Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ramiz Vəliyev – Azərbaycan Respublikasının Əməkdar artisti.
Ramiz Vəliyev | |
---|---|
Vəliyev Ramiz Hidayət oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə |
Uşağı | İki övladı var |
Atası | Hidayət |
Fəaliyyəti | Aktyor |
Mükafatları |
Ramiz Vəliyev 1959-cu ildə Gəncədə anadan olmuşdur. 1974-cü ildən Gəncə Dövlət Dram teatrında yaradıcı aktyor heyətində, aktyor kimi işə başlayıb, 1981–1985 ci illərdə M.A.Əliyev adına İncəsənət universitetinin Dram və kino aktyoru şöbəsini, Şəfiqə Məmmədovanın tam kursunu fərqlənmə diplomu ilə bitirmişdir.
1990-cı ildən C.Cabbarlı adına Gəncə Dövlət dram teatrında işləməyi ilə bərabər Gəncə Dövlət Nizami Poeziya teatrında da aktyor fəaliyyətinə başlamışdır. İşlədiyi müddətdə aşağıdakı rolları oynamışdır:
"Bəhram şah"da Bəhram şah, "Şairin məhəbbəti"ndə Məhəmməd, "Gül və Zəhərdə" II loğman, "Qızıl zəncirlər"də Usta, "Məhəbbətin qənimi"ndə Aqil, "Memarın məhəbbəti" – Əcəmi, "Yeddi məhbusun şikayəti" – Çoban, "Dərd yükü" – aparıcı və s. Hazırda Volterin "Sadiq və ya Tale" povestinin motivləri əsasında Fərman Rzayevin səhnələşdirdiyi "Əlmanə" tamaşasında Səddaq obrazı üzərində işləyir.
Respublikanın əməkdar artisti fəxri adına layiq görülmüşdür, "Qızıl Dərviş" mükafatı laureatıdır. 25 iyun 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Ailəlidir. İki övladı var.