Rajden Matveyeviç Qvetadze (gürc. რაჟდენ გვეტაძე,29 iyul 1897 – 1 dekabr 1952, Tbilisi) — Gürcü Sovet yazıçısı və tərcüməçisi.
Rajden Qvetadze | |
---|---|
gürc. რაჟდენ გვეტაძე | |
| |
Doğum tarixi | 29 iyul 1897 |
Vəfat tarixi | 1 dekabr 1952 (55 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | yazıçı, tərcüməçi |
Rajden Qvetadze kasıb ailədə anadan olmuşdur. Üç sinif oxuduqdan sonra məktəbi atmaq məcburiyyətində qalmışdır. Lakin müəyyən müddətdən sonra axşam məktəbində təhsil almağa başlamışdır.
Eyni dövrdə ədəbiyyatda ilk addımlarını atmağa başlamışdır. Qvetadzenin 1913-cü ildə ilk şeirləri çap olunmağa başladı və 1915-ci ildə isə ilk kitabı "Ay işığı nağılı" nəşr olundu. Yaradıcılığının ilk dövrlərində "Mavi buynuz" simvolistlər qrupuna yaxın idi.[1]
Gürcüstanda sovet hakimiyyətinin qurulması uğrunda mübarizəni təsvir edən ilk romanı olan "Teo" 1929-cu ildə, onun ardınca "Çiakikona",[2] 1935-ci ildə isə "Laşuri axşamları" romanlar toplusu nəşr olundu.
R.Qvetadze vətənpərvərlik müharibəsinə bir çox nəsr və poetik əsər həsr etmişdir. Onun əsər toplusu arasında "Saleh romanlar", "Həyat yenidən başlayır", "Oğuldan məktub" şeirləri və bir çox başqaları daxildir. "Şalamberidzenin mahnısı" şeiri məşhur şedevr mahnıya çevrildi.[3][4] Yazıçının nəsr əsərləri yüksək peşəkarlığı və dərin duyğuları ilə seçilir. Rajden Qvetadzenin şeirləri isə musiqili və sadədir. Bu səbəbdən Gürcüstanda hələ də bəstəkarlar onun yazdıqları şeirlərə müraciət edirlər.
Rajden Qvetadze aktiv tərcüməçilik ilə də məşğul olmuşdur. Qədim dastan olan "Ramayana" və fransız balladası "Roland haqqında mahnı" kimi əsərləri və dünya klassiklərinin tərcümələri ilə gürcü ədəbiyyatını zənginləşdirmişdir. O, həmçinin Nikolay Nekrasov, İvan Franko və digər rus, ukrayna, erməni və belarus yazıçılarının əsərlərini də gürcü dilinə tərcümə etmişdir.
Rajden Qvetadze 1935-1950-ci illərdə “Federasiya” (“Sovet yazıçısı”) nəşriyyatına rəhbərlik edib.
Rajden Qvetadze 1 dekabr 1952-ci ildə Tiflis şəhərində vəfat etmişdir. O, yazıçılar və ictimai xadimlərin Didube panteonunda dəfn edilmişdir.[1]
ზ. ბაბუნაშვილი, თ. ნოზაძე, „მამულიშვილთა სავანე“, გვ. 104, თბ., 1994