Ramiz Qasımov (əməkdar elm xadimi)

Ramiz Əlicavad oğlu Qasımov (rus. Рами́з Алиджава́д оглы́ Гасу́мов) — Rusiya Federasiyasının əməkdar elm xadimi, "Qazprom" ASC-nin və "Şimali Qafqaz Elmi Tədqiqat və Layihə İnstitutu" (ŞimQafETLİ) ASC-nin baş direktoru, Texnika Elmlər Doktoru, Professor, Rusiya təbiyyat elmləri akademiyasının, Dağ Elmləri Akademiyasının, Rusiya Təbiətşünaslıq Akademiyasının və Beynəlxalq İnformatizasiya Akademiyasının akademiki, Ümumittifaq ixtiraçılar və səmərələşdiricilər cəmiyyətinin laureatı, "Qazprom" ASC-nin laureatı, N.K.Baybekov adına mükafatın laureatı, A.Nobel adına mükafatın laureatı, Qaz sənayesinin fəxri işçisi, RF-nin Sənaye və Energetika nazirliyinin Fəxri fərmanı ilə təltif edilib. Bütün dünyada istifadə olunan 540-dan çox elmi işin (məqalə, kitab, tezis və s.), 120-dən ixtira və 18 elmi əsərin müəllifi.

Ramiz Qasımov
Ramiz Əlicavad oğlu Qasımov
Doğum tarixi (66 yaş)
Doğum yeri Qarasu, Sabirabad rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Qasımov Əlicavad Zəbulla oğlu
Anası Qasımova Durna Qulam qızı
Elm sahəsi neft-qaz
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adları professor, akademik
İş yerləri Rusiya Federasiyasının Qazprom" ASC-nin "Şimali Qafqaz ETLİ" ASC-nin baş direktoru, İdarə Heyətinin üzvü.
Təhsili Azərbaycan Neft və Kimya İnstitutu
Mükafatları RF-nin Sənaye və Energetika nazirliyinin Fəxri fərmanı

Ramiz Əlicavad oğlu Qasımov 1958-ci il avqustun 23-də Sabirabad rayonunun Qarasu kəndində çoxuşaqlı ailədə anadan olub. 1976-cı ildə orta məktəbi əla qiymətlərlə bitirmiş və M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna (Bakı) daxil olmuşdur. 1977-ci ildən 1979-cu ilədək olan dövrdə onu dəfələrlə Nijnivartovsk şəhərinə inşaat dəstələrinə göndəriblər. 1979-cu ildə SSRİ-nin ən yaxşı tələbələrinin tərkibində keçmiş Yuqoslaviyanın respublikalarına istehsalat praktikasına göndərilib. 1981-ci ildə fərqlənmə diplomu ilə Neft, qaz və mədən fakultəsinin "Neft və qaz quyularının qazılması" ixtisasını bitirib və dağ mühəndisi dərəcəsini alıb.[1]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İnstitutu bitirdiyi vaxtdan R.Ə.Qasımovun əmək fəaliyyəti qaz sənayesi ilə sıx bağlıdır. 1981-ci ildən 1991-ci ilədək o, "Türkmənqazprom" BİB-nin Cərcov axtarış qazma idarəsində texnoloq, rayon mühəndislik-texnoloji xidmətinin baş texnoloqu, mühəndis, baş mühəndis, texnoloji şöbənin müdiri, "Türkmənqazprom" BİB-nin, "Türkmənburqazprom" İB-nin baş texnoloqu. Bu dövrdə o sahə və akademik institutlarla, həmçinin buruq quyularının qazma və təmiri üçün yeni texnologiyalar və texniki vasitələri hazırlayanlarla sıx əlaqə saxlayıb, bilavasitə onların sınağını aparırdı, onların tətbiq edilməsində lazımi düzəlişlər edirdi. 10 ilə o, 57 səmərələşdirmə təklifi təqdim edib və onları həyata keçirdib. Bunlarda qazma rejimlərinin təkmilləşdirilməsinə, quyuların qazma və bərkitməsi üçün işlədilən yuyucu və tamponaj məhsulların keyfiyyətinin yaxşılaşdırılmasına, quyuların sınama üsullarının mükəmməlləşdirilməsinə imkan yaradıb. Həm də bu səmərələşdirmə təklifləri Türkmənistanda quyuların qazma, istifadə edilmə və təmiri sahəsində daha mükəmməl olan texniki vətexnoloji nəticələrin həyata keçiriməsi üzrə işlərin təşkili metodlarının yaxşılaşdırılmasına səbəb olurdu. Bu da Türkmənistanın ən iri olan Şatlık, Sovetabad, Açak, Malay, Kirpiçli və başqa yataqlarında yeni quyuların işə salınmasına yol verirdi.

