Yaponiya mətbəxi

Yaponiya mətbəxiYaponiyanın milli, məşhur mətbəxi. Dadların cürbəcürlüyü ilə boldur. Təbii və ahəngdar olan bu mətbəx dünyanın ən sağlam mətbəxi sayılır. Tərkibində kalori miqdarı azdır. Yapon mətbəxi dəmir və proteinlə zəngindir, tərkibindəki xolesterin və piylərin müxtəlif növlərinin miqdarı isə aşağıdır. Çox insan razılaşır ki, yapon qidası daha çox sağlamdır və yaponların uzunömürlülüyü bunun tam sübutudur[1][2][3][4][5].

Kaiseki

Yaponiyada qadınlar demək olar ki, piylənmədən əziyyət çəkmir, başqa ölkələrin sakinlərinə nisbətən daha çox yaşayırlar. Az xəstələnir, eyni zamanda özlərinə sərhəd qoymadan hər şey yeyirlər. Yapon sağlamlığının və uzun ömürlülüyünün sirri – dadlı, sağlam, enerji və yüksək əhval ruhiyyə verən — mətbəxdi[6][7][8].

Heyrətamizdi, ancaq bildiyimiz Yaponiya mətbəxinin əsasını qoyan ərzaq çatışmazlığı olmuşdur. Bitki və heyvan örtüyü azlığı gün doğar ölkənin əhalisinə gündəlik qidaya hömətlə yanaşmağı öyrətmişdir, adi, sadə yeməklərə onlar maksimum estetik görkəm verməyə çalışmışlar. Yanacaq çatışmazlığı yaponları alaçiy yeməyə məcbur etmişdi, çörəyi isə burada bir neçə on illiyə qədər ümumiyyətlə tanımırdılar. Yaponiya mətbəxinin yaranma tarixi düyü becərməyə başladıqları vaxtdan hesab olunur. Əfsanəyə görə qamış düyü Yaponiyaya ilahi İnari-sama tərəfindən göndərilmişdir. Bu 2500 il bundan əvvəl baş verib. Düyü hər şey idi: Qida və pul. Qəbilə başçıları düyünü xüsusi anbarlarda –okura-da saxlayırdılar. İndi də Yaponiyada maliyyə nazirliyi Okura-se yəni anbarlar naziri adlandırılır. Yaponlar, digər buddistlər kimi, otlaq ərazilərdən deyil, torpaqdan əldə olunan qidalara üstünlük verir. Ən vacibi isə, onlar hər şeyin üstünə sadəlik və təbii ətir qoyur. Əsl yapon qidasını təbii ətri fərqləndirir və sizə doğan günəş şüalarının mükəmməl istilik hissini verir. Kimsə, Yapon restoranında gecəni pomidor, badımcan, qabaq, qabıqlı lobya, ispanaq, soğan, kartof və s. olmadan təsəvvür edə bilməz[9][10][11][12][13][14][15].

border=none Əsas məqalə: Suşi

Avropalıların böyük əksəriyyəti üçün Yaponiya mətbəxi – suşi və rulolardı. Suşi həqiqətəndə Yaponiyada ən sevilən yeməklərdən biridi, ancaq bununla yanaşı bir çox başqa yeməklər də var. Yaponlar ehtiraslı epikurentlərdi. Dünyanın heç bir yerində yemək mədəniyyəti bu qədər inkişaf etməyib. Yemək burda hər yerdədi. Özüdə yüksək keyfiyyətdə. Yaponiyada təzəlik çox vacibdi. Bu istənilən qidanın əsas hissəsidi. Məhsullar ya bağdan təzə gətirilmiş ya da isti olmalıdı. Yapon supermarketləri – təzəlik məbədidi. Ət, balıq, tərəvəzlərin üzərində istehsal günü və saatı dəqiqliklə göstərilir. Yapon kulinariyasında konservləşdirilmiş və dondurulmuş anlayışı demək olarki yoxdu. Aktyor, ssenarist Donal Riç yazırdı: "Yaponiya mətbəxinin təzəliyi qışqırıqlar içindəki pıçıltı kimi diqqəti cəlb edir. Yeməklərin həqiqi görünüş və dadını açır. Onları demək olar ki, çiy təqdim edir və yeyirlər, burada heç nə uzun müddətə hazırlanmır. Qidanın demək olar ki, təbii dadından zövq alırsan". Çox çeşidli Yaponiya mətbəxinin əsasında on qayda durur, hansıki onu planetin ən faydalı qidalanma qaydası edib. Yaponlar balıq dəlisidi. Onu səhər, günorta və axşam yeməyində yeyirlər. Balığı düyü toplarının içinə və ya əksinə düyü toplarının onun içinə qoyurlar, çiy, hisə verilmiş, qaynadılmış, qızardılmış, ədvalarla pörtlədilmiş və ya elə-belə yeyirlər. Ancaq tuna, ilanbalığı, farel kimi balıqların içində ən sevdikəri balıq – qızılbalıqdı. Yaponlar onun hazırlanmasının muxtəlif yollarını tapıblar. Bu qızıl balıqdan biftek, sirkədə, duza qoyulmuş balıq dərisi, qızılbalıq kürüsü, az duzlanmış qızılbalıq böyrəkləri və sair. Yaponların balığa olan marağı VII əsrdə bütpərəst-imperatorun quruda gəzən heyvanların öldürülməsini və yeyilməsini qadağan etməsindən sonra artır. İmperatorun bu göstərişi düz on iki yüzillik boyunca qüvvədə olur və bu bir millətin ağız dadını dəyişməsi üçün bəs edir. Əvəzində isə indi Yaponiya ərazisində dünya əhalisinin cəmi iki faizi yaşamasına baxmayaraq, dünyada istehlak edilən balığın on faisi Yaponiyanın payına düşür. Bütün dünya tədqiqatçıları qeyd edir ki, balıq yağının tərkibində olan omega-3 turşusu ürək-damar xəstəliyinin, algemiral xəstəliyinin, artirit və bir neçə növ xərçəng xəstəliklərinə yoluxma riskini azaldır[16][16][17][18][19].

Adı yapon qadını tərəvəzlər barədə hər şeyi bilir. O soğan, badımcan, bibər, pomidor, çuğundur, salgamın növlərini çox gözəl ayırd edir. Gün doğar ölkınin sakinləri tərəvəzləri çox sevir. buğda hazırlanmış vəya kanola yağında qızardılmış qırmızı bibər, yaşıl noxud, qabaq, badımcan, ağ soğan, və əlbəttə düyüdən ibarət qarışıqlar xüsusilə populyardı. Sitake göbələklərini unutmaq olmaz. Xırda doğranmış halda onlar bayram şorbasının əlavə bəzəyidi. Yaxşı rəndələnmiş balqabaq, zəncəfil kökü birdə otlar sisr, miçuba və moyoqa. Yaponlar həmişə uşaqlarına C vitamini, yod, kali və liflərlə zəngin olan yosunlarla yemək hazırlayırlar. Tərəvəzlər əsasən vitamin və menerallarla zəngindi, Yaponiya mətbəxi az kalorisi ilə seçilir və həddən artıq yeməyə zəmin yaratmır. Yaponiyada – həmişə düyü bayramıdı, hansıkı artıq 1 300 ildir ki, davam edir. Yaponların düyü ilə demək olar ki, mistik əlaqələri var. Düyü sahələrinə rəsimlər və şeirlər həsr olunub. Uzun müddət düyü ölkənin əsas valyutası olmuşdur. Düyü – yapon stolunun mütləq iştirakçısı və yaponun daimi yoldaşıdı. Yaponlar düyüdən ritual və bayram xörəkləri, gündəlik xörəklər, yağ, sirkə və tort hazırlayırlar. Və nəhayət düyü – faydalı karbohidratların əvəzedilməz mənbəyidir. Yaponlar iri və ağ düyüləri sevirlər ona görəki onlar uzun müddət çeynənir, azacıq yapışqan və bərəkətli olurlar. Dənələr bir yerdə lakin yapışmıış olmamalıdı. ən populyar düyü növü azacıq şirin dadı olan "kosixakari"di,. Qonaqlıqlarda yapon xanımları moti hazırlayır. Düyünü möhkən döyürlər və alınmış kütlədən kvadrat piroqlar hazırlayırlar. Təbii və ahəngdar olan bu mətbəx dünyanın ən sağlam mətbəxi sayılır. Tərkibində kalori miqdarı azdır. Yapon mətbəxi dəmir və proteinlə zəngindir, tərkibindəki xolesterin və piylərin müxtəlif növlərinin miqdarı isə aşağıdır[4][20][21][22][4].

Başqa mətbəxlər ilə müqayisədə tərkibində ədviyyatlar demək olar ki olmayan bu mətbəx, düyü, soya məhsulları (miso, tofu), balıq, dəniz məhsulları, yosun və tərəvəzlərə əsaslanır və sadə, gözəl düzülən xörəklərlə məşhurdur ki, bu xörəklərdə ingrediyentlərin dadları biri-birini öldürmür[1][23][24][25].

Suşinin 1300 ilə yaxın tarixi var. Tanıdığımız şəkildə suşini ilk dəfə yapon aşpazı Hanaya Yohei hazırlayıb. Suşi, ümumiyyətlə desək, vasabi, yəni yapon qıtığotunun balaca əlavəsi ilə düyü şarına qoyulan bir balıq tikəsindən ibarət olan xörəkdir. Onu hazırlamaq üçün ən keyfiyyətli düyüdən istifadə edilir, sonra isə sirkə qatırlar. Bu xörəyin inqrediyentlərindən biri, təbii olaraq, balıqdır, özu də onun ən ləzzətli hissələri[26][27][27][28][29][30][31][32][33].

Yapon uzunömürlülüyün səbəblərindən biri onların ənənəvi rasiondur. Yapon mətbəxində mövsümlük prinsipi mövcuddur ki, bu prinsip cari il fəslini əks etdirən qida inqrediyentlərinin seçilməsinə əsaslanır. "Şun" adlanan bu konsepsiyaya əsasən, balıq, tərəvəz və meyvələrin tərkibində ildə təxminən 10 gün qidalandırıcı maddələrin miqdarı ən yuxarı səviyyədədir. Yaponiyada iqlim regiondan regiona fərqlənir, lakin bütün regionlara xas olan bir şey var. Demək olar ki, bütün xörəklərin əsas hissəsini düyü təşkil edir. Bütün Yaponiyada iqlim çox tələbkar bu bitkinin becərilməsi üçün çox əlverişlidir. Bundan başqa, keçmişdə, Yaponiyada balıq istisna olmaqla əti demək olar ki, heç kim yemridi. Ət hələ də çox populyar deyildir. Uzun sözün qısası, yapon mətbəxini təsvir etmək üçün tək iki sözdən istifadə edə bilirik: təbii və ahəngdarlardan[33][34][34][35][36][37][38].

Udon
Soba

Suşinin növləri:

[redaktə | mənbəni redaktə et]
  • Nigiri: üstünə tunes balığının bir tikəsi, krevet, səkkizayaqlı ilbiz, sobada bişirilmiş yumurta qoyulmuş düyü şarları;[39][40]
  • Qunkan: düyü və qurudulmuş yosundan düzəldilmiş və dəniz məhsulları ilə doldurulmuş fincanlar;[41]
  • Norimak: suşi düyüsü yosundan düzəldilmiş və müxtəlif növ ingrediyentlə doldurulmuş rulet;[40]
  • Temaki: yosundan düzəldilmiş və suşi düyüsü, dəniz məhsulları və tərəvəzlər ilə doldurulmuş borucuqlar;[42]
  • Oşi: taxta qutuda birlikdə preslənmiş balıq və düyü;[42]
  • Çiraşi: suşi düyüsünün bir porsiyası üzərinə sərbəst düzülən dəniz məhsulları, ağ balaca göbələklər və tərəvəzlər[43].
Okonomiyaki

Düyü – yüksək karbohidratın mənbəyidi hansıki ona görə yapon qadınları uzun ömürlülüyə görə bütün rekordları qırırlar. Tədqıqatlar göstərir ki, karbohidratlarla zəngin olan qidalarla qidalanan insanlar artıq çəkidən əziyyət çəkmirlər. Düyüdə demək olar ki, duz yoxdu, xolestrin və doymuş yağlardan xaricdi[44][45][46].

Yaponlar üçün bütün gün ərzində protein ilə zəngin olan soyadan hazırlanmış yemək yeməmək ağlasığmazdı. Onu adətən şorba miso, tofu parçaları, soya sosu və ya qıcqırdılmış paxla şəklində yeyirlər. Tofu kəsmiyi Yaponiyaya təxmiynən min il əvvəl Çindən gəlib, tez bir vaxtda bütpərəst kahinlərin sevimli yeməyinə çevrilir[47][48][49][50].

