Rafiq Abbasov (general-mayor)

Rafiq Abbasov (1960, Mahmudoba, Şahbuz rayonu) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru.

Rafiq Abbasov
Vəzifədədir
2014-cü ildən
Əvvəlkiİsmət Əliyev
2007 – 2014
ƏvvəlkiMəhərrəm Əliyev
SonrakıMirqafar Seyidov
bayraq
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi
bayraq2
2006 – 2007
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıCavad Şıxəliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1960
Doğum yeri
Hərbi xidmət
Rütbəsi
Polis general-mayoru

Təltifləri "Vətən uğrunda" medalı — 2018 "İgidliyə görə" medalı — 2006 "Azərbaycan Polisinin 90 illiyi (1918–2008)" yubiley medalı "Azərbaycan Polisinin 95 illiyi (1918–2013)" yubiley medalı "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalı "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Abbasov Rafiq Qoşunəli oğlu 1960-cı ildə Azərbaycan Respublikasının Şahbuz rayonunun Mahmudoba kəndində anadan olmuşdur. 1988-ci ildə Moskva Ümumittifaq Maliyyə-İqtisad İnstitutunu, 1996-cı ildə Rusiya Federasiyası DİN-in Hüquq İnstitutunu bitirmişdir.

1979–1981-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1985-ci ildən daxili işlər orqanlarında xidmət edir, ictimai təhlükəsizlik strukturunda müxtəlif vəzifələrdə işləmişdır.

1996–2001-ci illərdə Sumqayıt ŞPİ-nin rəis müavini, 2001–2002-ci illər ərzində Bakı şəhər Binəqədi RPİ-nin rəis müavini, 2002–2004-cü illərdə Zaqatala RPŞ-nin, 2004–2006-cı illərdə Lənkəran ŞRPŞ-nin rəisi, 2006–2007-ci illərdə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, 2007–2014-cü illərdə isə Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifələrində calışmışdır.

2014-cü ilin noyabrından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin rəisi vəzifəsindədir.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli 1545 nömrəli Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikasının Prezidentinin 28.12.2007-ci il tarixli 2606 nömrəli Sərəncamı ilə polis general-mayoru xüsusi rütbəsi verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2018-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.

Ailəlidir, iki övladı var.

İstinadlar[redaktə | mənbəni redaktə et]