Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Məlumatı yoxla. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ramiz Fəzail oğlu Əkbərov (Ramiz Əkbər) —yazıçı-dramaturq, həkim-cərrah, Respublikanın əməkdar həkimi, tibb və fəlsəfə üzrə fəlsəfə doktoru, istefada olan tibb xidməti polkovniki.
Ramiz Əkbər | |
---|---|
Əkbərov Ramiz Fəzail oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Yardımlı rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Fəzail |
Anası | Kübra xanım |
Təhsili | Azərbaycan Dövlət Tibb Universiteti |
İxtisası | həkim |
Fəaliyyəti | tibb |
Ramiz Fəzail oğlu Əkbərov 11 sentyabr 1956-cı ildə Yardımlı rayonunda ziyalı ailəsində anadan olub. 1963–1973-cü illərdə Yardımlı rayon M. F. Axundov adına orta məktəbdə əla qiymətlərlə oxuyub. 1973-cü ildə yüksək qiymətlərlə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub, 1979-cu ildə oranı Lenin adlı təqaüdlə bitirib. 1979–1980-ci illərdə M. Nağıyev adına Təcili Tibb Yardım Xəstəxanasında cərrahiyə üzrə ordinatura və internatura kursu keçib. Əmək fəaliyyətinə tələbəllik illərində akademik M. Cavadzadənin klinikasında orta tibbi personal – tibb qardaşı kimi başlamışdır. 1980–1983-cü illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişi ilə Saatlı rayon Mərkəzi Xəstəxanasında cərrah-həkim kimi işləmiş, 1983–1985-ci illərdə Ə. Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Urologiya kafedrasında iki illik kliniki-ordinatura təhsilini almışdır. 1985-ci ildən 2017-ci ilə kimi Daxili İşlər Nazirliyinin Respublika Hospitalında fəaliyyət göstərmişdir. Mülki-uroloq; cərrahiyə şöbəsinin rəisi, hospitalın müalicə işləri üzrə rəis müavini, hospitalın rəisi vəzifələrində çalışmışdır. İstefada olan polkovnikdir. Respublikanın əməkdar həkimi (2008), Səhiyyə əlaçısıdır (2013-cü il); tibb üzrə (2004) və fəlsəfə üzrə (2009) fəlsəfə doktoru elmi dərəcələri var.
İxtisasca ali dərəcəli uroloq və ali dərəcəli səhiyyə təşkilatçısıdır. Azərbaycan Uroloqlar və Androloqlar Cəmiyyətlərinin, eyni zamanda Avropa Uroloqlar Cəmiyyətinin üzvüdür. 1980-ci ildən cərrahiyə əməliyyatları aparır, minlərlə xəstəyə açıq cərrahiyə əməliyyatı (nefrektomiya, pielolitotomiya, ureterolitotomiya, adenomektomiya, yuxarı və aşağı sidik yollarında plastik əməliyyatlar, sidik kisəsinin rezeksiyası, varikoselektomiya və s.), on minlərlə xəstəyə konservativ müalicə aparmışdır. Rusiyanın, Türkiyənin qabaqcıl uroloji klinikaları ilə müntəzəm əməkdaşlıq edir, İstanbul, Ankara, Akdeniz, Rəşt, Milan, Bakı və s. şəhərlərdə keçirilən bir çox beynəlxalq konfrans və konqreslərin iştirakçısı olmuşdur.
40-a yaxın elmi, bədii-publisistik kitab, 100-ə yaxın elmi məqalə, tezis, metodik tövsiyə və səmərələşdirici təklif müəllifidir.
Ramiz Əkbərov təkcə həkimliyi ilə deyil, ədəbi fəaliyyəti ilə də uğur qazanan ziyalılardandır. "30 il milis rəisi", "Salam, cənab Polkovnik", "Bu, sənin taleyindir" kitablarında polisin keçirdiyi əzablı və şərəfli yoldan bəhs edir. İşıq üzü görmüş "At-murad", "Keçən günlərimi qaytarın mənə", "Смех сквозь слезы", "Yasəmən budağı", "Yardımlının Loğmanı", "Mənalı ömür yolu", "Дети играют в войну", "Afiyet olsun" və s. kimi kitablarında müxtəlif mövzulara həsr olunmuş povest və hekayələr toplanmışdır.
