Ramiz Həmid oğlu Əbdülrəhimov (29 iyun1940, Bakı) — görkəmli Azərbaycan memarı, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının, Rusiya Beynəlxalq Memarlıq və İnşaat Akademiyasının Akademiki, Avropa Memar-Akustiklər və Beynəlxalq Ekologiya Akademiyasının akademiki, memarlıq doktoru, professor, Azərbaycan əməkdar ali məktəb işçisi, Azərbaycan Dövlət Mükafatı laureatı və Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsüdür.
Ramiz Əbdülrəhimov 29 iyun 1940-cı il Bakı şəhərində anadan olub. 1964-cü ildə Azərbavcan Politexnik İnstitutunun inşaat fakültəsinin memarlıq ixtisasını bitirib. 1971-ci ildə texnika elmlər namizədi, 1996-cı ildə isə memarlıq doktoru dissertasiyalarını müdafiə edib. 1977-ci ildə dosent, 1985-ci ildə professor elmi adını alıb.
Ramiz Əbdülrəhimov pedaqoq, layihəçi memar, elmi tədqiqatçıdır. Elmi tədqiqatları memarlıq fizikası, salonların akustikası, konstruksiyaların səs izolasiyası, səs-küy ilə mübarizə və mühitin ekologiyasıdır. Eyni zamanda memarlıq tarixi və abidələrin bərpa problemi ilə çalışır
Onun həyat və yaradıcılığı ilə bağlı memarlıq doktoru, professor, AMEA-nın müxbir üzvü Cəfər Qiyasinin 2010-cu ildə hazırladığı "Memar Ramiz Əbdülrəhimov" adlı kitabının redaktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova onun haqqında bildirib: "Ramiz Əbdülrəhimov hələ sovet dövründən yaxşı tanınmışdır. O bu gün də memarlıq və inşaatın inkişafına töhfələr verir. Memarlıq üzrə elmi seminarın rəhbəri kimi gənc alimlərin formalaşmasında böyük zəhmət çəkir. O təcrübəli memar, gözəl alim və müəllim-professor kimi memarlıq fakültəsində çalışaraq memarlıq təhsilini müasir standartlar səviyyəsinə qaldırılması üçün aparılan reformlarda fəal iştirak edir.". Həmin kitabda AMEA-nın həqiqi üzvü, ŞÖBMA-nın prezidenti, professor Şamil Fətullayev-Fiqarov Ramiz Əbdülrəhimov haqqında yazmışdır "Ramiz Əbdülrəhimov şəxsiyyətdir! Onun maraq dairəsini və çoxtərəfli istedadını qeyd etməklə, mükəmməl müəllim, gözəl natiq və bakılılara xas olan dünyagörüşünə malik olan bir vətəndaş olmasını göstərmək lazımdır. Onun insani xüsusiyyətləri prinsipiallığında və qayğıkeşliyində özünü büruzə verməkdədir. Bir memar kimi o özünü Türkiyədə, Kiprdə, Rusiyyada, Almaniyada və digər ölkələrdə göstərmişdir" .
Memarın 70-ə yaxın layihəsi həyata keçirilib. Ramiz Əbdülrəhimovun böyük məhəbbətlə tərtib etdiyi və həyata keçməsini gözlədiyi layihələrindən biri də Türkdilli Dövlətlər Birliyi Mərkəzinin yerləşəcəyi kompleksin layihəsidir.
Fəxri adları və üzvü olduğu memarlıq akademiyaları
1963 – Lənkəran rayonu Lenin adına qəsəbənin baş planı
1963 – Ağdaş rayonu Xaldan qəsəbənin baş planı
1964 – Əli Bayramlı şəhərinin baş planın eskiz layihəsi (diplom işi, Ümumittifaq tələbə diplom işləri baxışında xüsusi diploma layiq görülmüşdür)
1964 – Sabirabad rayonu 6 saylı savxozun istehsalat bölümünün vəziyyət planı
1965 – Xaçmaz rayonu "Komsomol" sovxozunun baş planı
1965 – Salyan rayonu 5 saylı sovxozun istehsalat bölümünün vəziyyət planı
1981 – Bakı şəhərinin Montin qəsəsbəsinin baş planında səs-küyün azaldılma yolları
1982 – Bakı şəhərinin Günəşli yaşayış massivinin baş planında səs-küyün azaldılma yolları
2001 – Trabzon şəhəri Qara dəniz Texniki Universitetinin dənizkənarı parkının baş planı
Digər layihələr
Bakı Dövlət Sirkin yenidən qurulması (1970)
Alma-Ata şəhərindo 790 nəfərlık konsert salonu (1970)
Ü. Hacıbəyov adına Azərbaycan Milli Konservatoriyasının Opera Studiyası (1975)
Sumqayıt şəhərində 2 saylı musiqi məktəbin 300 nəfərlik tamaşa salonu (1976)
Bakıda Gülüstan kompleksinin memarı akustikası (1978)
Daşkənd şəhərində "Aktyor evi"nin salonu (1980)
Azərbaycan Opera və Balet teatr binasının bərpa və yenidən qurulması (1991-ci ıldə Azərbaycan Dövlət mükəfatına layiq görülmüşdür)
Vitebsk şəhərində 800 nəfərlık Dram teatrı (1986)
Ufa şəhərində Opera və Balet teatrımn bərpa və yenidən qurulması (1985)
Qroznı şəhərində 790 nəfərlik Dram teatrı (1990)
Adlerdə "Yuqbank" Pyatiqorskda "Kuzbasprombank" və Novorossiyskda bank binaları (1994)
İstanbulda "Lütfi Kırdar kongres mərkəzi" binasının restovrasivası (1996) (Ümumilli liderimiz Heydər Əliyevə 2001-ci ildə "İlin ən görkəmli şəxsiyyəti mükafatı" bu binada təqdim edilmişdir)
Trabzonda Türkiyə Futbol Fedirasiya binasının konfrans salonu (2001)
Trabzonda Gürcüstan Başkonsulluq binası (2002)
Trabzonda Gülbalıar Xatun Liseyinin 450 nəfərlik çox məqsədli salonu (2004)
Ramiz Əbdülrəhimovun ümumi sayı 10 olan, səs küylə mübarizə, memarlıq akustikası və ekologiyaya bağlı araşdırma və elmi tədqiqat işləri mövcüddür. Memarlıq, memarlıq fizikası və restavrasiyaya aid 25-ə yaxın kitab, dərs vəsaitı və metodık göstərişlərin müəllifidir.6-sı Turk dilində çap olunmuşdur. 2013-cü ildə çap olunmuş beş cildli "Azərbaycan Memarlıq tarixi" adlı fundomental kitabın "Erkən Kopitalizim dövrü memarlığı"na aid 4-cü cildin müəllifidir(prof. N. Abdullaeyeva ilə birlikdə). Müxtəlif ölkələrdə 90-dan çox məqaləsı çap edilmişdir. Dünyanın bir sıra ölkələrində, 50-yə yaxın kongres və konfranslarda iştirak etmişdir.