Rahib Əbiyev

Rahib Əbiyev (Əbiyev Rahib Hidayət oğlu; d. 1966. Həsənli, Cəlilabad rayonu, Azərbaycan SSR, SSRİ) — texnika elmləri doktoru, professor. Yakın Doğu Universitetinin kompüter mühəndisliyi kafedrasının müdiri.

Rahib Əbiyev
Əbiyev Rahib Hidayət oğlu
Doğum tarixi (58 yaş)
Doğum yeri Həsənli, Cəlilabad rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı professor

Əbiyev Rahib Hidayət oğlu 1966-cı il yanvarın 8-də Azərbaycan Respublikasının Cəlilabad rayonunun Həsənli kəndində anadan olub. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna (AzNKİ, indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)) daxil olub. 1984-1986-cı illərdə həqiqi hərbi xidmətdə olub. 1989-cu ildə ali məktəbi “Sənaye istehsal proseslərinin avtomatlaşdırılması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1990-1993-cü illərdə R.Əbiyev AzNKİ-nin avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasında aspiranturada oxuyub, aspiranturanı bitirəndən sonra AzNKİ-nin “İstehsalatı intellektual idarəetmə sistemləri” elmi-tədqiqat laboratoriyasında işə başlayıb. 1997-ci ildə R.Əbiyev namizədlik dissertasiyası müdafiə edib. Onun elmi işi məlumatların işlənməsinin yeni metodlarının yaradılması və texnoloji proseslərdə mövcud olan dinamik obyektlərin eyniləşdirilməsi və onlara nəzarət üçün qurğular yaradılmasında bu metodlardan istifadə əsasında hazırlanmışdı. Nəzarət qurğularının yaradılmasında süni intellekt elementlərindən, o cümlədən qeyri-səlis məntiq və neyron şəbəkələri nəzəriyyəsindən istifadə edilmişdi. Dissertasiya müdafiə edəndən sonra R.Əbiyev AzNKİ-nın avtomatlaşdırılmış idarə sistemlərinin kafedrasının assistenti kimi işləməyə başlayır.[1]

  1. Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.