Ramazan Məmmədov

Ramazan Salam oğlu Məmmədov (azərb. Məmmədov Ramazan Salam oğlu;‎) — Azərbaycan dilçisi, nəzəriyyəçi, pedaqoq, publisist, filologiya elmləri doktoru (2009), professor (2017), Rusiya Təbii Biliklər Akademiyasının həqiqi üzvü (2017)

Ramazan Məmmədov
Təxəllüsü Ramazan Məmmədov
Doğum tarixi (80 yaş)
Doğum yeri Qum kəndi, Qax rayonu, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Təhsili M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutu
Fəaliyyəti dilçi, nəzəriyyəçi, pedaqoq, publisist
Fəaliyyət illəri 1973-cü ildən
Əsərlərinin dili Azərbaycanca, rusca
İstiqamət ümumi dilçilik, dil nəzəriyyəsi
Janrlar monoqrafiya, problematik məqalə, publisistika
Mükafatları "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı — 2017

Ramazan Salam oğlu Məmmədov 01iyul 1944-cü ildə Azərbaycan SSR-in Qax rayonunun Qum kəndində anadan olmuşdur. 1961-ci ildə Qum kənd orta məktəbini bitirmişdir.[1] 1968–1973-cü ildə M.F. Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunda (indiki BSU) təhsil almış, institutu fərqlənmə diplomu ilə bitirmişdir. Təhsil aldığı illərdə V.İ.Lenin təqaüdçüsü olmuşdur.

1974–1977-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsilini davam etdirmişdir.[2] 1973–1991-ci illərdə BSU-da baş laborant, müəllim, baş müəllim, dosent, dekan müavini vəzifələrində işləmişdir.

1978-ci ildə M.V.Lomonosov adına MDU-da namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi adını almışdır.

1980–1984-cü illərdə SSRİ Ali və Orta İxtisas Təhsili nazirliyinin göndərişi ilə Əfqanıstan Demokratik Respublikasında Kabil Universitetində dosent, kafedra müdiri, partiya təşkilatı katibi vəzifələrində işləmişdir.

1991-ci ildən 2014-cü ilədək Sumqayıt Dövlət Universitetində (SDU) dosent, kafedra müdiri vəzifələrində çalışmışdır.

2009-cu ildə "Azərbaycan və rus dillərində sözlərin fonetik strukturu" ("Фонетическая структура русского и Азербайджанского слова") mövzusunda doktorluq dissertasiyalarını müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini almışdır.

2014-cü ilin may ayından Sumqayıt Dövlət Universitetində Elm və innovasiyalar üzrə prorektor vəzifəsində çalışan Ramazan Məmmədov dünyanın bir sıra ölkələrində keçirilən beynəlxalq simpozim, konfrans, forum və seminralarda iştirak etmişdir.

2016-cı ildə Rusiya Təbii Biliklər Akademiyasının (Alim, Müəllim və mütəxəssislərin Beynəl¬xalq Assosiasiyası) müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilmişdir.

2017-ci ildə professor elmi dərəcəsin almışdır.

Sumqayıt Dövlət Universiteinin "Elmi xəbərlər" dərgisinin (Təbiət və texniki elmlər bölməsi, Sosial və humanitar elmlər bölməsi) baş redaktor müavini, "Azərbaycanda rus dili və ədəbiyyatı" elmi-metodiki və ictimai-publisistik dərginin redaksiya heyətinin üzvü, "Международный журнал эксперимен-тального образования" jurnalının Filologiya elmləri üzrə Ekspert Şurasının üzvüdür.

Üç övlad atasıdır.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Ramazan Məmmədov Azərbaycan, rus və ingilis dillərində 150-dən artıq elmi, elmi-metodik və publisistik əsərin, həmçinin monoqrafiyavə dərs vəsaitinin müəllifidir. Ümumi dilçilik, fonetika və fonologiya, kontrastiv-tipoloji fonologiya, sosiologiya, elmi konflikltlər nəzəriyyəsi onun əsas maraq dairəsini təşkil edir.

Ramazan Məmmədovun araşdırmalarında rus dilinin tədrisi məsələləri, Azərbaycan və rus dillərinin müqayisəli tədqiqi aparıcı yer tutur.

"Azərbaycanlıların rusca nitqində fonetik interfesensiya" ("Фонетическая интерференция в русской речи азербайджанцев") adlı namizədlik dissertasiyasında (1978) fonetik interferensiya mexanizminin mahiyyəti açıqlanır, problemin sistemli şəkildə tədqiq olunmasının vacibliyi əsaslandırılır, Azərbaycan və rus dillərinin sait və samit sistemlərinin müqayisəli tədqiqi nəticəsində azərbaycanlıların rusca nitqlərində fonetik interferensiyanın potensial sahələri təyin edilir və potensial fonetik interferensiyanın nitq prosesində real aşkar olunması geniş dil materialı ilə təsvir edilir.