1987-ci ildə R.Ə.Qasımov Ümumittifaq gənclər üzrə elmi-texniki yaradıcılıq cəmiyyətinin müsabiqəsinin laureatı oldu (SSRİ Elm və texnika üzrə Dövlət komitəsinin diplomu), həmçinin o, Ümumittifaq ixtiraçılar və səmərələşdiricilər cəmiyyətinin gənclər arasında müsabiqəsinin laureatı oldu (SSRİ ÜİGC MŞ-nın diplomu). 1988-ci il Türkmənistan Respublikasının İxtiraçılar Şurasının fəxri fərmanınə alıb. 1994-cü il ildə Texnika elmləri namizədi və 1999-cu ildə isə Texnika elmləri doktoru elmi dərəcəsinin diplomunu alıb.

1996-cı ildən R.Ə.Qasımov başçılıq etdiyi "Quyuların əsaslı təmiri" şöbəsinin müdiri olaraq həmçinin "Quyuların əsaslı təmiri" elmi işi üzrə baş direktorun müavini vəzifəsini icra edirdi.

1999-cu il Rusiya Federasiyası Təbii Elmlər Akademiyasının müxbir üzvü seçilib.

"Quyuların əsaslı təmiri" və Yeraltı qaz anbarı (YQA) sahəsində R.Ə.Qasımov bu istiqamət üzrə başçılıq etdiyi qazma və istismar prosesinin təkmilləşdirilməsi üçün Urenqoy, Vinqapur, Komsomol, Bovanenqkovo və başqa qaz və qazkondensat yataqlarında və Şimali Stavropol, Stepenovsk, Putinsk və başqa YQA-da böyük həcmdə iş aparmışdır. 2001-ci ildə Rusiya Federasiyası Qaz Sənayesinin elm və texnika üzrə mükafatının laureatı oldu. 2002-ci ildə R.Ə.Qasımov bütün elmi və layihə sahələri üzrə baş direktorun birinci müavini olmuş, ondan əlavə iqtisadi və maliyyə xarakterli bütün məsələləri həll etmişdir. Həmin ildə o "Qaz sənayesinin fəxri işçisi" adına layiq görülüb (diplomunu alıb). 2003-cü il Rusiya Federasiyası Dağ Elmləri Akademiyasının həqiqi üzvü (akademiki)seçilib. Həmin ildə o, Şimali Qafqaz Dövlət Texniki Universitetinin "Neft və qaz quyularının qazılması" kafedrasının professoru, 2004-cü ildə isə "Qazma texnologiyası və quyu istismarı" ixtisası üzrə professor elmi dərəcəsinə layiq görülmüşdür.

R.Ə.Qasımov fəaliyyəti, illərin təcrübəsi, onun dərin biliyi və enerjisi sayəsində institutun "Qazprom" ASC sistemində quyuların əsaslı təmiri və qazması üzrə qabaqcıl təşkilat oldu. 2005-ci ildə R.Ə.Qasımov baş direktor vəzifəsinə, həmçinin "ŞimQafETLİ" ASC-nin Direktorlar şurasının sədri və üzvü seçilib.

İstedadlı təşkilatçı təcrübəli lider R.Ə.Qasımov "Qazprom" ASC sistemində hörmət və nüfuz sahibi olub. İstehsalat, ictimai təşkilat və idarəetmə strykturlarındakı iş təcrübəsi ona imkan verir ki, cari iqtisadi şəraitdə istənilən çətin məsələlərin həllində kollektiv üzvlərinin maraqları ilə birləşdirərək "ŞimQafETLİ" ASC-nin qarşısında duran əsas məsələləri uğurla həyata keçirsin. İşlədiyi müddətdə Quyuların əsaslı təmiri və qazma sahəsindəki topladığı təcrübə onun namizədlik (1994) və doktorluq (1999) dissertasiyalarının müdafiəsində nəzəri cəhətdən ümumiləşdirilib və sistemləşdirilib.

2005-ci il "Rusiya Federasiyasının ən yaxşı insanları" diplom və medalına layiq görülüb.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2006-cı ildə o, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü (diplom BİA) Rusiya iqtisadiyyatı cəmiyyətinin "aparıcı eksperti" seçilmişdir.

