Rafiq Novruzov (tam adı: Rafiq Manaf oğlu Novruzov; 1 mart 1952, Bakı) — filoloq, ədəbiyyatşünas, Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru[1]
Rafiq Novruzov | |
---|---|
Rafiq Manaf oğlu Novruzov | |
Doğum tarixi | 1 mart 1952 (72 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Manaf Novruzov |
Elm sahəsi | Filologiya |
Elmi dərəcəsi | Filologiya elmləri doktoru |
Elmi adı | Professor |
İş yeri | |
Təhsili | |
Mükafatları | Rusiya Federasiyasının A.S.Puşkin adına medalı |
Vikianbarda əlaqəli mediafayllar |
Novruzov Rafiq Manaf oğlu 1 mart 1952-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir (1970-1975).
Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü Manaf Novruzovun oğludur. Ailəlidir. İki övladı var.
Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirmişdir. 1981-сi ildə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunun əyani aspiranturasını bitirmiş, 1983-cü ildə namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir, 1992-ci ildən professordur.
Əmək fəaliyyətini M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunda başlamış (1976) və fakültə dekanı (1990-1993), tədris işləri üzrə prorektor (1993-2000), rektor əvəzi (1997-2000), kafedra müdiri (2002-2010) vəzifələrində çalışmışdır. 2010-2012-cı illərdə M.Tank adına Belarus Dövlət Pedaqoji Universitetin nəzdində BSU-nun Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin mudiri, 2012-2014-cü illərdə Kiyev Milli Linqvistik Universitetində BSU-nun Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin mudiri, Yaxın və Orta Şərq dilləri kafedrasının professoru vəzifələrində çalışmışdır. 2014-2015-ci illərdə BSU-nun Tərcümə nəzəriyyəsi və praktikası kafedrasının müdiri işləmişdir. 2015-ci ildən bu günə kimi BSU-nun elmi işləri üzrə prorektorudur.
1993-ci ildən Pedaqoji və Sosial Elmləri Akademiyyasının (RF), Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (2020), Avropa Təbiət Elmləri Akademiyasının (2020) akademikidir. 2000-ci ildən rus ədəbiyyatı tarixi kafedrasının professorudur. Rus ədəbiyyatına, Azərbaycan-rus ədəbi əlaqələrinə və tərcümə problemlərinə dair tədqiqatların, o cümlədən, 35 monoqrafiya, dərs vəsaitlərin, lüğət və danışıq kitabçalarının müəllifidir. 15 filologiya üzrə fəlsəfə doktoru və bir filologiya üzrə elmlər doktoru yetişdirmişdir.
Çap olunmuş kitabların sırasında: