Rafiq Sultan oğlu Hacıyev (doğ. 31 may 1947, Bakı, Azərbaycan SSR, SSRİ) — sovet sərbəst güləşçisi, dünya çempionatının gümüş mükafatçısı, Avropa və SSRİ çempionu, Dünya Kubokunun qalibi və gümüş mükafatçısı, beynəlxalq dərəcəli SSRİ idman ustası, "Azərbaycan Respublikasının Əməkdar məşqçisi", "Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi".[1]
Rafiq Hacıyev | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Tam adı | Rafiq Sultan oğlu Hacıyev |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Çəkisi | 48 kq |
İdman növü | Sərbəst güləş |
Karyera illəri | 1966–1975 |
Məşqçisi | E. Ramazanov, A. İbrahimov |
Ağırlıq dərəcəsi | 48 kq |
Komandası |
|
Rafiq Hacıyev 31 may 1947-ci ildə Bakı şəhərində anadan olub. 1961-ci ildən güləşlə məşğul olmağa başlayıb. Bir il sonra yarışlarda debüt edib.
1963-cü ildə Bakı çempionatının qalibi, Azərbaycan SSRİ çempionatının isə bürünc mükafatçısı olub.[2]
1966-cı ildə Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılıb. Hacıyev idman dairələrində tanındığından, iki il yarım Şimali Qafqaz qoşunları ordusunun idman klubunda qulluq edib.[2]
1970-ci ildə Avropa çempionatında qızıl, 1973-cü ildə isə isə gümüş medal qazanıb.[1]
1970-ci ildə SSRİ kubokunda qızıl medal qazanıb.
1973-cü ildə ABŞ-nin Tolido şəhərində keçirilmiş Dünya Kubokunda, 1974-cü ildə isə Türkiyənin İstanbul şəhərində keçirilmiş dünya çempionatında gümüş medal qazanıb.[1]
1974-cü ildə İspaniya-nın Las-Palmas şəhərində keçirilmiş Dünya Kubokunda qızıl medal qazanıb.
Sərbəst güləş üzrə SSRİ çempionatında 1969-cu ildə bürünc, 1970-ci ildə qızıl, 1971, 1972 və 1975-ci illərdə isə gümüş medal qazanıb.[1]