Mirqafar Seyidov (1965, Şahtaxtı, İliç rayonu) — Nəqliyyatda Baş Polis İdarəsinin sabiq rəisi, polis general-mayoru.
Mirqafar Seyidov | |
---|---|
14 noyabr 2020 – 5 fevral 2022 | |
Əvvəlki | Emin Şəkinski |
Sonrakı | Zaur Abdullayev |
2014 – 14 noyabr 2020 | |
Əvvəlki | Rafiq Abbasov |
Sonrakı | Əkbər İsmayılov |
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi | |
2007 – 2014 | |
Sonrakı | Seyfulla Əzimov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1965 |
Doğum yeri | |
Təhsili | |
Rütbəsi |
Polis general-mayoru |
|
|
Təltifləri |
Seyidov Mirqafar Mircəfər oğlu 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 2005-ci ildə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1983–1985-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
1989-cu ildə daxili işlər orqanlarında xidmətə başlamış, cinayət axtarışı strukturlarında müxtəlif vəzifələrdə işləmişdir. 2005–2007-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Miqrasiya Xidmətinin rəis müavini, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, DİN Daxili Təhlükəsizlik İdarəsinin rəisi, 2007–2014-cü illərdə isə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifələrində işləmişdir.
2014-cü ilin noyabr ayında Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 1 iyul tarixli 393 nömrəli Sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 iyun tarixli 1545 nömrəli Sərəncamı ilə Cinayətlərin qarşısının alınması və açılması, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində fərqləndiyinə görə "İgidliyə görə" medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 1 iyul tarixli Sərəncamı ilə Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.
Ailəlidir, üç övladı var.