Randeya döyüşü

Randeya döyüşüErmənistan çarı I Trdatın başçılıq etdiyi birləşmiş erməni-parfiya ordusu ilə Lusi Yuni Sezenni Petin Roma legionları arasında 62-ci ildə baş tutmuş döyüş. Bu, 58–63-cü illər Roma-Parfiya müharibəsinin epizodlarından biri idi.

Randeya döyüşü
Tarix 62

Döyüş 62-ci ildə Randeya yaxınlığında (indiki Türkiyədə, tarixi Sofena regionunda) baş tutmuşdur. Döyüş romalıların tam məğlubiyyəti və müttəfiq erməni-parfiya qoşunlarının qələbəsi ilə başa çatmışdır. Döyüşdən bir neçə ay sonra Randeya sülh müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, Roma imperiyası Ermənistanın suverenliyini, I Trdatı isə ölkənin hökmdarı kimi tanımışdır. Trdatın özünü Romanın vassalı kimi tanıması şərti ilə bütün tutulmuş ərazilər Ermənistana qaytarılmışdır.[1]

  1. A. E. Redgate. The Armenians. Oxford: Blackwell. 2000. 91.