Miso – qızardılmış paxla, arpa və ya buğdadan hazırlanmış məcunun da məskəni Çindi. Mütəxəssislər hesab edir ki, soyanın yüksək miqdarda istehlak edilməsi yapon xalqının sağlamlığığına və uzunömürlülüyünə xidmət edir[51][52][53][54][55][56].

Çay dəstgahı

[redaktə | mənbəni redaktə et]

Yaşıl çay Yaponiyanın simvoludur. Çay dəstgahı isə — beş yüz il ərzində inkişaf etmiş Zen buddizminin mahiyyətidir. Eysai adlı kahin Yaponiyaya çayı XII əsrdə Çindən gətirib. Çayla yeməyin əlaqəsi, kaiseki peri – Çay dəstgahı ilə müşayiət edilən xüsusi yeməklərdən sonra daha da gücləndi. Çində bu içkini təqdim edən kahin yazırdı - "çay – bu uzun ömürlülüyün sirridir. O sanki torpağın canıymış kimi öz yarpaqlarını dağ yamaclarına yayır". Yaponlar bulka və blinçiksiz ancaq bol enerji ilə dolu səhər yeməyinin nə olduğunun bilirlər. Tipik səhər yeməyi – yaşıl çay, bir kasa qaynadılmış düyü, miso-şorbası tofu və soğan ilə, körpə dəniz yosununun yarpaqları, omlet və hisə verilmiş somon dilimi. Yaponlar şirniyyatı çox sevirlər, şokolad, dondurma və pirojnaların dəlisidirlər. Qərbdən fərqli olaraq onlar deserti az-az, ancaq tez-tez yeyirlər. Yaponların dünyada ən uzunömürlü xalq olması təsadüf deyil. Onlar digər millətlərdən daha az piylənməyə meyillidir. İnanın ya yox, bütün bunlar Yapon qidasına və xalqın öz sağlam mətbəxinə sadiqliyinə və təbii ətirə olan sevgisinə görədir. Bəzi yaponlar avropalıları ət yeyən ruhsuz varlıqlar zənn edir və inanırlar ki, ət onların həm ruhunu, həm də sağlamlığını əllərindən alır[57][58].

Lakin, onlar ət yeyən xalqlara nifrət etmirlər və öz sağlam mətbəxlərində də ətdən istifadə edirlər. Amma yapon qidasının ən məşhur nümunəsi olan suşi da daxil olmaqla, bütün xörəklər yaxşıca bişmiş tərəvəzlər olmadan süfrəyə verilmir[59][59][60].

Nəzakət qaydaları

[redaktə | mənbəni redaktə et]
  • Yeməyiniz başqasına yemək çubuqları ilə heç vaxt ötürməyin (bu Buddist dəfn mərasimi ilə bağlıdır ki, bu mərasimdə iştirakçılar kremasiya edilmiş cənazənin külü ilə urnanı bir-birinə ötürürlər); əgər yeməyinizi bölüşmək istəyirsinizsə, başqasına yeməklə boşqabını verin ki, özü seçə bilsin[61][62].
  • Əgər siz başqası ilə bir boşqabdan yeyirsinizsə, yemək çubuqlarının başqa ucundan istifadə edin suşini əllərlə, saşimini isə ancaq yemək çubuqları ilə yemək olar çubuqlarınızı ortadan tutmayın, həmişə çalışın ki, ucundan tutasınız yanınızda olan boşqabı yaxına çəkmək üçün çubuqdan heç vaxt istifadə etməyin[60].
  • Yeməkdən dişləyib qalanı boşqaba geri qoymayın[61].
  • Əgər siz bir şeyin dadına baxdınızsa, axıra kimi yeyib qurtarın[62].
  • Bıçaq gətirməyi xahiş etməyin yeməkdən sonra, yemək çubuqlarını haşi oki-nin (çubuqlar üçün altlıq) üzərinə qoyun, bunu suşi bara perpendikulyar eləsəz daha yaxşı olar[63].
  • Bilavasitə masaya çubuğu heç vaxt qoymayın[64].
  • Sizin yeməyinizdə (bu halda eləcə də, Yapon (Yaponlar) əlaqələnir, o (bu) dəfn ilə) yemək üçün çubuqları geri heç vaxt qoymayın[65].
  • Düyünüzü axıra kimi yeyib qurtarmağa çalışın; yeməyin hətta kiçik parçasını qoyub getmək çox ədəbsizdir (faktiki olaraq, buqadağan təkcə Yaponiyaya aiddir)
  • Heç vaxt siqaret yandırmayın. tütün tüstüsü başqalarına xörəklərin dadından və ətirindən zövq almağa imkan vermir.
  • Bundan başqa, bu qoxudur, balığın təzə olub-olmadığını müəyyən etməyə imkan verən məhz qoxudur. soya sousu balıq üçündür, suşinizin hamısını oraya heç vaxt salmayın.
  • Şorba və ya makaron yeyərək ağzınızı marçıldada bilərsiniz (gəyirə isə yox); kasanızı ağzınıza yaxınlaşdıra bilərsiniz – əvvəlcə çubuqlarınızla bərk elementləri yeyirsiniz, sonra isə qalanı sadəcə içirsiniz. Sake yeməkdən əvvəl və ya ondan sonra içilir.
  • Şərab sadəcə düyüyə uyğun deyil; yemək zamanı siz pivə, ağ şərab, çay və ya su içə bilərsiniz.
  • Ənənəyə görə sake yalnız saşimi ilə verilir. Pivə və ya sake stol arxasında oturan bütün adamlar üçün süzülür[66]
  • Belə adət yoxdur ki, hər kəs öz butulkasından içsin[67].
  • Bir məsələdə yaponların fikirləri bölünür: bəziləri əvvəlcə saşimi, sonra suşi, sonra isə düyü ilə miso şorbasını yeməyi tövsiyə edirlər[68].
  • Başqaları əvvəlcə omlet və tərəvəzlər ilə suşi, sonra isə istədiyiniz hər şey və lap axırda isə saşimini yeməyi məsləhət verirlər[69].

Nəzakətli cümlələr

[redaktə | mənbəni redaktə et]
  • Ariqato – təşəkkür edirəm
  • Domo – sağ ol
  • Domo ariqato gozaimatsa – çox sağ ol (yeməkdən sonra)
  • Dozo – buyurun
  • Goçisou sema deşita – yeməyin sonunda işlədilən ənənəvi ifadə ("Mən bunu xoşladım")
  • İtadakimatsu – yeməyi başlayan ifadə ("Mən bunu qəbul etdim")
  • İrasşaimatse – salam
  • Kampai – Sağlığınıza!
  • Konbanaua – Axşamınız xeyir
  • Koniçi va – Necəsiniz?
  • Koreua nandesuka – Bu nədir?
  • Oaiso – Hesabı gətirin
  • Oişii — dadlıdır
  • Ososumeua nandesuka – Bu gün hansı delikatesləri yeyəcəyik?
  • Sayounara – sağ olun
  1. 1 2 読売新聞大阪本社. ja:雑学新聞. PHP研究所. 2005. ISBN 978-4-569-64432-5. 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16., p.158, explains that in the tea kaiseki, the
  2. Kondo, Tamami(近藤珠實). Nihon no saho to shikitari: shiki no gyoji to kankon sosai, sono yurai to joshiki 日本の作法としきたり: 四季の行事と冠婚葬祭、その由来と常識 (preview). PHP研究所. 2010. ISBN 978-4-569-77764-1. 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16., p.185
  3. Shinmura, 1976
  4. 1 2 3 Kenkyusha's New Japanese-English Dictionary, ISBN 4-7674-2015-6
  5. Ishikawa, Hiroyoshi (石川弘義). Taishū bunka jiten (snippet). Kōbundō. 1991. səh. 516. 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.
  6. Heibonsha, 1969
  7. "A Day in the Life: Seasonal Foods" Arxivləşdirilib 2013-01-16 at the Wayback Machine, The Japan Forum Newsletter No. September 14, 1999.
  8. Hepburn, 1888 dictionary "hashiri: The first fruits, or first caught fish of the season"
  9. Ehara, Ayako. "School Meals and Japan's Changing Diet" (snippet). Japan echo. Japan Echo Inc. 26. 1999. 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16., quote: "Relatively alien to the traditional Japanese diet were meat, oil and fats, and dairy products.."
  10. Heibonsha, 1964, vol. 17, p.355, "Nihon ryori", section by Toshio Yanagihara
  11. Heibonsha, 1964, vol. 17, p.356, "Nihon ryori", section by Motoyama: "日本人の食料はもともと穀類を中心として菜藻を主とし、鳥肉がこれにつぎ、獣肉はわすがであったが、仏教渡来後.."
  12. Cawthorn, 1997, p.7
  13. Morimatsu, Yoshiaki; Hinonishi, Sukenori; Sakamoto, Taro. "風俗辞典". 東京堂出版. 1957. 2021-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16."天武天皇三年に牛・馬。犬・猿,鶏の肉を食べゐこと古禁じてから肉食が演じ、江戸時代になっても四足・二足を食べない家が多かった。もっとも野獣の肉は食用に供した。"
  14. Pulvers, Roger. "Japanese families' nutritional values pay dearly for 'progress'". The Japan Times. March 6, 2011. August 1, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 22, 2011.
  15. Ochiai, H. (2014, November 25). Is it a potato or a prawn?: Kyoto farmers make a name selling strangely shaped vegetables, The Japan News by the Yomiuri Shimbun, the-japan-news.com/news/article/0001713547
  16. 1 2 Fukuta, Ajio (福田アジオ). Nihon minzoku daijiten(日本民俗大辞典). 1. Yoshikawa Kobunkan (吉川弘文館). 1999. 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16., p.16 安土,桃山時代から江戸時代にかけて南蛮料理や中国料理の影響と油の生産増大に伴い、油揚や天麩羅,素揚,薩摩撝など副食物として
  17. Today, What Way. "Food in Japan is not just about Sushi - Japanese Food Adventure". What Way Today. 2021-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-20.
  18. Shinmura, 1976 Kōjien
  19. Shinmura, 1976 Kōjien under okazu says "formerly a ladies' term (婦人語)"
  20. Andoh, 2012, p.20 "spinach steeped in broth"; p.63 "(spinach) blanched and then marinated" in smoky broth.
  21. Shimbo, 2000, p.147 "wakame and cucumber in sanbaizu dressing (sunomono)"; p.74 "sanbaizu" recipe
  22. Tsuji, Fisher və Reichl, 2006. səh. 241–253
  23. "腹が鳴るなり万福寺 黄檗宗大本山万福寺(宇治市)". ひびき紀行. Asahi Shimbun. September 3, 2011. İstifadə tarixi: May 2012.