O, "Dövrümüzün İbn-Sinası" məqaləsində müəllimi, dünya şöhrətli akademik Mirməmməd Cavadzadənin həyat yolunu, elmi təcrübəsini, təşkilatçılığını həkimlərə, alimlərə örnək yolu kimi təqdim edir. Ramiz Əkbərin "Heydər Əliyev və Nizami Gəncəvi irsi" məqaləsində ("Xalq qəzeti") ulu öndərin Nizami dühasına olan sevgisi və diqqəti ifadə olunur.
Həkim-yazıçının ədəbi fəaliyyəti çox geniş və zəngindir. Onun qələmindən çıxan müxtəlif hekayələr və dram əsərləri öz üslub tərzinə və dilinin sadəliyinə görə anlaşıqlı və xoşagələndir. Ramiz Əkbərin yazdığı dram əsərləri dəfələrlə həm Azərbaycan Dövlət Musiqili Komediya, həm də "İlham Miniatur" teatrlarının səhnələrində oynanılmışdır. Azərbaycan Milli Televiziyasında (AzTv-də) onun "Zəncir" telemonoloqu, İctimai Televiziyada "Qulaq" əsəri dəfələrlə nümayiş olunmuşdur. Müəllifin bir neçə kitabı və hekayəsi alman, rus, türk və polyak dillərində nəşr olunmuşdur.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür. "Qızıl Qələm", "Həsənbəy Zərdabi", "Altun" mükafatlarının laureatıdır (1998–1999-cu illər).
Артериальная гипертония: 322 вопроса (соавт. Н. Г. Ализаде; Н. Т. Карaева). Баку: Мутарджим, 1999, 140 стр.
2) Tibb zəlisi. Hirudoteropiya (həmmüəlliflər: D. Z. Namazov; N. F. Zairov). Bakı: Mütərcim, 2001, 120 səh.
3) İlk tibbi yardım. Bakı: Mütərcim, 2001, 168 səh. şək.
4) Travmalar və qəfləti xəstəliklər zamanı həkiməqədər ilk tibbi yardım barədə daxili işlər orqanlarının əməkdaşları və daxili qoşunların hərbi qulluqçuları üçün yaddaş. Bakı: Mütərcim, 2001, 52 səh. şək.
5) Azərbaycanın təbii amilləri və onların sidik-cinsiyyət sistemi xəstəliklərinin müalicəsində tətbiqi (həmmüəlliflər: D. Z. Namazov; N. F. Zairov). Bakı: Mütərcim, 2004, 92 səh.
6) İlk tibbi yardım vərdişləri. Bakı: Mütərcim, 2004, 124 səh.
7) Sidik-cinsiyyət sistemi xəstəliklərinin fiziki üsullarla müalicəsi (həmmüəllif: D. Z. Namazov). Bakı: Mütərcim, 2006, 220 səh.
8) Nizami Gəncəvinin tibbi fəlsəfi və sosial-ekoloji görüşləri. Bakı: Mütərcim, 2004, 176 səh.
9) Nizami Gəncəvinin fəlsəfi-didaktik görüşləri. Monoqrafiya. Bakı: Mütərcim, 2008, 336 səh.
10) Böyrək və sidik axarları daşlarının transuretral endoskopik üsullarla müalicəsi. Bakı-Şirvannəşr, 2015, 144 səh. (həmmüəlliflər: S. B. İmamverdiyev; R. N. Məmmədov; N. F. Zairov).
11) Sidik-cinsiyyət sistemi xəstəliklərinin fiziki üsullarla müalicəsi. Bakı: Mütərcim, 2015, 336 səh. (həmmüəlliflər: Ə. V. Müsayev; D. Z. Namazov; N. F. Zairov).
12) İlk tibbi yardım. Dərs vəsaiti. Bakı DİN-in mətbəəsi, 2015, 211 səh, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18 fevral 2015-ci il tarixli 193 №li əmri ilə təsdiq edilmişdir (həmmüəlliflər: H. Həsənov; V. Məhərrəmov; S. Əliyev).
13) Tibb zəlisi – Hirudoterapiya. Bakı: Mütərcim, 2014, 144 səh. (həmmüəlliflər: D. Z. Namazov; R. F. Əmiraslanov; N. F. Zairov)
14) İlk tibbi yardım. Bunları hamı bilməlidir. Təkr. nəşr. Bakı: Mütərcim, 2015, 152 səh. (həmmüəlliflər: R. F. Əkbərova).
