Ramazan Əliyev (Əliyev Ramazan Alı oğlu; 18 iyun 1951, Qazax rayonu – 7 yanvar 2016, Bakı) — Azərbaycan alimi, pedaqoq, biologiya elmləri doktoru, professor[1]., Azərbaycan Dövlət İqtisad Universitetində “Qida Məhsullarının Texnologiyası” kafedrasının müdiri (2005-2013), Azərbaycanın şirinsu hövzələrinin amfipodları üzrə respublikamızda müdafiə edən ilk alim.
Ramazan Əliyev | |
---|---|
Ramazan Alı oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Poylu, Qazax rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Elm sahəsi | Biologiya |
Elmi dərəcələri | Ali, Elmlər doktoru |
Elmi adı | Professor |
Təhsili | Azərbaycan Pedaqoji İnstitutu |
Tanınır | Azərbaycanın şirinsu hövzələrinin amfipodları üzrə respublikamızda müdafiə edən ilk alim. |
Ramazan Əliyev 18 iyun 1951-ci ildə Qazax rayonunun Poylu kəndində anadan olmuşdur. 1958-1968-ci illərdə Poylu kənd orta məktəbində oxumuşdur. Orta təhsilini doğma kənddə yüksək qiymətlərlə başa vuraraq Azərbaycan Pedaqoji İnstitutunun kimya-biologiya fakutəsinə daxil olmişdur. 1973-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir.[2]
1973-1979-cu illərdə təyinatla Sabirabad rayonunda ixtisası üzrə müəllim vəzifəsində çalışmışdır.
1979-cu ildə Azərbaycan Elmlər Akademiyası Zoologiya İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir.
1984-cü ildə Ukrayna Elmlər Akademiyasının Hidrobilogiya İnstitutunda "Kür çayı nizama salındıqdan sonra Hacıqabul və Naxalıqçala göllərinin dib faunası" mövzusunda dissertasiya yazaraq biologiya elmləri namizədi – alimlik dərəcəsi almışdır.
Aspiranturadan sonra 1990-cı ilə qədər Azərbaycan Elmlər Akademiyası Zoologiya İnstitutunda kiçik elmi işçi, elmi işçi, 1990-cı ildən 1997-ci ilə qədər isə baş elmi işçi vəzifəsində işləmişdir.
1997-2000-ci illərdə Bakı Dövlət Əmtəəşünaslıq Kommersiya İnstitutunun ərzaq malları əmtəəşünasliğı Dövlət İqtisad Universitetinin Ərzaq malları əmtəəşünaslığı kafedrasında dosent vəzifəsində çalışmışdır. 2004-cü ildən ömrünün axırına qədər İqtisad Universitetinin ət, balıq və süd məhsullarının texnologiyası kafedrasının müdiri olmuşdur.
2003-cü ildə "Azərbaycanın şirinsu hövzələrinin amfipodları (növ tərkibi, ekologiyası, biologiyası, mənşəyi və əhəmiyyəti)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 2009-cu ildə professor elmi adını almışdır.
2005-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Qida Məhsullarının Texnologiyası” kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Bu illər ərzində o, 20-yə yaxın alimin yetişdirilməsində böyük rol oynamışdır.
Professor uzun illər AMEA-nın Zoologiya İnstitunda fəaliyyət göstərmişdir.
Azərbaycanın şirinsu hövzələrinin amfipodları üzrə respublikamızda müdafiə edən ilk alimdir.
Çoxsaylı elmi məqalənin, 7 kitabın (monoqrafiya, dərslik, dərs vəsaiti, praktikum), 110-a yaxın elmi əsərin, xaricdə çap olunmuş 3 kitabın, 15 monoqrafiyanın müəllifidir.
2016-cı ildə yanvarın 7-də Bakı şəhərində vəfat etmişdir.