Rafute

Rafute (ラフテー?) – Yaponiyanın Okinava mətbəxinə aid donuz qabırğasından hazırlanan yemək. Rafute dərisi soyulmamış donuz qabırğasının soya sousunda və qəhvəyi şəkərdə pörtlədilməsi ilə hazırlanır. Yaponiya inancına görə ömrü uzadan yeməkdir.[1] Rafute Okinava Krallıq Mətbəxinin yeməklərindən biri olmuşdur.

Havay adalarında rafute "şoyu donuz əti" adı ilə tanınır.[2] və boşqablarda qəlyanaltı kimi servis edilir. Rafuteni Havay adalarına 1900-cü illərin əvvəlində Okinava immiqrantları gətirmişdilər. Etnik okinavalılar Havay adalarının paytaxtı Honolulu şəhərində bir çox restoran işlətmişdilər.

  1. A surprising slice of Japan by Tom Downey June/ July 2013 AFAR page 38
  2. Corum, Ann Kondo. Ethnic Foods of Hawaiʻi. Honolulu, Hawaii: Bess Press. 2000. səh. 78.