Bayramov Ramiz Nəriman oğlu (20 avqust 1963, Zabrat – 8 may 1992, Şuşa, DQMV) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Qarabağ müharibəsi şəhidi.[1]
Ramiz Bayramov | |
---|---|
Ramiz Bayramov Nəriman oğlu | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (28 yaşında) |
Vəfat yeri | Qarabağ, Şuşa |
Vəfat səbəbi | Döyüş zamanı şəhid olub |
Hərbi fəaliyyəti | |
Rütbəsi | Leytenant |
Ramiz Bayramov 1963-cü il Bakı şəhəri Zabrat qəsəbəsində ziyalı ailədə anadan olub. Sosialist əməyi qəhrəmanı Musa Bayramovun nəvəsidir. 1967-ci ildə Zabrat qəsəbəsi 33 saylı məktəbə daxil olub və 1976-cı ildə məktəbi bitirib. Təhsilini Azərbaycan Texniki Universitetində "Texnologiyaların idarə edilməsi" ixtisası üzrə davam etdirmiş, ardınca Sankt-Peterburqda hərbi xidmətdə olmuşdur.[2] Xidmətini başa vurduqdan sonra Ramiz yenidən Bakıya qayıtmış və 1982-ci ildən Zabrat maşın qayırma zavodunda baş mühəndis işləmişdir.
Ailəli idi, bir övladı yadigar qalıb.
Ramiz Bayramov 1991-cı ildə Müdafiə Nazirliyində texniki baxış şöbəsində gizir rütbəsində fəaliyyətə başlamışdır.[2] Ardınca könüllü olaraq döyüş bölgəsinə yollanmış və tankçı olaraq cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə fəal iştirak etmişdir. Ramiz Bayramov 1992-ci il mayın 7-dən 8-nə keçən gecə Şuşanın azad edilməsi zamanı itkin düşmüşdür. Ehtimallara görə onun idarə etdiyi tank mühasirəyə düşmüş və Ramiz Bayramov qəhrəmancasına şəhid olmuşdur.