  24. Nagatomo, Akiko (長友麻希子). "普茶料理". 「京都」×(もっと)ワかる. Industry and Tourism Bureau, City of Kyoto. September 3, 2011. March 4, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 2012.
  25. Andoh, 2010, p.188 — gives a recipe.
  26. Kiple, Ornelas, 2001, p. 1176
  27. 1 2 Kobayashi, Kazuhiko; Smil, Vaclav. Japan's Dietary Transition and Its Impacts. MA, USA: Massachusetts Institute of Technology. 2012. səh. 18. ISBN 978-0-262-01782-4.
  28. 看到了吗你啊日本有啊 30
  29. "Archived copy". noyabr 6, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: noyabr 14, 2014.
  30. "What is Shochu?". July 17, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 31, 2006.
  31. "Japanese drinking". 2022-03-19 tarixində arxivləşdirilib.
  32. Jo, Andrew. "Japanese food includes dishes such as delicious Soba and Udon noodles". 1 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 December 2015.
  33. 1 2 Introduction to Japanese Food Arxivləşdirilib 2016-12-21 at the Wayback Machine, retrieved January 8, 2010
  34. 1 2 "Japan Etiquette". Etiquette Scholar. Yellowstone Publishing, LLC. 29 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 January 2017.
  35. Golden Rules for Japanese Chopstick Manners, Emiko. "10". Japan Talk. November 2009. 2022-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.
  36. Davidson, Alan. Seafood of South-East Asia: a comprehensive guide with recipes. Ten Speed Press. 2003. səh. 34. ISBN 1-58008-452-4. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.
  37. Tsuji, Shizuo; M.F.K. Fisher. Japanese Cooking: A Simple Art (25). Kodansha International. 2007. 280–281. ISBN 978-4-7700-3049-8.
  38. Mente, Boye Lafayette De. Dining Guide to Japan: Find the Right Restaurant, Order the Right Dish, and. Tuttle Publishing. 2007. səh. 70. ISBN 4-8053-0875-3. 2020-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.
  39. Ayao, Okumura. "Japan's Ramen Romance." Japan Quarterly 48.3 (2001): 66. ProQuest Asian Business & Reference
  40. 1 2 Seligman, Lucy. "The History of Japanese Cuisine." Japan Quarterly 41.2 (1994): 165. PAO Liberal Arts Collection 1.
  41. Morieda Takashi. "The Unlikely Love Affair with Curry and Rice." Japan Quarterly 47.2 (2000): 66. ProQuest Asian Business & Reference.
  42. 1 2 "The Globalization of Asian Cuisines: Transnational Networks and Culinary Contact Zones".
  43. Iris-Aya Laemmerhirt. Embracing Differences: Transnational Cultural Flows between Japan and the United States, Volume 36 of Edition Kulturwissenschaft. transcript Verlag. 2014. 102–103. ISBN 978-3-8394-2600-5. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.
  44. Azi Fitriyanti. "Japanese Cuisine in Indonesia Focuses on Taste, Menus Food Safety". Antara News. January 25, 2014. June 23, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 5, 2014.
  45. "Burgeoning growth of Japanese cuisine in Thailand". The Nation. September 24, 2012. February 4, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 16, 2018.
  46. "Chicken Teriyaki bento set". Ichiban Sushi. 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.
  47. "7 Best Japanese Resto in Jakarta's Little Tokyo (Melawai)". Wanderbites. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.
  48. "New: Suntiang, When Padang Marries Japanese Food". Culinary Bonanza. February 6, 2014. May 5, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 5, 2014.
  49. Resty Woro Yuniar. "Food Fridays: When Rendang Said 'I Do' to Sushi". The Wall Street Journal. 21 February 2014. 8 September 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 February 2018.