15) Tibbi müalicəvi amillərin uroloji xəstəliklərdə tətbiqi. Bakı: Mütərcim, 2015, 132 səh. şək. (həmmüəlliflər: D. Z. Namazov; N. F. Zairov; R. F. Əmiraslanov).
16) Sidik daşı xəstəlikləri və ondan xilas olmağın yolları (Bunları bilmək maraqlıdır.) Bakı, 2018 "Təhsil", 128 səh. (həmmüəlliflər: R. Məmmədov, K. Əkbərov).
17) İlk tibbi yardım (Bunları hamı bilməlidir!) Bakı. "Təhsil", 2018, 20 səh. (həmmüəlliflər: N. X. Quliyev, B. M. Məmmədov).
18) Kişi sonsuzluğu: səbəbləri və müalicəsi (Bunları bilmək hamı üçün maraqlıdır). Bakı, "Təhsil", 2019, 232 səh. (həmmüəllif: İ. S. Əhmədov).
19) Nizami Gəncəvinin tibbi-fəsəfi və sosial-ekoloji görüşləri. Təkrar nəşr. Bakı: Mütərcim, 2021. 200 səh.
Urologiya üzrə
1) Şəki MRX-nın appendisitdə cərrahi taktikası //Az. DTİ-nın elmi konfransı, Şəki, 1977.
2) Уродинамическая оценка недержания мочи у женщин // Ə. Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu. Gənc elmi işçilərin konfransı. Bakı, 1984.
3) Böyrəklərin solitar kistalarının diaqnostikası zamanı ultrasəs sonoqrafiyası və EHM-sistinqrafiyası (həmmüəlliflər: A. Ə. Nəzərov; S. Q. Bondarenko) //Azərbaycan Tibb Jurnalı, 1987, № 7, səh. 44–47.
4) Магнито-инфракраснолазерная терапия больных хроническим неспецифическим простатитом (соавт. Д. З. Намазов) // Достижения медицинской науки и практической научной конференции. 2 том. Баку, 2000, стр.287–289.
5) Xroniki prostatiti olan xəstələrin müalicəsində vulkan palçığı ilə lazer şüasının kompleks tətbiqi (həmmüəlliflər; D. Z. Namazov; İ. Q. Fiqarov) // Достижения медицинской науки и практического здравоохранения Азербайджана. Сборник научных трудов. II том. Баку, 2001, стр.309–311.
6) Xroniki prostatiti olan xəstələrdə maqnit-infraqırmızı lazer terapiyasının effektinin qiymətləndirilməsi (həmmüəlliflər; D. Z. Namazov; İ. Q. Fiqarov) // Достижения медицинской науки и практического здравоохранения Азербайджана. Сборник научных трудов. II том. Баку, 2001, стр.309–311.
7) Uroloji təcrübədə xəstəliklərin birgə mövcudluğu və müalicənin kompleksləşdirilməsinin əhəmiyyəti // "Sağlamlıq" jurn. Bakı, 2002; № 4, səh. 31–33.
8) Sidik cinsiyyət sistemi xəstəliklərinin yayılmasının müasir səciyyələri // "Sağlamlıq" jurn. Bakı, 2002 № 4, səh. 33–36.
9) Varikosele xəstəliyinin cərrahi müalicəsinin effektivliyi və uzaq nəticələri //"Sağlamlıq" jurn. Bakı, 2002, № 5, səh. 38–41.
10) Sidik-cinsiyyət sistemi xəstəlikləri ilə əlaqədar stasionar yardımın həcmi //Akademik M. C. Cavadzadənin 75 illik yubileyinə həsr olunmuş respublika elmi-praktik konfransının materialları. Bakı, 2002, səh. 17–21.
11) Xroniki prostatı və onun ağırlaşması olan neyroreseptor impotensiyanın müalicəsində maqnit-lazer terapiya və vinilinlə ultrofonoforezin kompleks tətbiqi //Akademik M. C. Cavadzadənin 75 illik yubileyinə həsr olunmuş respublika elmi praktik konfransının materialları. Bakı, 2002, səh. 21–26.
12) Современная характеристика распространенности болезней мочеполовой системы среди взрослым мужчин (соавт. М. Д. Джавадзаде) "Sağlamlıq" jurn. Bakı, 2002, № 9, səh. 12–16.
13) Sidik axarı daşlarının endoskopik pnevmotik kontakt litotripsiya üsulu ilə müalicəsi //Azərbaycan Tibb Jurnalı, 2011, № 4, səh. 108–111.
Билатеральная уретроскопическая контактная литотрипсия при двусторонних камнях мочеточника. Вестник хирургии Казахстана. 2011, № 3, с.60–62 (соавт. Мамедов, Р. Н. Заиров Н. Ф.).
Fəlsəfə üzrə
1) Nizaminin meracnamələrində təbiət, insan və ilahi aləm münasibətləri //Az. EA Nizami adına Ədəbiyyat İnstitutu. Elmi axtarışlar, № 1–2. Bakı: Elm, 2000, səh. 167–170.
2) Nizaminin təbiətlə cəmiyyətin harmoniyası haqqındakı fəlsəfi görüşləri onun meracnamələrində // Humanitar elmlər öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası tematik məcmuə. I buraxılış. Bakı, 2001, səh. 34–41.
3) Nizami bədii-fəlsəfi düşüncələrinin tibbi-anatomik aspektdən motivlənmə mənzərəsi // Elmi axtarışlar. VI toplu. Filologiya, tarix, incəsənət. Bakı, 2001, səh. 34–42.
4) Nizamının tibbi-ekoloji və fəlsəfi görüşləri (problemin qoyulmuş tezisləri) // AMEA Bəhmənyar adına Fəlsəfi və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu. "Ekomədəniyyət (Экокультура)" Azərbaycan Elmi Araşdırma fondu. Elmi məqalələr məcmuəsi. 30-cu buraxılış. Bakı, 2002, səh. 283–284.
5) Nizami yaradıcılığında insan və təbiət münasibətlərinin fəlsəfi-ekoloji aspekti ("Sirlər xəzinəsi" məsnəvisi üzrə) // AMEA Bəhmənyar adına Fəlsəfi və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu. "Ekomədəniyyət (Экокультура)" Azərbaycan Elmi Araşdırma fondu. Elmi məqalələr məcmuəsi. 30-cu buraxılış. Bakı, 2002, səh. 216–218.
6) Medical-analitical Aspekt of Artistic philosophic Conception of Nizami // Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası tematik məcmuə. IV buraxılış. Bakı, 2002, səh. 310–312.
7) Nizami Gəncəvinin sosial ekoloji görüşləri // AMEA Bəhmənyar adına Fəlsəfi və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu. Elmi məqalələr məcmuəsi. 34-cü buraxılış. Bakı, 2003, səh. 352–354.
8) Nizami Gəncəvinin tibbi-fəlsəfi görüşləri // AMEA Bəhmənyar adına Fəlsəfi və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu. Elmi məqalələr məcmuəsi. 34-cü buraxılış. Bakı, 2003, səh. 350–352.
9) Medical-ecological and philosophic Views of Nizami // Bakı Slavyan Universiteti. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası tematik məcmuə. I buraxılış. Bakı, 2003, səh. 373–374.
10) Heydər Əliyev və Nizami Gəncəvi irsi // Heydər Əliyev və milli mənəvi dəyərlərimiz. Bakı: Səda, 2003, səh. 12–19.
11) Nizami yaradıcılığında tibbi və fəlsəfi görüşlərin qarşılıqlı münasibətlərinə dair // AMEA Bəhmənyar adına Fəlsəfi və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu. Qloballaşma və Azərbaycan mədəniyyəti. II Respublika elmi-praktik konfransının materialları. Bakı, 2004, səh. 122–125.
12) Nizami Gəncəvinin sosial-ekoloji fəlsəfəsi onun "Xosrov və Şirin" və "Leyli və Məcnun" əsərlərində // Bakı Slavyan Universiteti. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası tematik məcmuə. I buraxılış. Bakı, 2004, səh. 329–341.
13) Nizami Gəncəvi yaradıcılığında əczaçılıq vahidlərinin tibbi-fəlsəfi anlamı // "Sağlamlıq" jurn. Bakı, 2004, № 6, səh. 77–81.
14) Nizami yaradıcılığında tibbi-genetik problemlər və onların fəlsəfi əsasları // Bakı Slavyan Universiteti. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası tematik məcmuə. II buraxılış. Bakı, 2004, səh. 349–352.
15) Nizami Gəncəvinin tibbi-fəlsəfi görüşlərinin tədqiq tarixi // AMEA Bəhmənyar adına Fəlsəfi və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu. Ekologiya, Fəlsəfə, Mədəniyyət. Elmi məqalələr məcmuəsi. 37-ci buraxılış. Bakı, 2004, səh. 27–32.
16) Медицинская философия в творчестве Низами // Вопросы гуманитарных наук, № 4, 13, Москва, 2004, стр.129–134.
17) Nizami yaradıcılığında "Ülvi eşq" konsepsiyası fəlsəfi-ekoloji və bədii məntiqi estetizmi // Bakı Slavyan Universiteti. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası tematik məcmuə. III buraxılış. Bakı: Mütərcim, 2004, səh. 271–277.
18) Nizami yaradıcılığında tibbi fəlsəfə // "Sağlamlıq" jurn. Bakı, 2004 № 10, səh. 100–103.
19) Философско-поэтическая структура образа глобального мира в творчестве азербайджанского поэта XII века Низами Гянджави // Тюркологический сборник, выпуск II. Материалы международной тюркологической конференции "Языки и литература тюркских народов: история и современность". Ельдига, 2004, стр.145–160.
20) Nizami Gəncəvinin (1141–1209) poeziyasında tibbi fəlsəfə // Azərbaycanda tibb elminin tarixi problemləri. I Respublika elmi konfransının materialları. Bakı: Elm, 2005, səh. 63–71.
21) Nizami Gəncəvinin sosial-ekoloji görüşlərinin tədqiqi tarixi // Bakı Slavyan Universiteti. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası tematik məcmuə. II buraxılış. Bakı: Mütərcim, 2005, səh. 328–330.
22) "Sirlər xəzinəsi"nin tədqiq tarixinə didaktik fəlsəfə kontekstindən bir nəzər // AMEA Bəhmənyar adına Fəlsəfi və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu. Ekologiya, Fəlsəfə, Mədəniyyət. Elmi məqalələr məcmuəsi. 38-ci buraxılış. Bakı, 2004, səh. 159–173.
23) Didaktik fəlsəfə və ilahi kosmoqoniya // AMEA Bəhmənyar adına Fəlsəfi və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu. Sosial-siyasi problemlər, XIII buraxılış. Bakı, 2005, səh. 48–57.
24) Fəlsəfi didaktika və bədii söz kodu // Bakı Slavyan Universiteti. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası tematik məcmuə. IV buraxılış. Bakı: Mütərcim, 2004, səh. 374–385.
25) Sosial davranışın didaktik modelinin əsas fəlsəfi kateqoriyaları: ədalət və insaf // AMEA Bəhmənyar adına Fəlsəfi və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu. Ekologiya, Fəlsəfə, Mədəniyyət. Elmi məqalələr məcmuəsi. 39-cu buraxılış. Bakı, 2005, səh. 56–57.
26) Dünya və insan münasibətinin ilahi davranış modeli // Bakı Slavyan Universiteti. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası tematik məcmuə. I buraxılış. Bakı, 2005, səh. 308–318.
27) Nizami didaktik fəlsəfəsində qayğı və ədalət sosial siyasi harmoniyanın əsas kateqoriyaları kimi // AMEA Bəhmənyar adına Fəlsəfi və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu. Sosial-siyasi problemlər. XIII buraxılış. Bakı, 2005, səh. 222–231.
28) Nizami poeziyasında insan ömrünün fəlsəfi-didaktik anlamı // AMEA Folklor İnstitutu. Elmi axtarışlar. XIII toplu. Bakı: Səda, 2005, səh. 22–23.
29) Nizami Gəncəvi varlığın ilahi yaradılış strukturu və fəlsəfi didaktik mahiyyəti haqqında // Azərbaycan-Avropa ədəbi-mədəni əlaqələr mərkəzi. Kontekst. I toplu. Bakı: Ozan, 2005, səh. 43–58.
30) Yaradılışın ilahi gözəlliyinin fəlsəfi didaktikası // Azərbaycan-Avropa ədəbi-mədəni əlaqələr mərkəzi. Kontekst. II toplu. Bakı: Ozan, 2005, səh. 15–28.
31) Varlığın fəlsəfi-didaktik mahiyyəti // Bakı Slavyan Universiteti. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası tematik məcmuə. III buraxılış. Bakı, 2005, səh. 262–269.
