Rahim Vaqif oğlu Babayev (1 dekabr 1970, Ordubad, Ordubad rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — "20 Yanvar" şəhidi. Ölümündən sonra "20 Yanvar şəhidi" fəxri adına layiq görülüb.[1]
Rahim Babayev | |
---|---|
Rahim Vaqif oğlu Babayev | |
Doğum tarixi | 1 dekabr 1970 |
Doğum yeri | |
Vəfat tarixi | 20 yanvar 1990 (19 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə ölüm |
Dəfn yeri | |
Atası | Vaqif Babayev |
Anası | Yaqut Quliyeva |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | Qara Yanvar şəhidi |
1970-ci il dekabrın 1 də Ordubad şəhərində anadan olub. M. Əzizbəyov adına Azərbaycan Sənaye Universitetinin III kurs tələbəsi idi.[2]
19 yanvar günü saat 22.30 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. 20 yanvar 1990-cı ildə qrup və döyüş yoldaşı olan Salyan qazarmasının yanında Bəhaddinə hasardan aşıb keçməsinə köməklik göstərən zaman şəhid olmuşdur. Yanvarın 24-dən 25-nə keçən gecə saat 04-də hərbçilər tərəfindən Semaşko xəstəxanasına gətirilib. Beş günlük axtarışdan sonra yanvarın 25-də qohumları onu Semaşko adına xəstəxananın meyidxanasında tapıblar. Yanvar ayının 27-də Şəhidlər xiyabanında dəfn edilmişdir.