Rafiq Yaqub oğlu Quliyev (26 avqust 1932, Şuşa, DQMV) — Bakı Dövlət Universitetinin fiziki-coğrafiya kafedrasının dosenti.
Rafiq Quliyev | |
---|---|
Rafiq Yaqub oğlu Quliyev | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Quliyev Rafiq Yaqub oğlu 26 avqust 1932-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1950-ci ildə Ağdam şəhərində orta məktəbi bitirib həmin ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsinə daxil olub. Fakültəni 1955-ci ildə bitirəndən sonra göndərişlə Moskva Dördüncü İdarəsi yanında Primorye ölkəsində kompleks geoloji ekspedissiyası tərkibində işləmişdir. 1959-cu ildən Azərbaycan Geoloji İdarəsində geoloji – hidrogeoloji ekspedisiyalarında baş mühəndis işləmişdir. 1961-ci ildə Azərbaycan Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspiranturaya qəbul olunmuş və aspiranturanı Moskvada başa vurduqdan sonra geomorfologiya ixtisası üzrə elmlər namizədliyi rütbəsi dissertasiyasını müdafiə edərək, 1969-cu ilə qədər Coğrafiya İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır. 1969-cu ildən etibarən Bakı Dövlət Universiteti coğrafiya fakültəsi fiziki coğrafiya kafedrasının dosenti vəzifəsində çalışır.
1955-ci ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsini hidrogeoloq ixtisası üzrə bitirib 1961-ci ildə Azərbaycan Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspiranturaya qəbul olunmuş və aspiranturanı Moskvada başa vurduqdan sonra geomorfologiya ixtisası üzrə elmlər namizədliyi dərəcəsi almışdır 1969-cu ildə geomirfologiya ixtisası üzrə baş elmi işçi adını alıb. 1971-ci ildə fiziki coğrafiya ixtisası üzrə "dosent" elmi adını alıb.
1969-cu ilə qədər Coğrafiya İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır. 1969-cu ildən etibarən Bakı Dövlət Universiteti coğrafiya fakültəsi fiziki coğrafiya kafedrasının dosenti vəzifəsində çalışır. Ümumi geomorfologiya, paleocoğrafiyanın əsasları, fiziki coğrafiyanın tədqiqat üsulları, geomorfoloji çöl tədqiqat üsulları, geomorfoloji xəritələşdirmə və sair fənləri tədris edir. 90 məqalənin, elmi əsərin,3 monoqrafitanın və kitabın müəllifidir.
Elmi fəaliyyəti dövründə ixtisasının müxtəlif sahələrinə o cümlədən, vulkanik sahələrin geomorfologiyası, morfostruktur analiz, morfometrik ünsürlərin morfogenez təhlilində indikator kimi rolu, onların ekogeomorfoloji şəraitin öyrənilməsində və xəritələşdirilməsində əhəmiyyəti və digər istiqamətlərinə tədqiqatlar aparır