32) Nizami Gəncəvinin esxatoloji-didaktik görüşləri // AMEA Folklor İnstitutu. Elmi axtarışlar. XIV toplu. Bakı: Səda, 2005, səh. 47–58.
33) XII əsr Azərbaycan poeziyasında tibbi fəlsəfə (Nizami Gəncəvinin irsi əsasında) // "Yom" Türk dünyası mədəniyyəti dərgisi (rüblük). Bakı, 2005, № 1 səh. 29–35.
34) Şahməmməd poeziyası kosmoqonik söz invariantının əbədi variantlaşma çevrəsində (həmmüəl. Seyfəddin Rzasoy) // Şahməmməd Ləngəbir. Bakı, 2003, № 6, səh. 75–85.
35) Nizami yaradıcılığında qəflət və idrakın fəlsəfi-didaktik anlamı // Bakı Slavyan Universiteti. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası tematik məcmuə. IV buraxılış. Bakı, 2005, səh. 375–380.
36) Var-dövlətə vurğunluğun mənəvi-psixoloji problemlərinə fəlsəfi-didaktik baxış. AMEA Folklor İnstitutu. Elmi axtarışlar (folklorşünaslıq: filologiya, fəlsəfə tarix, incəsənət və nəzəriyyə aspektləri), XV toplu. Bakı: Səda, 2005, səh.148–160.
37) Dünyapərəstlikdən qurtulmağın fəlsəfi-didaktik modeli. AMEA Folklor İnstitutu. Elmi axtarışlar (folklorşünaslıq: filologiya, fəlsəfə, tarix, incəsənət və nəzəriyyə aspektləri), XV toplu. Bakı: Səda, 2005, səh. 160–171.
38) Nizaminin dünyanın vəfasızlığı haqqında fəlsəfi-didaktik düşüncələri // AMEA Bəhmənyar adına Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu. Ekologiya, Fəlsəfə, Mədəniyyət. Elmi məqalələr məcmuəsi. 42-ci buraxılış. Bakı, 2006, səh. 111–122.
39) Nizami Gəncəvinin tibbi-elmi və sosial-ekoloji görüşləri. Bakı: 2008, 28 səh. fəlsəfə elmlər namizədi. … avtoreferat.
40) Füzulinin tibbi-fəlsəfi görüşləri (birinci məqalə)
41) Füzulinin tibbi-fəlsəfi görüşləri (ikinci məqalə)
42) Füzulinin tibbi-fəlsəfi görüşləri (üçüncü məqalə)
1) Üsullaşdırılmış Petser keteteri ilə sidik kisəsinin drenajının yaxınlaşdırılması. "Səmərələşdirici təklif", № 7, 01 iyul 2002-ci ildə təsdiq edilib.
2) Xroniki prostatitik kəskinləşməsində və düz bağırsağın yanaşı gedən xəstəliklərinin ağırlaşmasında vinilinin transrektol tətbiqi. "Səmərələşdirici təklif" 9. 03 sentyabr 2002-ci ildə təsdiq edilib.
3) Spermatogenezin kompleks müalicəsində maqnit-lazer terapiyası. "Səmərələşdirici təklif" 10. 19 dekabr 2002-ci ildə təsdiq edilib.
4) Varikosele xəstəliyinin əməliyyatdan sonrakı residivlərinin profilaktikası üsulu. "Səmərələşdirici təklif" 11, 27 dekabr 2002-ci ildə təsdiq edilib.
1) Основные принципы лечения гипертонической болезни (соавт. Н. Г. Ализаде; Н. Т. Карсева). Баку, 1998, 20 стр.
2) Диуретики в лечении гипертонической болезни (соавт. Н. Г. Ализаде; Н. Т. Карсева). Баку, 1999, 24 стр.
3) Лечение гипертонической болезни у больных с хронической почечной недостаточностью (соавт. Н. Г. Ализаде; Н. Т. Карсева; Н. Ф. Заиров). Баку: Мутарджим, 1999, 16 стр.
4) Бета-адреноблокаторы в лечении гипертонической болезни (соавт. Н. Г. Ализаде; Н. Т. Карсева). Баку: Мутарджим, 1999, 18 стр.
5) Xroniki Prostatiti olan xəstələrin müalicəsində maqnit-infraqırmızı lazer təsirinin tətbiqi metodu. (həmmüəlliflər: A. Q. Əsədov; D. Z. Namazov). Bakı: Mütərcim, 1999, 8 səh.
