |
Dərin yeri | 620 m |
Orta dərinliyi | 50-100 m |
Yerləşməsi | |
74°49′55″ şm. e. 71°18′43″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Dəniz Avrasiyanın şimal sahiliylə və adalarla - Yeni Torpaq, Frans-İosif Torpağı, Şimal Torpağı, Heyberq adaları ilə əhatə olunub.
Dənizin şelf qatında çoxlu adalar vardır. Dənizin orta dərinliyi 50 — 100 metr arasında dəyişir, ən dərin yeri 620 metrdir. Sahəsi 893 400 km²-dir.
Dənizə çoxlu çay tökülür: Ob, Yenisey və s. Buna görə duzluluq əhəmiyyətli dərəcədə dəyişilir. Kara dənizinə həmçinin Tas çayı tökülür.
Kara dənizi — Rusiyanın ən soyuq dənizlərindən biridir. Yayda ən yüksək temperatur çayların mənsəbinin yaxınlığında müşahidə edilir. Burada, yayda suyun temperatur 0 °C yuxarı olur. Burada qatı duman və qasırğalar müşahidə edilir. Ən böyük yarımadaları: Taymır yarımadası, Yamal yarımadası
Dənizin səthi mürəkkəb su sirkulyasiyası (dövranı) xarakterinə malikdir. Dənizin cənub-qərb hissəsində qapalı su sirkulyasiyası siklonu olur. Ob-Yenisey dayazlığından dənizin mərkəzi hissəsinə qədər, Sibir çaylarının duzdan təmizlənmiş suları yayılır.
Kara dənizində qabarma və çəkilmələr müşahidə olunur. Onların hündürlüyü 50 — 80 santimetrə çatır. Dəniz demək olar ki, ilboyu buzla örtülmüşdür. Buzun formalaşması sentyabrda başlayır. Çoxillik buzlaşmaların ən hündür sahələri 4 metrə qədər qalınlıqla rast gəlinir. Sahil uzunu buzlar yaranır, dənizin mərkəzində — "üzən" buzlara rast gəlinir. Yayda buzlar ayrı-ayrı hissələrə dağılır.
Dənizin səthində suyun temperaturu qışda −1,8 °C yəni, suyun donma temperaturuna yaxındır. Orta duzluluq 34 promilledir Çay axını və yayda buzun ərinməsi aşağı dəniz suyunun duzluluğunun azalmasına səbəb olur. Hətta çayların mənsəbində duzluluq kifayət qədər aşağı olur.
Su, yayda dənizin 50-70 metrliyində (şərqdə 10-15 metr) 6 °C (şimalda 2 °C) temperatura qədər qızır.
Əsas dəniz portu - Dikson portudur. Şimali dəniz bərə yolu Kara dənizindən keçir. Dənizdən kambala, siqi və b. balıqlar ovlanır.
Öz fiziki-coğrafi şəraitinə görə Kara dənizi Arktikanın ən mürəkkəb dənizlərindəndir. Bu dənizdə hərəkət çox çətindir.
Aşağıdakı əlverişsiz şərait və bəzi amillərə görə hərəkət üçün dənizdən az istifadə olunur[1]: