Rahib Quliyev

Rahib Nəriman oğlu Quliyev (d. 1989; Tovuz, Azərbaycan - ö. 10 fevral 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (leytenantı). 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Rahib Quliyev
Rahib Nəriman oğlu Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Tovuz, Azərbaycan
Vəfat tarixi
Vəfat yeri Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Rütbə Leytenant
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Rahib Quliyev 1989-cu ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Leytenant Rahib Quliyev 2016-cı ildə, fevralın 10-u Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu.[1] Fevralın 11-i isə Rahib Quliyev doğulduğu Tovuz rayonunun Bozalqanlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və leytenant Quliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Rahib Quliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Leytenant Rahib Quliyevin şəhid olmasından 2 il ötür -FOTOLAR". 2018-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-13.