Raffaello

Raffaello — 1990-cı ildən italyan firması "Ferrero" tərəfindən istehsal edilən badamlı kokoslu trufel markası.[1] Tərkibi kokos, südlü krem, vafli və badamdan ibarətdir.

Raffaello
Loqonun şəkli
Ümumi məlumatlar
Təsis tarixi 1990
ferrero.it/Raffaello
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Marka 1990-cı ildə İtaliyanın "Ferrero" şirkəti tərəfindən yaradılıb.[2]

Raffaello istehsal edən "Ferrero" fabriklərinə Vladimir, Rusiya; Brantford, Kanada və Arlon, Belçika daxildir.[3][4][5]

2008-ci ildə Belçikanın "Soremartec" şirkəti (Ferrero Qrupuna daxildir) 2007-ci ildə Raffaelloya bənzər "Waferatto" adlı şirniyyat istehsal etməyə başlayan Ukrayna şirkəti "Landrin"ə qarşı məhkəmə işinə başladı. "Soremartec" iddia qaldırdı ki, "Landrin" "Soremartec"in "Raffaello" şirniyyatlarının görünüşünü qoruyan ticarət nişanını pozdu. Uzun sürən məhkəmə çəkişməsindən sonra Ukrayna Ali Kommersiya Məhkəməsi "Soremartec"in ticarət markasının etibarlılığını ləğv edərək "Landrin"in xeyrinə qərar çıxardı.[6][7]

2017-ci ildə Almaniyanın Frankfurt məhkəməsi "Ferrero"nun sadəcə çəkisini verməkdənsə, satılan hər paketdəki Raffaello şirniyyatlarının sayını siyahıya salmalı olduğuna qərar verdi.

Görunuşu və tərkibi

[redaktə | mənbəni redaktə et]

Konfet badam və bitki yağı, yağsız süd və şəkər qarışığı ilə doldurulmuş sferik vaflidir. Xaricdən kokos ləpələri ilə örtülmüşdür. "Raffaello" konfetləri lavsan bükümdə və ağ və qırmızı rənglərdə hazırlanmış müxtəlif formalı kağız və metal qutularda təqdim olunur. Hər bir konfet ayrıca bir kağız və ya lavsan büküsündədir. Bir konfetin kütləsi 10 qramdır.

Raffaello şirniyyatının tərkibi: qurudulmuş kokos lopaları, bitki yağları, şəkər, şirin badam, yağsız süd tozu, zərdab tozu, buğda unu, tapioka nişastası, lesitin, dadlandırıcılar, natrium bikarbonat, duz. 100 q şirniyyat üçün qida dəyəri: zülallar — 9,3 q; yağlar — 47,8 q; karbohidratlar — 36,8 q Enerji dəyəri 615 kkal (2552 kJ).

  1. "Ferrero History and Facts" (ingilis). 14 iyul 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2023.
  2. Degun, Gurjit. "Karmarama captures £2m Raffaello ad account". The Observatory International (ingilis). 16 yanvar 2015. 7 yanvar 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2023.
  3. "Ferrero prepares for major multi-million expansion in Russian markets". Confectionery Production (ingilis). 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2023.
  4. Nieburg, Oliver. "Ferrero Canada plans three new products at Brantford site". confectionerynews.com (ingilis). 31 avqust 2016. 7 yanvar 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2023.
  5. Abdulla, Hannah. "Ferrero to invest EUR21m in Belgium plant". www.just-food.com. January 28, 2016. January 7, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 7, 2020.
  6. "Ferrero Loses Raffaello Trademark Protection in Ukraine | PETOŠEVIĆ". www.petosevic.com (ingilis). 23 fevral 2011. 7 yanvar 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2023.
  7. Byrne, Jane. "Ferrero loses out in Ukraine trademark dispute". confectionerynews.com (ingilis). 20 yanvar 2011. 7 yanvar 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2023.