Raka Qalası (alm. Arch) — Sloveniyanın ən qədim, orta əsr qalalarından biridir. Raka, Krşko şəhərində yerləşir.
Raka qəsri | |
---|---|
45°55′44″ şm. e. 15°23′10″ ş. u. | |
Ölkə | |
Yerləşir | Krşko bələdiyyəsi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Raka qalası haqqında 1161-ci ildə yazılmış və 1279-cu ildə Arx qalası kimi açıq şəkildə qeyd olunmuşdur. Qala 12 ci əsrdə qraf Bogen tərəfindən inşa edilmişdir. Daha sonra qraf Andeşeke keçmiş və nəhayət hersoq Spanxem sahibi olmuşdur. 1501-ci ildə Arx ailəsindən olan Leonard Heriç, Raka qalasını Sotsqiyadan olan, cəngavər Yuri Şevroya satdı.
1515-ci ildə üsyançı kəndlilər qalanı yandırıldılar. XVII əsrdə qala, Verniçkeye məxsus idi. Daha sonra bu qala Kaisel ailəsinə satıldı. Sahibkarların dövründə qalada hovuz və istixanalar mövcud idi ki, burada xərçənglər yetişdirilirdi.[1] 1784–1825 illər arasında, Franz Karl Baron Haller von Hallerstein, köhnə qalaya tamamilə yeni, daha gözəl bir görünüş verdi. Qalanın növbəti tanınmış sahibi, 19-cu əsrin sonunda, Felix Lenzk idi. Məşhur amerikalı qadınla evləndikdən sonra, o, bu yerdə üzüm sahələri saldı və ən yaxın Polter Spring-dən su çəkərək qalnı su boruları ilə təchiz etdi.
Qala II Dünya Müharibəsi dövründə hərbi bir mövqe kimi istifadə edilmişdir. 1948-ci ildən 1998-ci ilə qədər qalada rahibələr məskunlaşmışlar. 1952 və 1961-ci illərdə Raka, bələdiyyə olaraq fəaliyyət göstərmişdir.
2007-ci ildə, Raka qalası, arxitektura, bədii və tarixi dəyərinin bütövlüyünü qorumaq, mədəni şəhadətlərini gücləndirmək, mətbuatda təqdim etmək yönündə, Krşko Bələdiyyəsi tərəfindən xüsusi memarlıq və ya tarixi abidə elan edilmişdir. Bura həmçinin tədris və elmi tədqiqat işləri üçün istifadə olunur.[2]
Qala, iki mərtəbəli olub, bir zirzəmidən ibarətdir. Qalanın qərb və cənub tərəflərində meşə var. 1998-ci ildən, rahibələr qalanı tərk etdikdən sonra, qala boş qaldı. Onların yaşadığı dövrdə qala santexnika ilə təchiz olunmuş, dam örtüyü qismən təmir edilmişdir. Həyətyanı sahədə kərpicdən qaraj mövcuddur.
Yaxın keçmişdə birinci mərtəbə əsasən heyvandarlıq üçün istifadə edilmişdir. Zirzəmi, bitki və digər məhsulların saxlanması üçün istifadə edilirdi. Şərq tərəfin orta hissəsində quraşdırılmış geniş daş pilləkənlər, dəhlizdən birinci mərtəbəyə qədər aparır. Taxta döşəmələr linoleum ilə örtülmüşdür. Cənub hissəsinin mərkəzi hissəsində, düz tavan və Barok üslublu parket döşəmə var.
Ən yaxşı saxlanan otaqlardan biri, Johanna'nın otağıdır. Yeməkləri mətbəxdən otaqlara köçürmək üçün əl lifti (lumbwaiter) istifadə edilirdi. Qala 2014-cü ilin dekabrında Rok Mejak tərəfindən satın alınmışdır.[3]