Ramana məscidi

Ramana məscidi və ya Qurban məscidi — 1912–1914-cü illərdə Ramana kəndində tikilib. Məscidin memarı Zivər bəy Əhmədbəyovdur.[1]

Ramana məscidi
Ölkə  Azərbaycan
Şəhər Bakı Ramana
Yerləşir Vəli Vəliyev küçəsi, 55.
Tikilmə tarixi XIX əsr
TipiMədəni
DövlətAzərbaycan
KateqoriyaMəscid
ƏhəmiyyətiÖlkə əhəmiyyətli

XIX–XX əsrlərdə yanında yerləşən hamam və yaşayış evləri ilə birgə bu məscid tarixi mərkəz rolunu oynayır. Məscid 1912–1913-cü illərdə tikilib. Memarı Zivər bəy Əhmədbəyovdur. Plana görə məscid iki kvadrat şəkilli ibadət zalından, qadınlar üçün birinci mərtəbə, zalın şimal və şərq hissələrində yerləşən yardımçı otaqlardan ibarətdir.[1]

Zivər bəy Əhmədbəyov məscidi təkcə müsəlman məbədi kimi tikmir, həm də yerli Abşeron məktəbinin bütün xüsusiyyətlərini nəzərə almaqla yaradır. Məscidin baş fasadının həlli üçün səciyyəvi olan portalın yerinin XX əsrin əvvəllərində dini tikililərdə müşahidə olunduğu kimi səthi variantda deyil, dərin taxçalı, uyğun bölgülərdə qeyd edilən girişli Abşeron memarlığının klassik üsulları ilə müəyyən edilməsidir.[1]

  1. 1 2 3 Şamil Fətullayev. Abşeron Memarlığı. Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 162-166. ISBN 9789952320206.