R.Ə.Qasımov Kuban Texniki Universitetinin (KTU) "Sənaye maşın və avadanlıqları" kafedrasının professorudur. O, tələbələrin hazırlığı üçün çoxsaylı metodiki təlimatlar işləyib hazırlamışdır. R.Ə.Qasımov Şimali Qafqaz Dövlət Texniki Universiteti nəzdində aspirantura və doktoranturaya rəhbərlik edir. Onun rəhbərliyi altında 15-dən çox adam namizədlik və doktorluq dissertasiyasını hazırlamışdır.

Ramiz Əlicavad oğlu Rusiya və xarici elmi jurnallarında dərc olunmuş 540 nəşr işinin, o cümlədən 120 ixtira və patentlərin müəllifidir.

Təltif və mükafatlar

[redaktə | mənbəni redaktə et]

"Qazprom" ASC İdarə Heyətinin 40 saylı qərarına əsasən 28 avqust 2001-ci il tarixdən "Quyuların məhsuldarlığının yüksəlişinə yönəlmiş kompleks texnologiyalar (texnoloji hələri)" işinə görə R.Ə.Qasımov "Qazprom" ASC-nin laureatı adına layiq görülüb.

Dəfələrlə Böyük Britaniyada (Aberdin, Şotlandiya), Hollandiyada (Qaaqa, Rotterdam, Amsterdam) və Rusiyada (Moskva, Krasnodar, Kislovodsk) keçirilən beynəlxalq konfrans və konqreslərdə iştirak edib.

Beynəlxalq Yanacaq və Energetika Assosiasiyasının qərarına əsasən 13.04.2006-cı il tarixdən R.Ə.Qasımov "Enerji və cəmiyyətin inkişafı üzrə problemlərin həllindəki böyük xidmətlərinə görə", eyni zamanda 2008 və 2009-cu illərdə də N.K.Baybakov adına mükafatın laureatı adı ilə təltif olunub.

Dəfələrlə "Qazprom" ASC-nin rəhbərliyi və Stavropol diyarının qubernatorunun fəxri fərmanları ilə mükafatlandırılıb. Uzun illər Yanacaq və Energetika kompleksi sistemindəki məhsuldar işi və "Neft-qaz sənayesinin inkişafına" gətirdiyi böyük səmərəyə görə 2006-cı ildə R.Ə.Qasımov RF-nin Sənaye və Energetika Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.

  • "Rusiya Federasiyasının 100 ən yaxşı rəhbər işçisi" Ümumrusiya müsabiqəsinin qalibi (1-ci dərəcəli diplom) olub "Rusiya Federasiyasının ən yaxşı rəhbər işçisi" fəxri adı (fəxri nişan) alıb və "Rusiya Federasiyasının iqtisadiyyatının inkişafındakı xidmətlərinə görə" ordeni ilə təltif olunub. *2007-ci il "Əməkdar elm və təhsil xadimi" fəxri adına, "Elm üzrə ən yaxşı rəhbər işçi" Rusiya mükafatının laureatı fəxri diplomuna, 2008-ci ildə isə Beynəlxalq Keyfiyyət və Marketing Akademiyasının fəxri akademiki adına (döş nişanı), dövlət təhsilinin inkişafındakı xidmətlərinə görə "Rusiya Federasiyasının Qızıl kafedrası" diplomuna, V.İ.Vernadski adına medala layiq görülüb.
  • 2008-ci ildə "Rusiya Federasiyasının Görkəmli alimləri" ensiklopediyasına salınıb.
  • 2008-ci ildə ixtiraçılıq inkişafındakı xidmətlərinə görə Alfred Nobel adına medal alıb, RF-nin Təbiibiliklər Akademiyasının həqiqi üzvü (akademiki), Avropa Təbiibiliklər Akademiyasının həqiqi üzvü (akademiki), RF-nin Texnologiya Akademiyasının akademiki,RF İxtiraçılar cəmiyyətinin diplomu, XI Moskva Beynəlxalq Sənaye Sərgisinin "Arximed -2008" müsabiqəsinin qalibi olub.

2008-ci ildə yenidən "ŞimQafETLİ" ASC-nin baş direktoru vəzifəsinə, eyni zamanda direktorlar şurasının sədri və üzvü seçilib və təsdiqlənib. 2009- cu ildə XII Beynəlxalq Sənaye Sərgisinin Qızıl medalı və diplomu, 2013-cü ildə "RF Qaz sənayesinin elm və texnika üzrə mükafatının laureatı,"Energetika və cəmiyyətin inkişafı üzrə problemlərin həllindəki böyük xidmətlərinə görə" mükafatın laureatı olub və RF "Qazprom" ASC-nin fəxri fərmanı ilə təltif olunub.

  1. Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.

[1]