Rafiq Quliyev (neftçi alim)

Rafiq İsrafil oğlu Quliyev (12 sentyabr 1945 – 15 may 2008) — texnika elmləri doktoru (1982), professor (1985), AMEA-nın müxbir üzvü (2001).

Rafiq Quliyev
Doğum tarixi
Doğum yeri Əmircan, Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (62 yaşında)
Elmi dərəcəsi Texnika elmləri doktoru
Mükafatları "Tərəqqi" medalı — 2000

Həyatı[redaktə | mənbəni redaktə et]

Quliyev Rafiq İsrafil oğlu 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1967-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzNKİ-nun neft-mədən fakultəsini bitirmişdir. 1965-1969-cu illərdə institutda təhsil almaqla bərabər, "Leninneft" NQÇİ-nin mədənlərində operator, qazmaçı köməkçisi, böyük mühəndis işləmişdir. 1969-1983-cü illərdə AzETNÇİ-da böyük mühəndisdən başlayaraq, "Hidromexanika" şöbəsinin rəhbərinə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1971-ci ildə "Başlanğıc təzyiq qradiyentinin təzahürü şəraitlərində quyularının qazılmasının hidravliki xassələri" mövzusunda namizədlik, 1982-ci ildə isə "Quyuların mürəkkəbləşmiş şəraitlərdə qazılması üçün hidravlik proqramın işlənilməsinin nəzəriyyəsi və praktikası" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1983-1988-ci illərdə AzNKİ-da "İqtisadiyyat, təşkilat və idarəetmə" kafedrasının rəhbəri olub.

Quliyev R.İ. 1988-2006-cı illərdə ADNA-da "Neft və qaz quyularının qazılması" kafedrasının müdiri olub. 2001-ci ildə Azərbaycan MEA-nın müxbir üzvü seçilmişdir. 2006-cı ildən Quliyev R.İ. ARDNŞ "Neftqazlayihə" institutunda baş mütəxəssis vəzifəsində çalışıb.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Quliyev R.İ. neft və qaz quyularının qazılması sahəsində tanınmış alim olmuşdur.

Elmi tədqiqatların sahəsi: quyunun qazıma məhlulunun hidrodinamiki göstəricilərinin idarə edilməsi və operativ nəzarət üsullarının işlənilməsi; təşkilati idarəetmə nəzəriyyəsindən istifadə etmək əsasında quyuların qazılmasının hidravlik proqramının optimallaşdırılması; dərin maili quyuların qazılması zamanı əyriliyinin idarə edilməsi prosesinin optimallaşdırılması.

Quliyev R.İ. 200-dən artıq elmi məqalənin, 3 monorafiyanın, 20 tədris-metodik vəsaitlərin və rəhbər sənədlərin müəllifidir. İxtiralara görə 11 müəlliflik şəhadətnaməsi alıb. O, 10 elmlər namizədi hazırlayıb və "Şərəfli əməyə görə" (1980), "Tərəqqi" (2000) medalı ilə təltif edilib.

İstinadlar[redaktə | mənbəni redaktə et]