  50. I. Christianto. "Enjoying internationally popular Japanese food". The Jakarta Post. November 30, 2009. March 19, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 5, 2014.
  51. "Yoshinoya Indonesia". 2018-05-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.
  52. Cheryl M. Arcibal. "Latest Japanese resto in town wants to conquer Pinoy bellies with pork and ramen | Food". Philstar.com. July 8, 2013. March 19, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 3, 2014.
  53. [1] Arxiv surəti 1 iyul 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib iyul 1, 2012, at the Wayback Machine
  54. Japanese Diasporas: Unsung Pasts, Conflicting Presents and Uncertain Futures - Google Books. Books.google.com. March 19, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 3, 2014.
  55. "Arxivlənmiş surət". 2014-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.
  56. Tiu, Cheryl. "Best of Manila | CNN Travel". Travel.cnn.com. December 31, 2012. February 22, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 3, 2014.
  57. "Asian Food and Australia's Changing Palate". Peril Magazine. 2 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 March 2015.
  58. "Top 10 Restaurants of Australia". Top 10 Restaurants. 17 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 March 2015.
  59. 1 2 "Japanese Culture in Australia". Australian Good Food Guide. 24 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 March 2015.
  60. 1 2 Renton, Alex. "How Sushi ate the World". The Guardian. February 26, 2006. January 13, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 20, 2006. (#apostrophe_markup)
  61. 1 2 Passy, Charles. "Meet the Pilot Who Doubles as Block Island's Chinese-Food Delivery Guy". The Wall Street Journal. 2015-08-26. A1. 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 August 2015.
  62. 1 2 Kugel, Seth. "Rio de Janeiro: Koni Stores". The New York Times. November 9, 2008. September 30, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 5, 2010.
  63. "Japanese cuisine to be nominated for UNESCO world heritage list". Mainichi Daily News. fevral 18, 2012. February 19, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 19, 2012.
  64. UNESCO Culture Sector — Intangible Heritage — 2003 Convention : Arxivləşdirilib 2016-10-22 at the Wayback Machine. Unesco.org. Retrieved on may 24, 2014.
  65. "Japanese cuisine added to UNESCO intangible heritage list". Mainichi Daily News. dekabr 5, 2013. December 10, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 5, 2013.
  66. "Whale meat trade continues in East Asia". WWF. 2016-12-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.
  67. "Whaling in Japan". WDC. 2019-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.
  68. McCurry, Justin. "Trouble at Tsukiji: world's biggest fish market caught in controversy". The Guardian. 10 November 2016. 13 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 February 2018.
  69. Russell, Jennifer. "At least it's fresh! Diners scream in shock when their half-eaten sashimi comes back to life and JUMPS off the plate". Mail Online. 15 October 2015. 11 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 February 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • DMOZ-da Yaponiya mətbəxi
  • Gastronomic Japan
  • VikiSəyahətdə Japanese cuisine haqqında səyahət məlumatları var.
  • VikiSəyahətdə Cuisine of Japan haqqında səyahət məlumatları var.