Rafiq İsmayıl oğlu Əliyev (1969, Balçılı, Yevlax rayonu – 25 yanvar 1993, Fərrux dağı, Xocalı rayonu) — Birinci Qarabağ müharibəsi şəhidi
Rafiq Əliyev | |
---|---|
Əliyev Rafiq İsmayıl oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1969 |
Doğum yeri | |
Vəfat tarixi | 25 yanvar 1993 |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
1969-cu ildə Yevlax rayonunun Balçılı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o vaxtki sovet ordusunda həqiqi hərbi xidmətə çağırılıb.
Hərbi xidmətini Kubada çəkib (2 il). Hərbi xidmətini bitirdikdən sonra vətənə dönüb. 1992-ci ildə Rafiq cəbhəyə gedib. 1 il 2 ay müxtəlif cəbhələrdə döyüşüb. 1993-cü ildə Ağdam cəbhəsində gedən ağır döyüşlərdə iştirak edib. Fərrux yüksəkliyi uğrunda döyüş əməliyyatı zamanı 1993-cü il yanvarın 25-də həmin yüksəkliyi müdafiə edərkən şəhid olub[1].