Ramazan Məmmədovun "Azərbaycan və rus dillərində sözlərin fonetik strukturu" ("Фонетическая структура слова в русском и азербайджанском языках") adlı doktorluq dissertasiyası (2009) rus və Azərbaycan dillərində sait və samit səslərin qovuşuğunda iki fonetik əlamətin funksional yeri, rolu və qarşılıqlı əlaqələrinin hərtərəfli və dolğun tədqiqinə söykənən sait-samit sintaqmatikasının və bu əsasda da sözün fonetik strukturunun kontrastiv-tipoloji sistem araşdırılmasının nəzəri və praktiki məsələlərinə həsr edilmişdir. Sözün fonetik strukturu araşdırmada bir aspektdən – saitlərlə samitlərin nitq axınında damaq ahəngi, yaxud sözün fonetik simasını təşkil edən sait və samit səslərin tembr çalarlıqlarının həmcins və qeyri-həmcinsliyi baxımından tədqiq olunur. Tədqiqatda müqayisəli dilçiliyin Materiya və Funksiya, Səs və Hərf, Kontrastiv analiz və İnterferensiya, Sait və Samit, Sait-samit sintaqmatikası və Sözün fonetik strukturu və Sözün semantik strukturu kimi fundamental nəzəri-praktiki məsələlər sistemli təhlilə çəkilmiş və orijinal həllini tapmışdır.

Ramazan Məmmədov həmçinin 1988-ci il 27–29 fevral Sumqayıt hadisələrinin elmi-sosioloji tədqiqi ilə bağlı bir sıra tədqiqatların müəllifidir. Mövzuya həsr olunmuş silsilə məqalələri və monoqrafiyaları dünyanın müxtəlif dillərdə nəşr olunmuşdur.

  • Böyük Vətən Müharibəsində qələbənin 20 illik yubiley medalı (1965)
  • Əfqanıstan Demokratik Respublikasının "Eftexor" ordeni (1984)
  • Qabaqcıl təhsil işçisi — Döş nişanı (2012)
  • Azərbaycan Respublikasının Əməkdar müəllimi (2017)[3]
  • Вокально-консонантная синтагматика в русском и азербайджанском языках (контрастивно — типологическое системное исследование). Bakı: Mütərcim, 2006. 308 s.
  • Фонетическая структура слова русского и азербайджанского языков. (контрастивно-типологическое системное исследование). Bakı: Mütərcim, 2007. 240 s.
  • Aрмяне в Сумгаите. Краткий историко-социологический очерк (1938–1994). Баку: Шур, 1994. — 152 с..
  • Sumqayıt: milli əsarət, ya milli səxavət? Sumqayıt: "Şirvannəşr", 2004. –160 s.
  • Sumqayıt həqiqətləri. 1-ci kitab: tarixdən səhifələr (1930–2000). Sumqayıt: "Zərdabi" NP MMS, 2010. 240 s.
  • Sumqayıt həqiqətləri. 2-ci kitab. Sumqayıt hadisələri Dağlıq Qarabağ problemi kontekstində. Sumqayıt: "Zərdabi" NP MMS, 2010. 128 s.
  • Sumqayıt 1988: cinayət və cəza. Bakı: "Nurlar" NPM, 2014. – 376 s. (Azərbaycan, rus, ingilis və ispan dillərində).

Dərs vəsaitləri:

[redaktə | mənbəni redaktə et]
  • Тематика контрольных работ по фонетике русского языка для студентов-заочников (Тексты. Задания. Методические рекомендации. Таблицы и схемы. Библиография. Образец выполнения контрольной работы). Баку: Изд-во АПИРЯЛ им. М.Ф.Ахундова, 1987. 68 с.
  • Дидактические материалы по русскому языку. Сумгаит: 1997. 96 с.
  • Русский язык. Программа практического курса для подготовки бакалавров. Сумгаит: 2013.
  • Русский язык. Согласование в роде и числе. Учебное пособие для студентов азербайджанского сектора. Сумгаит: СГУ, 2016, 166 с.
  1. "Ramazan Məmmədov". 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-30.
  2. "Elm və İnnovasiyalar üzrə prorektor". 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-30.
  3. "Sumqayıt Dövlət Universitetinin əməkdaşlarına "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-30.