6) Xroniki prostatitlərinin müalicə metodlarının tibbi səmərəsinin kompleks qiymətləndirilməsi. Bakı, 2002, 16 səh. (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmişdir).
7) Varicosele xəstəliyində cərrahi müdaxilədən sonra maqnit-lazer terapiyasının tətbiqi. Bakı, 2002, 12 səh. (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmişdir).
8) Daxili İşlər nazirliyinin yetkin yaşlı kişi əməkdaşlarında sidik-cinsiyyət sistemi xəstəliklərin yayılması və onların müalicəsinin təkmilləşdirilməsi. Bakı, 2003, 26 səh. T.e.n… dissertasiya avtoreferatı.
1. At-murad (hekayələr). Bakı: Mütərcim, 1998, 88 səh.
2. Keçən günlərimi qaytarın mənə. Bakı: Mütərcim, 1999, 204 səh.
3. Смех сквозь слезы. Баку: Мутарджим, 2000, 220 стр.
4. Tabut boş getməyəcək (Der sarg wirtd night leer gehen). Bakı: Mütərcim, 2001, 104 səh. şək.
5. Yasəmən budağı. Bakı: Şuşa, 2002, 112 səh.
6. Pyeslər. Bakı: XXI–YNE, 2002, 296 səh.
7. Povest və hekayələr. Bakı: Mütərcim, 2003, 332 səh.
8. Amerikan Qulu (hekayələr), Bakı: Mütərcim, 2006, 140 səh.
9. Yardımlının Loğmanı. Bakı: Mütərcim, 1996, 140 səh.
10. Mənalı ömür yolu. Bakı: Mütərcim, 1997, 192 səh.
11. Salam, cənab Polkovnik. Bakı: Mütərcim, 2001, 180 səh. şək.
12. Bu sənin taleyindir. Bakı: Mütərcim, 2002, 164 səh.
13. 30 il milis rəisi. Bakı: Mütərcim, 2003, 324 səh. şək.
14. Ağayar Şükürov – 60. Fəlsəfəyə həsr olunmuş ömür (həmmüəllif: Ariz Əvəzoğlu). Bakı: Mütərcim, 2006, 216 səh.
15. Дети играют в войну (повести, рассказы и инсценировка). Баку: Мутарджим, 2011, 204 с.
16. Afiyet olsun (hikayeler). Baku. Mütercim, 2011, 176 səh.
17. 30 il milis rəisi. Bakı: Mütərcim, 2016, 288 səh. təkr. nəşr.
18. 30 лет на посту начальника милиции (пер. с азербайджанского языка Н. Мамедов). Баку: Мутарджим, 2015, 304 стр, иллюстр.
1. Heydər Əliyev və Nizami Gəncəvi irsi // "Xalq" qəzeti, № 244, 23 oktyabr 2002-ci il.
2. Həyatda qazandıqlarım tapdıqlarımla bağlıdır // Tapdıq Əlibəyli. İman qaynağı – Mirqasım ağa. Bakı: Mütərcim, 2002, səh. 67–72.
3. İnsanlara xeyir vermək istəyirəm // "Zirvə" qəzeti, № 7–8, 18 aprel 2001-ci il.
4. Dövrümüzün İbn-Sinası. Akademik M. C. Cavadzadənin 75 illik yubileyinə // "Xalq", "Odlar yurdu" qəzetlərində, 2003-cü il.
5. Vətənimin torpaqları azad olanda üzüm güləcək // "Polis" qəzeti, № 25, 10 aprel 2004-cü il.
6. Bakı polisinin 165-ci ildönümünə həsr olunmuş mərasimdə çıxış // "Polis" qəzeti, № 15, 16 aprel 2005-ci il.
7. Peşəni sevdirən peşə sahibinin özüdür // "Təzə fakt" qəzeti, № 3, 17 aprel 2005-ci il.
1. Sara Rəhimova. Lənkərana bağlıyam (ön sözün müəllifi Ramiz Əkbər) Bakı: Şuşa, 2000, 80 səh.
2. Şükufə Babayeva. Qisas qiyamətə qalmaz. Bakı: Mütərcim, 2002, 248 səh.
3. Zabit Gəncəli. Həyatımın ilk nəticəsi (ön sözün müəllifi Ramiz Əkbər). Bakı: Araz, 2014, 192 səh.