Ramiz İsgəndərov — İqtisad elmləri doktoru, professor.
Ramiz İsgəndərov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bərdə rayonu, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Elm sahələri | "İqtisadiyyatın riyazi və instrumental üsulları" |
Elmi dərəcəsi | İqtisad elmləri doktoru |
Elmi adları | "Sənaye iqtisadiyyatı və menecment" kafedrasının müdiri |
İş yeri | Azərbaycan Texniki Universiteti |
Ramiz İsgəndərov 1953-cü ildə Bərdə rayonunun Mehdixanlı kəndində anadan olmuşdur. Orta təhsilini Mehdixanlı kənd orta məktəbində almışdır. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun «Kənd təsərrüfatının mexanikləşdirilməsi» fakültəsini, Moskva Əmək və Sosial Münasibətlər Akademiyasının «İqtisadiyyat» fakültəsini, Moskva Elmi-Tədqiqat Texnologiya İnstitutunun aspiranturasını bitirmişdir. Ramiz Kamal oğlu İsgəndərov 1988-ci ildən texnika elmləri namizədi, 2006-cı ildən iqtisad elmləri doktorudur (08.00.05 — «Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (kənd təsərrüfatı)» və 08.00.13 — «İqtisadiyyatın riyazi və instrumental üsulları» ixtisasları üzrə), 2010-cu ildən professordur. Elmi-texniki tərəqqinin sosial-iqtisadi məsələləri, eləcə də əmək bazarı və əhalinin sosial müdafiəsi ilə bağlı problemlərin tədqiqi ilə məşğuldur. Ölkəmizdə və bir sıra xarici ölkələrdə nəşr olunmuş 200 çap vərəqindən artıq həcmi olan 100-dən çox elmiməqalənin, 4 dərsliyin, 7 dərs vəsaitinin, 2 monoqrafiyanın və 5 tədris proqramının müəllifidir. Müəllifi olduğu «Əmək bazarı və əhalinin sosial müdafiəsi» və «Elmi-texniki tərəqqi: sosial-iqtisadi aspektlər» adlı kitabları Respublika Təhsil Nazirliyinin qərarı ilə iqtisad yönümlü ali məktəblər üçün dərslik kimi tövsiyə olunaraq nəşr edilmişdir.
Ramiz İsgəndərov Beynəlxalq İnformasiya Akademiyasının, Rusiya Federasiyasının Pedaqoji və Sosial Elmlər Akademiyasının, Gürcüstanın Biznes Elmləri Akademiyasının həqiqi üzvü seçilmişdir. BMT yanında Ümumdünya Sülh Federasiyasının Sülh Səfiridir. O, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının I, II və III qurultaylarının nümayəndəsi olmuşdur. Halhazırda Konfederasiyanın Məclis üzvüdür.
Ramiz İsgəndərov 1999-2011-ci illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tədris və elmi işlər üzrə prorektoru olmuşdur. Hal hazırda Azərbaycan Texniki Universitetinin «Sənaye iqtisadiyyatı və menecment» kafedrasının müdiridir.[1]
научных трудов Башкирского института социальных технологий. Уфа, 2008