Tapdıq Əlibəyli

Tapdıq Abış oğlu Əlibəyli (1 iyul 1961, Bürzünbül, Yardımlı rayonu) — Azərbaycan şairi, publisist, "Konstitusiya" qəzeti, "Heyrət" dərgisinin təsisçi və baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Türk Ağsaqqalları Birliyi (TAİB) İdarə Heyətinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, Prezident təqaüdçüsüdür.

Tapdıq Əlibəyli
Doğum tarixi (63 yaş)
Doğum yeri Yardımlı rayonu, Bürzünbül kəndi Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Təhsili Bakı Dövlət Universiteti
Fəaliyyəti şair
Üzvlüyü
Mükafatları "Qızıl qələm" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tapdıq Abış oğlu Əlibəyli 1 iyul 1961-ci ildə Yardımlı rayonunun Bürzünbül kəndində anadan olub. Hamarkənd kənd orta məktəbini tərifnamə ilə bitirərək Azərbaycan Dövlət Pedaqoji UniversitetiBakı Dövlət Universitetində ali təhsil almışdır. 1995-ci ildən Vətəndaş Həmrəyliyi Partiyası üzvü, VHP-nin Nizami rayon təşkilatının Ağsaqqallar Şurasının sədridir.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Dövlət mustəqilliyimizin bərpa edilməsinin 20 illiyinə ithaf olunmuş "Azərbaycan" adlı diski (şeirləri səsləndirib: müəllif) kütləvi tirajla işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Ağsaqqallar Şurasının, Türk Ağsaqqalları Birliyi (TAİB) Təşkilat Komitəsinin, İdarə Heyətinin üzvü, "Heyrət" dərgisi və "Konstitusiya" qəzetinin təsisçisidir.[1]

Ədəbi yaradıcılığı "Qızıl qələm" media mükafatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "Fəxri diplom" və "Hərbi vətənpərvərlik — 80" Yubiley medalı, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının, Alimlər Evinin və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Təşəkkürnamə" və diplomlarına layiq görülmüşdür. Prezident təqaüdçüsüdür.

  • Haqqa dayaq doğulmuşuq (şeirlər). Bakı: Mütərcim, 1997, 60 səh.
  • Torpağın səsi (şeirlər). Bakı: Mütərcim, 1999, 148 səh.
  • Ovqatımın aynası (şeirlər). Bakı: Araz, 2001, 112 səh.
  • Yol gedənindir (publisistika). Bakı: Bakı Universiteti, 2001, 240 səh.
  • İman qaynağı (publisistika). Bakı: Mütərcim, 2002, 108 səh.
  • Fəzilət yolu (publisistika). Bakı: Nasir, 2002, 284 səh.
  • Söz dərgahına merac (şeirlər). Bakı: Araz, 2004, 100 səh.
  • Nisgil odu (publisistika). Bakı: Min bir mahnı, 2005, 154 səh.
  • General ucalığı (publisistika). Bakı: Kövsər, 2005, 320 səh.
  • Zirvə işığında, dağlar qoynunda (publisistika). Bakı: Nurlan, 2006, 176 səh.
  • Soyqırım. Nahaq qan yerdə qalmaz (poema). Bakı: Nurlan, 2007, 64 səh.
  • Zaman kecər, söz qalar (publisistika). Bakı: Nurlan, 2009, 208 səh.
  • Zirvələr səhər nurunda (publisistika). Bakı: Nurlan, 2009, 204 səh.
  • Könül ziyarəti (şeirlər). Bakı: Nurlan, 2010, 112 səh.
  • Azərbaycan (disk, şeirlər). Bakı: Nurlu sabah MMC, 2011.
  • Poetik buta (publisistika). Bakı: Elm və təhsil, 2013.168 səh.
  • Məslək (publisistika). Bakı: Elm və təhsil, 2013. 212 səh.
  • Ziyalı ömrü (publisistika). Bakı:Təknur, 2014. 408 səh.
  • Sözün dan yeri (publisistika). Bakı: Elm və təhsil, 2014.192 səh.
  • Məsləkdən çatılmış ocaq (şeirlər). Bakı: Kitab evi, 2019, 96 səh.
  • Payız çöhrəsində yazdı 44 Gün (şeirlər). Bakı: Elm və təhsil, 2021.104 səh.[2][3]
  • Qəlbdən qələmə (şeirlər). Bakı: Elm və təhsil, 2021.408 səh.

Əsas elmi, publisistik yazıları

[redaktə | mənbəni redaktə et]

Haqqında yazılanlar

[redaktə | mənbəni redaktə et]
  • "Qızıl qələm" mükafatı
  • Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "Fəxri diplom"
  • "Hərbi vətənpərvərlik — 80" Yubiley medalı
  1. tale qazanan şeirlər [ölü keçid]
  2. ""PAYIZ ÇÖHRƏSİNDƏ YAZDI 44 GÜN" – Tapdıq Əlibəylinin Qarabağ şeirləri". www.azadshusha.com. 5 İyun 2021. 2023-07-13 tarixində arxivləşdirilib.
  3. McPhie, P. "The origin of the alkaline inactivation of pepsinogen" (PDF). Biochemistry. 14 (24). 2 dekabr 1975: 5253–6.
  4. "Müasir Azərbaycan ədəbiyyatı". ulusestv.az. 1 iyul 2021. 2022-03-31 tarixində arxivləşdirilib.
  5. "ƏLİBƏYLİNİN POEZİYASI HAQQINDA DÜŞÜNCƏLƏR". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-31.